Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Yanvar 2011 - �02

 

Sorğu guşəsi

 

Sual: Pedaqoji orta ixtisas  təhsilli sinif müəllimi ixtisasdəyişmə vasitəsi ilə Azərbaycan dili və ədəbiyyat  müəllimi ola  bilərmi?

Əgər ola bilərsə, o, ali təhsilli hesab olunurmu?

Naimə Əliyeva,
Füzuli rayonu
 

Cavab: Mövcud tələblərə əsasən orta ixtisas təhsilli Azərbaycan dili və ədəbiyyat müəllimi hazırlanmır. Hər bir pedaqoji kadr yenidənhazırlanma  təhsilindən keçdikdən sonra onun təhsili baza ixtisas təhsilinə uyğun  müəyyənləşdirilir. 

Sual: Mən Bakı Humanitar Kollecində Ailə və Ev təhsili fakültəsində I kursda qiyabi təhsil alıram. Bilmək istəyirəm ki, hazırda sağlamlığı məhdud olan uşaqlara dərs  deyə bilərəmmi?

N.Əliyeva,
Gəncə şəhəri
 

Cavab: Mövcud təlimata əsasən özəl və orta ixtisas təhsili müəssisələrində  oxuyanlar yalnız diplom aldıqdan  sonra  onların işlə təmin olunmağı məsələsinə baxıla bilər.   

Sual: Xaricdə ali təhsil almışam. Mənə bildirilib ki, sizin diplomunuz leqallaşdırılmalı, Təhsil Nazirliyi tərəfindən tanınmalıdır. Bu barədə sorğuma cavab verməyinizi xahiş edirəm. 

Cavab:  Qaldırdığınız məsələ   Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xarici dövlətlərin ali təhsil sahəsində ixtsaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları" haqqında 13 may 2003-cü il tarixli 64 nömrəli qərarına əsasən tənzimlənir. Müvafiq tələb olunan sənədlərinizi Təhsil Nazirliyinə təqdim etdiyiniz təqdirdə diplomunuzun tanınması məsələsinə mövcud qaydalar səviyyəsində baxıla bilər.

Xəyyam Fərəcov,
Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların
idarəolunması şöbəsinin baş məsləhətçisi

Sual: Müəllimlərin 1994-cü ildə  keçirilən attestasiyasında mənə "Ali kateqoriya" dərəcəsi verilmişdir. Mən 1995-ci ilin yanvarın 1-dən 15-ci dərəcə ilə əməkhaqqı alırdım. Sonra bu ləğv edildi.  Bunun hüquqi əsası varmı?

German Bayramov
Zaqatala şəhəri
 

Cavab:  Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2006-ci il 20 sentyabr tarixli 282 S nömrəli qərarına əsasən müəllimlərin (ali məktəb müəllimləri istisna olmaqla) əməkhaqqı 1994-cü ildə keçirilmiş attestasiyanın nəticələrinə görə deyil, "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin vahid Tarif-İxtisas Sorğu Kitabçası"na uyğun olaraq təhsil və pedaqoji staja görə hesablanıb   ödənilir. 

Zahid Nağıyev,
Təhsil Nazirliyinin İqtisadiyyat
şöbəsinin baş məsləhətçisi
Hazırladı: Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov