Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Yanvar 2011 - �02

 

Azərbaycanın Milli Qəhrəmanları

 

Müslümov Valeh Əlizaid oğlu 

1968-ci il sentyabrın 2-də Lerik rayonunda anadan olub. 1983-cü ildə rayondakı 2 nömrəli orta məktəbin səkkizinci sinfini bitirib və Sumqayıt şəhər 17 nömrəli peşə məktəbində dülgər peşəsinə yiyələnib. Bir müddət Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş Dəstəsində çalışıb. 1986-cı ildə hərbi xidmətə çağırılıb. 1988-ci ildə xidmətini başa çatdırıb. Ordudan tərxis olunaraq Sumqayıta qayıdıb. 1991-ci ilin avqustunda DİN -in xüsusi təyinatlı milis dəstəsində xidmətə başlayıb. Şuşa, Tovuz və Qubadlıda erməni işğalçılarına qarşı döyüş əməliyyatlarında iştirak edib.

V.Müslümov 1992-ci il aprelin 14-də Marquşevan kəndində gedən döyüşdə qəhrəmanlıq göstərib və elə həmin qeyri-bərabər döyüşdə də ağır yaralanaraq çoxlu qan itirdiyindən həyatını xilas etmək mümkün olmayıb.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə Müslümov Valeh Əlizaid oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Lerik rayonunda dəfn olunub. Vaxtı ilə təhsil aldığı Lerik rayon 2 nömrəli orta məktəb onun adını daşıyır. 

Nağıyev Dilqəm Heydər oğlu 

1975-ci il iyunun 24-də Mingəçevir şəhərində anadan olub. 1990-cı ildə Mingəçevir şəhər 9 nömrəli orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra 69 nömrəli texniki peşə məktəbində təhsilini davam etdirərək elektrik çilingəri sənətinə yiyələnib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. Bakıdakı hərbi hissələrdən birində təlim keçdikdən sonra Gəncə, oradan da Füzuli rayonuna döyüş bölgəsinə göndərilib. Əhmədbəyli, Mahmudlu, Bala Bəhmənli, Böyük Bəhmənli kəndlərinin müdafiəsində iştirak edib. 1994-cü ilin oktyabrında Gəncədə dövlət çevrilişinə cəhd zamanı mühüm obyektlərin geri alınmasında Dilqəmin də xüsusi xidmətləri olub.

D.Nağıyev Tovuz, Ağstafa bölgəsində qiyamçıların tərk-silah edilməsi əməliyyatında şücaət göstərərkən qarşı tərəfdən açılan atəş nəticəsində həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Nağıyev Dilqəm Heydər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Mingəçevir şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Mingəçevir şəhər 9 nömrəli orta məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub.

 Nəzərli Hikmət Baba oğlu 

1966-cı il martın 7-də Bakı şəhərində anadan olub. 1973-cü ildə Xətai rayonundakı 27 nömrəli orta məktəbə gedib, amma atasının iş yerinin dəyişməsi ilə əlaqədar o, təhsilini Daşkənddə davam etdirməli olub. Hikmət 1982-ci ildə yenidən Bakıya qayıdıb. 1984-cü ildə hərbi xidmətə çağırılaraq Gürcüstan Respublikasının Duşeti şəhərindəki kəşfiyyat məktəbinə göndərilib. 1986-cı ildə ordudan tərxis olunaraq DİN-in Yanğından Mühafizə İdarəsində çalışıb və eyni zamanda Azərbaycan Politexnik İnstitutuna daxil olub. Sonra Hikmət Azərbaycanın bir vətənpərvər oğlu kimi erməni təcavüzünə etiraz edənlərin sırasında Şıx qəsəbəsində yaradılmış könüllülərdən ibarət müdafiə batalyonuna üzv yazılıb. 1991-ci ildə Ağdam istiqamətində cəbhəyə yola düşüb. Xocalı yolunda idarə etdiyi maşınla düşmənin qarşısında maneə yaradaraq vətəndaşları təhlükəsiz yerə çıxarıb. Son məqamda bir neçə döyüşçü yoldaşı ilə meşəyə çəkilib.

H.Nəzərlinin sonrakı taleyi barədə heç bir məlumat əldə olunmayıb.

Ailəli idi.

Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 1992-ci il tarixli 178 nömrəli Fərmanı ilə Nəzərli Hikmət Baba oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

Nəsibov Kamil Baladə oğlu 

1946-cı il oktyabrın 8-də Laçın rayonunun Bozlu kəndində anadan olub. 1963-cü ildə Laçın rayonunun Minkənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Üçillik hərbi xidmətdən sonra Vətənə qayıdıb. 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olub. Ali təhsilini başa çatdırdıqdan sonra Minkənddə yerləşən Tikinti Materialları Bazasına müdir təyin edilib. Ermənilərin Laçına ardıcıl hücumları zamanı Kamil özünümüdafiə dəstəsi yaradaraq rəhbərliyi öz üzərinə götürərək, dəfələrlə kəşfiyyata çıxıb. Fərəcan, Səfiyan, Çağazur, Malıbəy, Cicimli, Qızdərə kəndlərinin müdafiəsində igidliklər göstərib. Bu bölgələrin düşməndən təmizlənməsində böyük xidmətləri olub.

K.Nəsibov 1992-ci il iyunun 29-da "Qonaqgörməz" yüksəkliyi uğrunda gedən döyüşlərdə snayper gülləsindən yaralanaraq qəhrəmancasına həlak olub.

Ailəli idi. Dörd övladı var.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə Nəsibov Kamil Baladə oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ağcabədi rayonunda dəfn olunub. Doğulduğu kənddəki Mədəniyyət evi onun adını daşıyır. 

Nəsibov Mərifət Əhməd oğlu 

1972-ci il mayın 22-də Qazax rayonunun Məzəm kəndində anadan olub. 1989-cu ildə Aşağı Əskipara kənd orta məktəbini bitirib. 1990-cı ildə hərbi xidmətə çağırılaraq bir il sovet ordusu sıralarında xidmət edib. O, Vətənə qayıtdıqdan sonra Milli Ordu sıralarına çağırılıb. Erməni işğalçılarına qarşı gedən döyüşlər zamanı həmişə öndə olmağa üstünlük verərək igidlik nümayiş etdirib. Mərifət Ermənistanla həmsərhəd olan kəndləri cəsur bir əsgər kimi qoruyub. Keçirilən döyüş əməliyyatlarında xüsusi fədakarlıq göstərib. Elə buna görə də xidmət etdiyi hərbi  hissələrdə  komandirlərinin, döyüşçü yoldaşlarının həmişə hörmət və məhəbbətini qazanıb.

M.Nəsibov 1992-ci il yanvarın 28-də Qazax rayonunun Quşçu Ayrım kəndində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Nəsibov  Mərifət Əhməd oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qazax rayonunun Məzəm kəndində dəfn olunub. Qazax rayonundakı Heydər Əliyev parkında adına bulaq tikilib. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov