Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Yanvar 2011 - 02

 

Ötən il "Microsoft-Azərbaycan" üçün uğurlarla yadda qaldı

 

Microsoft korporasiyası ötən ili müvəffəqiyyətlə başa vurub. Şirkətdən verilən xəbərə görə, 2010-cu ildə Microsoft ölkəmizdə yeni Windows 7 əməliyyat sistemini və azərbaycandilli versiyasını təqdim etdi. Windows 7-nin lokallaşdırılması nəticəsində Microsoft məhsullarında istifadə olunan əmr və sözlərdən ibarət Azərbaycan lüğəti (Glossary) yaradılmış, interfeys Azərbaycan dilinə  lokallaşdırılmışdır (Language Interface Pack).

2010-cu ildə "Microsoft-Azərbaycan" şirkəti Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və HP şirkətilə birlikdə yerli tərəfdaşların - Bestcomp və ULTRA - dəstəyilə əhalinin müxtəlif təbəqələrinin yüksək keyfiyyətli kompüter və lisenziyalı proqramlarla təmin olunmasına istiqamətlənən "Xalq kompüteri" layihəsinin yeni mərhələsini başladı. Yeni mərhələdə güzəştli şərtlərlə kompüter almaq imkanından məktəb müəllimləri ilə yanaşı tələbə, şagird və ali məktəb müəllimləri də bəhrələnə biləcəklər.

2010-cu ildə Microsoft Azərbaycanın təhsil sistemi çərçivəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsindəki fəaliyyətini davam etdirdi. "Microsoft-Azərbaycan" şirkəti "2008-2012-ci illərdə Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın həyata keçirilməsində Təhsil Nazirliyinin fəal tərəfdaşlarından biridir. "Microsoft-Azərbaycan" və Təhsil Nazirliyinin tərəfdaşlığı bir neçə istiqamətlərdə inkişaf edir: orta təhsildə innovasiyaların tətbiqi, təhsil prosesində İT-alətlərinin istifadəsi üçün müəllimlərin peşəkar imkanlarının genişləndirilməsi və İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsi.  

Bundan əlavə, Microsoft korporasiyasının Təhsil Nazirliyinə güzəştli şərtlərlə təqdim etdiyi lisenziyalı proqram təminatı Azərbaycanın bütün məktəblərini leqal proqram təminatlarının ən son versiyaları ilə təmin etməyə imkan verdi.

Səmərəli əməkdaşlıq çərçivəsində Microsoft şirkəti Azərbaycanda yerli innovativ müəllimlər müsabiqəsini keçirir. Müsabiqənin qalibləri ölkəni Avropa və dünya forumlarında təmsil edirlər. Ötən il İlhamə Əkbərova ilk dəfə olaraq Azərbaycanı CAR-da keçirilmiş Ümumdünya İnnovativ Müəllimlər Forumunda təmsil etdi. 

Ümumiyyətlə, Microsoft korporasiyası ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsini yüksək qiymətləndirir və bundan sonra da Azərbaycanla əməkdaşlığa davam edəcək.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov