Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Yanvar 2011 - �02

 

ADU-da hind dili günü qeyd edildi

 

Yanvarın 11-də Azərbaycan Dillər Universitetində Dünya Hind Dili Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şou  iştirak etdi. Səfir ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovla İnformasiya Resurs Kompleksində (İRK) regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin təşkil etdiyi hind mədəniyyətinə həsr olunmuş tədbirə qatıldı.

Tədbiri giriş sözü ilə açan rektor Səməd Seyidov qonaqları salamlayaraq ADU-da Hind Dili Mərkəzinin fəaliyyət göstərdiyini  və tələbələrə hind dilini öyrənmək üçün şərait yaradıldığını qeyd etdi. Bütün dünyada və Azərbaycanda Hind dili günü qeyd olunduğunu bildirən rektor vurğuladı ki, ADU-nun tələbələri, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində təhsil alan tələbələr hind dilini öyrənirlər. O, hind dilini tədris etmək üçün professor Mukeş Qarjini Azərbaycana dəvət etməkdə göstərdiyi köməyə görə səfir Debnat Şouya təşəkkürünü bildirdi.

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şou öz çıxışında hər il yanvarın 10-da Dünya Hind dili gününün qeyd olunduğunu və bu gün ADU-da keçirilən tədbirdə iştirak etməkdən son dərəcə məmnun qaldığını söylədi. Bu mövzuda Azərbaycanda artıq ikinci tədbirin keçirildiyini deyən səfir 2010-cu ilin oktyabrında ADU-da Hind dili kafedrasının fəaliyyətə başladığını qeyd etdi. Tələbələrin hind dilini, mədəniyyətini və tarixini daha yaxından mənimsəyəcəklərinə əminliyini bildirdi. Səfir ADU-nun  rektoru Səməd Seyidova, beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribovaya hind dilinin tədris olunmasında və universitetdə Hindşünaslıq mərkəzinin açılmasında göstərdikləri təşəbbüslərə görə minnətdarlıq etdi.

ADU-nun Hind dili kafedrasının müdiri Mukeş Qarji çıxışında hind dilini öyrənən tələbələrin bunun öhdəsindən müvəffəqiyyətlə gəldiklərini dedi.

Hind dilində qısametrajlı filmin nümayişindən sonra tələbələr hind rəqsi və  mahnısı ifa etdilər.

Tədbirin sonunda iştirakçılar hind mətbəxi ilə də yaxından tanış oldular. 

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov