Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 Yanvar 2011 - 03

 

Stanford Universitetində Azərbaycana həsr olunmuş seminar keçirilib

 

ABŞ-ın aparıcı ali təhsil müəssisələrindən biri sayılan Stanford Universitetində (Kaliforniya ştatı) Azərbaycana həsr olunmuş seminar keçirilmişdir. Regiondakı vəziyyətlə bağlı müzakirələrdə Stanford Universitetinin professoru Geyl Lapidus və Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov iştirak etmişlər. ABŞ-ın milli maraqları baxımından Azərbaycanın rolunu xüsusi vurğulayan professor G.Lapidus Vaşinqtonun Cənubi Qafqaza kifayət qədər diqqət yetirməməsindən təəssüfləndiyini bildirmişdir.

Baş konsul E.Süleymanov Azərbaycan dövlətçiliyinin tarixindən, Şərqdə və müsəlman dünyasında ilk demokratik respublikanın təşəkkülündən, Azərbaycan cəmiyyətində bərqərar olmuş tolerantlıq və şəffaflıq ənənələrindən danışmış, eyni zamanda bəzi xarici qüvvələrin ölkədə ictimai dialoqu radikallaşdırmağa cəhd göstərdiyini bildirmişdir. Diplomat cəmiyyətdə sosial və siyasi proseslərin kənar müdaxilə olmadan inkişafının əhəmiyyətini vurğulamış, bəzi KİV-lərin regiondakı vəziyyəti səthi, düşünülməmiş, hərdən isə qərəzli işıqlandırmaqla ziyan vurduğunu xatırlatmışdır.

Müstəqil inkişafın Azərbaycan cəmiyyəti üçün xüsusi əhəmiyyət daşıdığını, ölkə rəhbərliyi üçün isə öncül istiqamət olduğunu bildirən baş konsul demişdir ki, Azərbaycan vətəndaşlarının ölkənin müstəqilliyi uğrunda fədakarlığının rəmzi 1990-cı il 20 Yanvar faciəsidir. SSRİ-nin dağılması prosesi məhz 1990-cı ilin yanvarında aşkar və dönməz xarakter almışdır. Diplomat bildirmişdir ki, Avrasiya ölkələrinin çoxu öz müstəqilliyini möhkəmləndirməyə çalışdığı bir vaxtda Yerevanın təcavüzkar etno-millətçilik yolu tutması nəticəsində Ermənistan, əksinə, xarici qüvvələrdən asılılığını dərinləşdirir. Xarici hərbi bazaların uzunmüddətli əsasda Ermənistan ərazisində yerləşməsi, eləcə də ölkənin iqtisadi infrastrukturunun dəyər-dəyməzinə satılması   bunu   təsdiq   edir.

Azərbaycan diplomatının fikrincə, ötən əsrin 90-cı illərində ABŞ region ölkələri ilə tərəfdaşlıq münasibətləri qurmaq üçün məqsədyönlü siyasət yeritmişdir. Həmin dövrdə regionun inteqrasiyasında və enerji ixrac infrastrukturunun yaradılmasında xeyli tərəqqi əldə edilmişdir. Son vaxtlar Vaşinqtonun regiona münasibətdə bir qədər fəallaşmasına baxmayaraq, Amerika tərəfinin yanaşması dəqiq düşünülmüş strategiyanı hələ də əks etdirmir. Məsələn, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin daha fəal iştirakçısı ola bilər və olmalıdır. Ermənistan tərəfinin günahı üzündən 20 ildən çox davam edən bu münaqişə bütün regionun gələcəyi üçün təhlükədir. Təcrübə göstərir ki, belə münaqişələrin həll olunmaması ABŞ-ın özünün mənafelərinə xeyli ziyan vura bilər. Üstəlik, daxili-siyasi fikir ayrılıqları üzündən Bakıya səfirin təyin olunmasında yaranmış fasilənin bir ildən çox çəkməsi fonunda ABŞ-ın regional strategiyasından danışmaq da çətindir. Düzdür, ABŞ Prezidenti Barak Obamanın Senatdakı prosedurdan yan keçərək, Stanford Universitetinin və Fletçer adına Diplomatiya və Hüquq Mərkəzinin məzunu Mətyu Brayzəni səfir təyin etməsi nəticəsində vəziyyət bir qədər dəyişmişdir.

Enerji resurslarının dünya bazarlarına daşınması marşrutlarının şaxələndirilməsi siyasətinə Bakının sadiq qaldığını və Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsini vurğulayan baş konsul avropalı tərəfdaşların bu istiqamətdə fəallaşacağına ümidvar olduğunu bildirmişdir. ATƏT-in bu yaxınlarda Astanada keçirilmiş zirvə görüşünə toxunan Azərbaycan diplomatı regionun vaxtı çatmış problemlərinin həllinə yaxınlaşmaq istiqamətində daha bir imkanın əldən verilməsindən təəssüfləndiyini bildirmişdir.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov