Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Yanvar 2011 - 02

 

Paytaxt məktəblərinin VII-XI siniflərində də vahid məktəbli forması tətbiq olunacaq

 

Paytaxtın ümumtəhsil məktəblərində vahid məktəbli formasının seçimi ilə bağlı yekun qərar qəbul edilib. Həmin qərara əsasən, 2011-2012-ci tədris ilindən VII-XI sinif şagirdləri də vahid məktəbli formasına keçəcək. Beləliklə, I-VI və VII-XI siniflərin şagirdləri üçün eyni olmaqla iki formada vahid məktəbli geyimi tətbiq olunacaq.

Bu barədə yanvarın 12-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində keçirilən mətbuat konfransında məlumat verildi və formalar nümayiş etdirildi.

İdarənin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun təşkil etdiyi konfransda məktəbli formalarının seçim prosesini reallaşdıran Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova və həmin qurumun İdarə Heyətinin üzvləri, məktəbli formalarını istehsal edən Bakı Tikiş Evi İdarə Heyətinin sədri Fədai Rəhimov və müəssisənin bir qrup əməkdaşı, valideynlər və şagirdlər iştirak edirdilər.

Mətbuat konfransını açan Bakı Şəhə

ri üzrə Təhsil İdarəsi Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı öncə vahid  məktəbli formasının tətbiqi istiqamətində son illər aparılan işlər barədə məlumat verdi. Bildirdi ki, paytaxtın ümumtəhsil müəssisələrində məktəbli formasının tətbiqinə 2007-2008-ci tədris ilindən başlanmış və uzun illər məktəbə sərbəst geyimlə gələn şagirdlərin məktəbli formasına psixoloji baxımdan uyğunlaşması üçün bu prosesin 3 mərhələdə həyata keçirilməsi planlaşdırılmışdı. İlkin mərhələdə məktəbli formasının hər bir məktəb üzrə  seçilməsi və tətbiqi nəzərdə tutulurdu. Lakin 2010-2011-ci tədris ili bu prosesə keçidin ikinci əsas mərhələsinin başlanğıcı elan olundu və vahid məktəbli formasının tətbiqinə qərar verildi. Beləliklə, cari tədris ilinin ilk günlərindən başlayaraq Bakının bütün məktəblərinin I-IV sinif şagirdləri vahid məktəbli formasına  keçməyə başladılar. Bununla əlaqədar ötən ilin noyabr-dekabr aylarında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxtın ümumtəhsil məktəblərində aparılan monitorinqlər göstərdi ki, I-IV sinif şagirdlərinin 90 faizi artıq vahid məktəbli geyiminə keçiblər.

Z.Əliqızı vahid məktəbli geyiminə keçid prosesində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının böyük rolu olduğunu xüsusi qeyd edib, onun köməyi ilə valideynlərin, müəllimlərin və şagirdlərin seçimdə yaxından iştirak etdiklərini bildirdi. Diqqətə çatdırdı ki, 2011-2012-ci tədris ilindən başlayaraq paytaxt məktəblərində I-VI siniflərlə yanaşı VII-XI siniflərin vahid geyim formasına keçməsi də məhz Assosiasiyanın gəldiyi qərara əsasən tətbiq olunur.

Mətbuat konfransında çıxış edən Milli VMA-nın icraçı direktoru  Təranə Şərifova I-IV siniflərin hazırda istifadə etdikləri məktəbli formasının  V-VI sinif şagirdlərinə də şamil olunması,  VII-XI sinif şagirdləri üçünsə fərqli formanın tətbiqi barədəki qərarlarını bunun iqtisadi baxımdan valideynlər üçün daha sərfəli olması, məktəblərdə çox rəngarəngliyin yaranmaması ilə əlaqələndirdi və həmin qərarın qəbulunda, məktəbli formalarının rənglərinin və modellərinin müəyyənləşdirilməsində valideynlərin, müəllim və şagirdlərin yaxından iştirak etdiklərini bildirdi.

Bakı Tikiş Evi İdarə Heyətinin sədri Fədai Rəhimov da konfransda çıxış edərək müəssisələrinin fəaliyyəti, məktəbli forması üçün parçaların, modellərin seçilməsi istiqamətində aparılan işlər barədə məlumat verdi, formalar üçün parça və modellər müəyyənləşdirilərkən şagirdlərin zövqünün və sağlamlığının nəzərə alındığını, onların keyfiyyət sertifikatları olduğunu, məktəbli formalarının iqtisadi baxımdan valideynlərin imkanlarına uyğun olmasına çalışıldığını söylədi.

Konfransda Bakının müxtəlif təhsil müəssisələrindən dəvət edilmiş məktəblilər V-VI və VII-XI sinif şagirdləri üçün nəzərdə tutulmuş vahid geyim formalarını nümayiş etdirdilər.

Tədbirdə habelə vahid məktəbli formasının qış və yay geyimləri olmaqla iki formada hazırlandığı da qeyd edildi və onların qiymətləri açıqlandı. Bildirildi ki, ölçülərindən asılı olaraq qiymətlər 35-55 manat arasında dəyişir.

Mətbuat konfransında jurnalistləri maraqlandıran suallar cavablandırıldı. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov