Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Yanvar 2011 - 02

 

Günərzi qayğı və reabilitasiya mərkəzlərinə 268 uşaq cəlb olunub

 

Ölkəmizdə uşaqların müdafiəsi sahəsində ən vacib proqramlardan biri olan "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrası istiqamətində son illər bir sıra mühüm addımlar atılıb.

Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsindən aldığımız məlumata görə, sözügedən proqram çərçivəsində risk qrupuna daxil olan sağlamlıq imkanları məhdud uşaqlar üçün Bərdə şəhərindəki internat-məktəbin, Bakının Sabunçu rayonundakı 11 nömrəli xüsusi internat-məktəbin və Suraxanı rayonundakı 2 nömrəli uşaq evinin nəzdində günərzi qayğı, Xəzər rayonundakı valideyn himayəsindən məhrum uşaqlar üçün respublika yardımçı internat-məktəbin nəzdində isə reabilitasiya-inkişaf mərkəzləri yaradılıb. Mərkəzlərin binaları Təhsil Nazirliyi tərəfindən yenidən qurulmuş və əsaslı təmir edilib, onlara inkişafetdirici təlim materialları, reabilitasiya yönümlü avadanlıqlar verilib. Bu mərkəzlərə 268 uşaq cəlb olunub.

Bununla yanaşı, övladlarını uşaq müəssisələrinə yerləşdirmək üçün icra hakimiyyətlərinə müraciət etmiş 15 ailəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə müvafiq dəstək göstərilib, beləliklə, 28 uşağın müəssisəyə düşməsinə yol verilməyib. Habelə BP, "Azərsun Holdinq" təşkilatları və "SOS-Uşaq Kəndləri Azərbaycan Assosiasiyası" ailələrə dəstək işinə cəlb edilməklə 6 ailəyə kömək göstərilib, bu yolla daha 11 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb.

Görülən tədbirlər nəticəsində dövlət müəssisələrində tərbiyə olunan 15 uşaq bioloji ailələrinə və yaxın qohumlarına qaytarılıb.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov