Hər il 20
Yanvar Ümumxalq Hüzn Günü ərəfəsində Şəhidlər
xiyabanına gedərək, faciə qurbanlarının
məzarlarını ziyarət edəndə bir anlığa
fikirləşirəm: Görəsən, yağı düşmən gülləsinə tuş
gələn Bakı şəhərindəki 134 nömrəli orta məktəbin
VII sinif şagirdi, 13 yaşlı Larisa Məmmədovanın,
167 nömrəli məktəbin VII sinif şagirdi, 13 yaşlı
İlqar İbrahimovun, 42 nömrəli məktəbin VIII
sinif şagirdi, 14 yaşlı Nəriman Hüseynovun, 258
nömrəli məktəbin X sinif şagirdi, 16 yaşlı Vera
Bessantinanın, tələbələr Ülvi Bünyadzadənin,
Teymur Alməmmədovun, Andrey Nişşenkonun, elm
sahəsində fəaliyyət göstərən kimya elmləri
doktoru, professor İsmayıl Mursaqulovun,
professor Svetlana Məmmədovanın, kimya elmləri
doktoru İbrahim İbrahimovun günahı nə idi?..
Doğma Azərbaycanını azad görməkmi?.. Bəli, bu
şəhidlər azadlığı bizə öz canları, qanları
bahasına bəxş etdilər. Onlar öz şəhidlikləri ilə
düşməni sındırdılar, sarsıtdılar. Elə buna görə
də xalq bütün şəhidləri neçə illər, qərinələr,
əsrlər ötsə də, qəlblərində əbədi yaşadacaqdır.
ƏDALƏT |
|