Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Yanvar 2011 - �02

 

Ali təhsilin İKT əsaslı innovativ inkişafı

 

1.Ali təhsilin informatlaşmasi pedaqoji innovasiyalarin nüvəsidir.

İnformasiya cəmiyyətində biliklər iqtisadiyyatı ilə təhsil sistemi arasında sıx əlaqə var. Biliklər iqtisadiyyatına gedən yol təhsildən keçir.  Biliklər iqtisadiyyatının formalaşmasında  xüsusən ali təhsilin  mühüm  rolu  var.  İnformasiya  həcminin  və texnologiyaların sürətli artımı  ali təhsilin məzmun və texnoloji  baxımından  daim  təkmilləşməsini  tələb edir.  Belə bir fakta  diqqət edək: 2008-ci ildə dünyada 1.5 ekzebayt  (1.5 x 10 18  bayt) həcmində informasiya yaradılmışdır. Bu  informasiya miqdarı özündən  əvvəlki  5000 il ərzində yaradılmış informasiya həcmindən çoxdur. Digər tərəfdən, texniki  informasiyanın da həcmi  sürətlə  artır  (təxminən  hər il 2  qat  artım müşahidə edilir). Bu o deməkdir ki, bəzi  ixtisaslar üzrə tələbənin I  kursda aldığı məlumatların  böyük  bir  hissəsi artıq  o, IV kursa çatdıqda köhnəlir.  Bu amillər ali təhsil  sistemində qlobal problemlər  yaradır. Bu problemləri müzakirə etmək üçün 2009-cu ildə YUNESKO  Paris şəhərində "Ali təhsilə dair ümumdünya konfransı" (WCHE- 2009)  təşkil etmişdir.  Konfransda 150 ölkədən nümayəndə heyəti, o  cümlədən 100 ölkənin  təhsil naziri  iştirak edirdi. Gündəlikdə  duran əsas  məsələlər  XXI  əsrdə ali təhsilin strateji inkişaf planını müəyyənləşdirmək, təhsilin kütləviləşməsi ilə əlaqədar keyfiyyətə  təminat  problemlərinin  müzakirəsindən ibarət  idi. YUNESKO-nun Baş direktoru  cənab  Kauşiro Matsuura  bu konfransdakı  məruzəsində   ali təhsilin  müasir vəziyyətini belə xarakterizə etmişdir:  "Bu gün ali təhsildə əsl inqilab baş verir.  Ali  təhsilin kütləviləşməsi, cəmiyyətin  qloballaşması,  İKT-nin  təhsilə tətbiqi, biliklərin müxtəlif  formalarda  mübadilə imkanlarının  artması bu  inqilabi  prosesləri daha  da sürətləndirir". Konfransda İKT-nin tətbiqi ilə  rəqəmsal uçurumun  ləğvi,  təhsilin  keyfiyyətinin yüksəldilməsi, əlyetərliyin təmin edilməsi  kimi  məsələlərə dair  tövsiyələr  verilmişdir.  Konfransda qeyd edildi ki,  əgər universitetlər  inkişaf etmək  və qlobal  rəqabətdə qalib gəlmək istəyirlərsə, təhsilin keyfiyyətini daha da yüksəltməlidirlər,  çünki təhsilin keyfiyyəti  universitetlərin qlobal səviyyədə rəqabətədavamlılığının əsas indikatorudur. Konfransda qeyd edildiyi kimi,  XXI əsrdə ali təhsilin aşağıdakı qlobal tendensiyaları var:

- təhsilin qloballaşması və  beynəlmiləlləşməsi; tələbələrin  sayının  sürətlə artması nəticəsində ali təhsilin kütləviləşməsi; biliklərə əsaslanan  iqtisadiyyatın inkişafı ilə  əlaqədar ali təhsilə  ehtiyacın kəskin artması; biliklərə əsaslanan cəmiyyətin formalaşması  zərurəti; universitetlərin cəmiyyətdə rolunun yüksəlməsi;  həyat boyu  təhsilin aktuallaşması; müasir  şəraitə uyğun yeni tip ali təhsil müəssisələrinin yaranma zərurəti; təhsilin keyfiyyətinə nəzarətin artması,   akkreditasiya və ixtisaslaşmanın beynəlxalq səviyyədə maraq  kəsb  etməsi və s.

İnformasiya cəmiyyətində İKT-nin verdiyi imkanlar əsasında təhsilin planlaşma  və reallaşma dairəsi dəyişir.  İKT-nin sürətli inkişafı təhsilin qloballaşmasına real  imkanlar yaradır. Bu gün  İKT vasitəsi ilə istənilən zamanda, istənilən məkanda, istənilən formada təhsil almaq mümkündür. Böyük həcmli  rəqəmsal informasiya resursları və biliklərə sürətli əlyetərliyin mümkünlüyü tələbələrin təlim imkanlarını xeyli artırır. İKT bu  prosesdə alət rolunu oynayr.  Bu  texnologiyaların  tətbiqi  nəticəsində   müasir pedaqoji  mühitə  təhsil servisi,  təhsil trayektoriyası kimi yeni  anlayışlar daxil olur.  Bu gün təhsilin müasir texnologiyalara olan tələbatı artır, təhsil modelləri, təhsil prosesi iştirakçılarının rolları  tədricən dəyişir.  Təhsildə istifadə edilə bilən yeni-yeni vasitələr  yaranır. Bu gün MP  pleyer,  smart  telefon  və digər innovativ  mobil qurğular vasitəsi ilə mobil təhsil imkanı  yaranır,  bu da  tələbəyə dünyanın istənilən nöqtəsində keyfiyyətli  təhsil almağa imkan yaradır.

Cəmiyyətin informatlaşması kimi qlobal proseslər nəticəsində yeni informasiya mühiti yaranır. Müasir insanın fəaliyyəti informasiya mühitində reallaşır. Bu mənada yeni  formalaşan informasiya mühiti tələblərinə uyğun olaraq təhsilin məzmunu, texnologiyaları, təşkili və idarəedilmə metodları dəyişməli, inkişaf etməlidir. Bu  problemin həlli təhsilin informatlaşması məsələlərini aktual edir. Tədqiqatlar sübut edir ki, təhsildə İKT-nin  səmərəli tətbiqi təhsilin keyfiyyətini 80%-dək yüksəldə bilər. İnformasiya cəmiyyətinin texnologiyaları, o cümlədən İnternetin daim artan resurs və servis imkanları təhsilin məzmun və təşkili formalarına ciddi dəyişikliklər  edir.  Bu günün təhsili - "İnformasiya-Təhsil məkanı" mühitində reallaşır. Universitetlərdə dövr edən informasiya massivinin həcmi o qədər böyük, onun emalına  ayrılan vaxt o qədər  azdır ki, bu prosesləri  informasiya sistemləri olmadan səmərəli  idarə etmək mümkün deyil.   Müəllim belə bir informativ mühitdə özünü sərbəst hiss etməli, qoyulmuş konkret pedaqoji məqsədlərə informasiya texnologiyaları vasitəsi ilə asanlıqla nail olmalıdır. Bu vəziyyət müəllimin peşə hazırlığına, onun metodik ustalığına yeni bir komponenti - "informasiya mədəniyyəti"  komponentini əlavə edir. Müasir müəllim öz fənnini İKT-nin tətbiqi ilə tədris etməyi bacarmalıdır.

Təhsilin  informatlaşması kimi qlobal əhəmiyyətli, mürəkkəb  texnoloji  problemin  həlli bir sıra  məsələlərin təşkilati, texniki, elmi-metodik, layihələndirmə, kadr, maliyyə və s. kimi  məsələlərin kompleks həllini  tələb edir. Təhsilin informatlaşması  problemi dünya təhsil təcrübəsində tarixən analoqu olmayan sistem problemdir.  Bəşər tarixində  heç bir təhsil  yeniliyi, təhsil islahatı,  təhsil  innovasiyası  bu qədər  inqilabi dəyişikliklərə səbəb olmamış, bu qədər diqqət və investisiya  tələb etməmişdir. İKT bu gün elə bir sürətlə inkişaf edir ki, təhsil  sistemi bu yeniliklə  heç cür  ayaqlaşa bilmir, inkişaf edərək heç cür ona çata bilmir. Lakin İKT-nin təhsil sisteminə, ölkələrin iqtisadi,  texnoloji  və  intellektual inkişafa  təsir imkanları nəzərə alınaraq bu problemin həlli ilə bütün sivil dünya məşğuldur. Problemlərin  elmi tədqiqinə və  praktik  tətbiqinə hər il milyardlarla dollar sərf edilir.   İKT-nin tətbiqi  hesabına   təhsil  kütləviləşir, fərdiləşir, fasiləsiz  xarakter daşıyır, keyfiyyət  yüksəlir.  Bu səbəblərdən indi  dünya təhsil xidmətləri bazarının maliyyə tutumu enerji bazarının  maliyyə tutumundan artıqdır. Təhsil xidmətləri bazarı  bir  neçə trilyon dollar  təşkil edir, bu  sahədəki mənfəətin əhəmiyyətli  hissəsi məhz  elektron təhsil hesabına əldə edilir. Məsələn, innovativ inkişafın bariz nümunəsi  olan Cənubi Koreyada təhsilin informatlaşması artıq sənayenin  yeni bir istiqaməti kimi  formalaşmaqdadır. Cənubi Koreyada elektron təhsil  xidmətləri  bazarının illik  tutumu  2 milyard ABŞ dollarından artıqdır,  bazarın illik  artım tempi  8% təşkil edir.  Ölkədə  17  virtual universitet fəaliyyət  göstərir.   Təhsilin  informatlaşması  üzrə  görkəmli  rus alimi, professor V.Tixomirovun etiraf etdiyi  kimi, RF  bu məsələlərdə Cənubi Koreyadan 15 il geridədir. Ali  təhsilin Cənubi Koreyada kütləviləşməsi istiqamətində qeyd  edək  ki, orta məktəb  məzunlarının 82%-i universitetlərdə öz təhsillərini  davam etdirir. Belə kütləvi ali təhsil isə yalnız elektron təhsil vasitəsi ilə  reallaşa bilər. Bu   ölkədəki universitetlərin 80%-i elektron  təhsil  texnologiyalarından geniş istifadə edir. Bu  gün inkişaf etmiş  ölkələr təhsilin texnoloji təminat problemlərini  artıq müzakirə etmirlər. Bu,  heç kimdə  sual  doğurmur, keçilmiş mərhələdir.  Bu  sahədə  artıq  problem  yoxdur. İndi əsas məsələ bu texnologiyaların tətbiqi  ilə təhsilin keyfiyyət və səmərəsini yüksəltməkdən ibarətdir. Digər mühüm problem informasiya cəmiyyətində müəllimin, şagirdin, təhsil müəssisəsinin  fəaliyyətinin metodik təminatından ibarətdir.  Təhsil   müəssisələrinin informasiya cəmiyyəti tələblərinə uyğunlaşması qloballaşmanın bütün universitetlər  qarşısında qoyduğu mühüm tələbdir. Bu məqsədlə universitetlərdə sistemli şəkildə, uzunmüddətli innovativ təhsil proqramları hazırlayıb həyata  keçirmək lazımdır.

Təhsilin informatlaşması məqsədyönlü, xüsusi təşkil  edilmiş,  mükəmməl layihələndirilmiş prosesdir.  Təhsilin informatlaşması-təhsilin keyfiyyətini yüksəltmək məqsədi ilə İKT-nin   intensiv tətbiqinə  yönəlmiş  tədbirlər külliyyatı olub, təhsildə   real vəziyyətin dəyişməsinə, təhsilin məzmun,  forma  və texnoloji baxımdan təkmilləşməsinə xidmət  edir.  Bu səbəblərdən  təhsilin informatlaşmasına pedaqoji problem,  pedaqoji praktika, pedaqoji  elmin bir  istiqaməti kimi  baxa bilərik.  Bu sahəyə pedaqoji informatika və ya  elektron pedaqogika  deyilir. Bu sahə təhsilin  müasir  fəlsəfəsini  müəyyən edir, onun strateji və  konseptual məsələlərinin həllinə,  o cümlədən  təlimin   klassik  problemlərinə - təhsilin keyfiyyətinin   yüksəlməsi və əlyetərliyin təmin olunmasına innovativ yanaşmanı təmin edir.  Təhsilin informatlaşması təhsil sferasında İKT-nin texniki və texnoloji imkanlarının səmərəli reallaşmasına yönəlmiş elmi-pedaqoji, tədris-metodik, elmi-metodik tövsiyələrin hazırlanması  metodologiyası, texnologiyası və praktikasıdır. Təhsilin informatlaşması pedaqoji innovasiyaların nüvəsidir. Təhsildə informasiya texnologiyalarından istifadənin  aşağıdakı kimi funksiyaları var: 1.İnformasiya-öyrədici funksiya.  2.Formalaşdırıcı funksiya. 3.Nəzarət-korreksiya funksiyası. 4.Diaqnostik funksiya.  5.Tədqiqat funksiyası.

Qeyd edilən bu funksiyalar təcrid edilmiş halda yox, qarşılıqlı əlaqədə fəaliyyət göstərir,  müasir təhsilin mühüm prinsipləri ilə harmoniya  təşkil edir.  Təhsildə İKT-nin tətbiqinin pedaqoji səmərə verməsi, keyfiyyətin  yüksəlməsinə xidmət etməsi üçün prosesin elmi cəhətdən tədqiqi əhəmiyyətlidir. Bu istiqamətdə müxtəlif ölkələrdə son 30 ildə ciddi tədqiqatlar aparılmışdır. Bu problemlərlə məşğul olan böyük elmi tədqiqat mərkəzləri, o cümlədən YUNESKO-nun nəznində Təhsilin informatlaşması institutu fəaliyyət göstərir. Bu institut bir  sıra MDB ölkələrində  təhsilin informatlaşması istiqamətində səmərəli fəaliyyət göstərir.

Tədqiqatlar  göstərir ki, informasiya texnologiyalarının elmi-metodik cəhətdən düzgün tətbiqi  təhsilin keyfiyyətini 80 %-ə qədər   yüksəldə  bilər.   Tədqiqatlarda müasir təhsilin vəziyyəti ilə  informasiya cəmiyyətinin sürətli inkişafı arasında yaranan  ziddiyyətlər də tədqiq edilir.  Bu  ziddiyyətləri  təxminən belə qruplaşdırmaq olar:

1. Təhsilin məzmununu müəyyən edən informasiyanın mürəkkəbliyi, həcminin sürətlə artması ilə insanın intellektual imkanları, tədrisə ayrılmış vaxtın məhdudluğu arasında  ziddiyyət.

2. Dövlət təhsil standartları əsasında kadr hazırlığı tələbi ilə təlimin fərdiləşməsi, diferensiallaşması, təlimin fərdi  təhsil  trayektoriya əsasında  reallaşması   tələbi arasında olan ziddiyyət. Boloniya prosesinə keçidlə əlaqədar bu problemlər  daha  da  aktualdır. 

3. Kompüterin daim artan texniki və didaktik  imkanları ilə təlimdə bu imkanlardan səmərəsiz istifadə arasında olan ziddiyyət.

Təhsildə İKT-nin tətbiqinin bu ziddiyyətlərdən  əlavə digər  problemləri də mövcuddur:

1. İnformasiya texnologiyalarının texniki  imkanlarının sürətlə artması, bunun nəticəsi kimi yeni pedaqoji imkanların yaranması, təlimin yeni məzmununun formalaşması.

2. Kompüteryönümlü yeni  nəsil dərsliklərin hazırlanması,  onlara elektron formatlı əlavələrin yaradılması, TMK-lərin tərtibi, onlardan istifadə metodikalarının hazırlanması.

3.  İKT vasitəsilə fənlərarası və fəndaxili əlaqələrin yaradılması  və s.

Bu ziddiyyətlərin və problemlərin siyahısını xeyli  artırmaq mümkündür. Ali təhsil sistemində mövcud olan bu problemləri həll etmək üçün müəyyən strategiya əsasında universitetin informasiya-təhsil mühiti  formalaşmalı, bu informasiya mühitində tədris metodikaları hazırlanmalıdır. Yeni formalaşan elektron pedaqogikanın tədqiqat obyekti ola bilən bu problemlərin həlli pedaqoji ictimaiyyət qarşısında duran mühüm məsələdir.   

(Ardı var) 

İlham  ƏHMƏDOV,
dosent, ADPU-nun Kompüter  Mərkəzinin direktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov