Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Yanvar 2011 - �02

 

Kəlbəcər məktəbləri üçün Masazırda və Qalada yeni binalar tikilib istifadəyə verilib

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Kəlbəcərin 126 nömrəli məktəbi üçün Abşeron rayonunun Masazır qəsəbəsində, 19 nömrəli məktəb üçün Xəzər rayonunun Qala qəsəbəsində yeni binalar tikilmişdir.

Yanvarın 10-da bu binaların istifadəyə verilməsinə həsr olunmuş mərasimlər keçirilmişdir.

Kəlbəcər Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, hər iki mərasimdə Prezident Administrasiyasının məsul işçisi Rövşən Ağayev, Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov, Heydər Əliyev Fondunun təmsilçisi  İlqar Mustafayev, Təhsil Nazirliyinin nümayəndəsi Sabir Həmidov, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının müavini Novruz Çıraqov və başqaları çıxış etmişlər. Natiqlər ölkədə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlərdən danışmış, bu sahəyə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər. Onlar əlamətdar hadisə münasibətilə müəllim və şagirdləri təbrik etmiş, onlara uğurlar arzulamışlar.

Qeyd edək ki, 126 nömrəli orta məktəb 1999-cu ildən Masazır qəsəbəsində 9 otaqdan ibarət darısqal binada fəaliyyət göstərirdi. Sinif otaqlarının 4-ü Kəlbəcər rayonunun daxili imkanları hesabına, 5-i isə Norveç Qaçqınlar Şurası tərəfindən inşa edilmişdi. Sinif otaqlarının çatışmazlığı, darısqallıq tədris işlərinin səmərəliliyinə mənfi təsir göstərirdi. Yeni bina 240 yerlikdir və 16 otaqdan ibarətdir. Məktəb istilik, su, kanalizasiya sistemləri, zəruri tədris avadanlıqları ilə təmin olunmuş, yeməkxana və kitabxana üçün otaqlar ayrılmışdır.

Rayonun 19 nömrəli tam orta təhsil məktəbi 2007-ci ildən Qala qəsəbəsində yerləşir və 6 ədəd vaqon tipli otaqda fəaliyyət göstərirdi. Yeni bina 220 yerlikdir və 15 otağı vardır. Bu məktəbdə də şagirdlərin təlim-tərbiyəsinin təşkili üçün bütün zəruri şərait yaradılmışdır. Bina istilik sistemi və lazımi avadanlıqla təchiz olunmuş, burada kompüter şəbəkəsi təşkil edilmiş, idman meydançası yaradılmışdır. Həyətdə yaşıllıq salınmış, bulaq kompleksi inşa edilmişdir.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Heydər Əliyev Fondu" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov