Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 Yanvar 2011 - 03

 

Avropa Komissiyasının sədri Xose Manuel Barrozuya BDU-nun fəxri doktoru diplomu təqdim edilib

 

Yanvarın 14-də Bakı Dövlət Universitetində Avropa Komissiyasının sədri Xose Manuel Barrozuya BDU-nun fəxri doktoru diplomunun təqdim olunmasına həsr edilmiş mərasim keçirilmişdir.

BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov mərasimdə çıxış edərək, Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun həyat və fəaliyyətinin əsas mərhələləri barədə məlumat vermiş, universitetin tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında danışmışdır.

A.Məhərrəmov bildirmişdir ki, Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı 1999-cu ildə qüvvəyə minən "Tərəfdaşlıq və əməkdaşlıq sazişi" ilə başlanmışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan ilə Aİ arasında əlaqələrə həmişə xüsusi diqqət yetirirdi və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

A.Məhərrəmov ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq, onun həlli ilə bağlı Aİ-nin Azərbaycana lazımi səviyyədə dəstək verməsinin vacibliyini bildirmişdir. O, dünya ictimaiyyətinin Ermənistanın təcavüzkarlığını birmənalı şəkildə pisləməməsini təəssüflə vurğulamış, bu cür münasibətin problemə ikili standartlarla yanaşılması təəssüratı doğurduğunu demişdir.

Sonra rektor Azərbaycan ilə Aİ arasında dostluq münasibətlərinin möhkəmlənməsində, elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsində xüsusi xidmətlərinə görə Xose Manuel Barrozuya BDU-nun fəxri doktoru adı verilməsi barədə universitetin Elmi Şurasının qərarını elan etmişdir.

Xose Manuel Barrozuya BDU-nun fəxri doktoru diplomu və mantiya təqdim olunmuşdur.

Mərasimdə çıxış edən Xose Manuel Barrozu bir əsrə yaxın yaşı olan, çoxsaylı tanınmış ziyalılar, siyasi xadimlər yetirmiş BDU-da olmasından və bu təhsil müəssisəsinin fəxri doktoru adına layiq görülməsindən çox məmnun qaldığını söyləmişdir. O demişdir ki, BDU-nun tarixi müsəlman Şərqində ilk demokratik respublika quran Azərbaycanın müasir tarixi ilə sıx bağlıdır.

Avropa Komissiyasının sədri Azərbaycan ilə Aİ arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin böyük əhəmiyyətindən danışmış, Azərbaycanın həm hasilatçı, həm də tranzit ölkə kimi əhəmiyyətini vurğulayaraq, Aİ ilə enerji sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirmişdir.

Prezident İlham Əliyev ilə səmimi danışıqlar apardığını xatırladan Xose Manuel Barrozu dövlətimizin başçısı ilə imzaladığı "Cənub qaz dəhlizi haqqında birgə Bəyannamə"nin əhəmiyyətini vurğulamışdır. Azərbaycanın Avropaya uğurla inteqrasiya etdiyini deyən qonaq Prezident İlham Əliyevin ölkənin modernləşməsi baxımından elm və təhsilin inkişafına böyük diqqət yetirdiyini xüsusi vurğulamış və bildirmişdir ki, Aİ-nin Azərbaycan ilə viza rejimini sadələşdirməsi gələcəkdə daha çox azərbaycanlı tələbənin Aİ ölkələrində təhsil almasına şərait yaradacaqdır.

Xose Manuel Barrozu demişdir ki, Azərbaycanın Avropa İttifaqı ilə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığı, Avropa İttifaqı-Azərbaycan Assosiasiya Sazişi üzrə danışıqlar, eləcə də tvinninq layihəsi çərçivəsində görülən işlər əlaqələrin gələcəkdə daha sürətlə inkişafı üçün mühüm imkanlar açır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunan Avropa Komissiyasının sədri bildirmişdir ki, Aİ Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir və bu problemin həll edilməməsi regionda sülh və sabitlik üçün maneədir.

Mərasimdən sonra universitetin foyesindəki "Fəxri doktorlar" guşəsinə Xose Manuel Barrozunun fotosu əlavə edildi. O, bu prosesin iştirakçısı olmaqdan məmnunluğunu bildirdi.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov