Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 Yanvar 2011 - �03

 

Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" kitabı Tbilisidə ingilis və rus dillərində çapdan çıxıb

 

1828-ci il martın 21-də, Azərbaycan türklərinin qeyd etdikləri Novruz bayramı günündə imperator I Nikolay öz fərmanı ilə əsrlər boyu mövcud olmuş İrəvan və Naxçıvan xanlıqlarını ləğv etdi və bu ərazilərdə İrandan və Türkiyədən köçürülmüş ermənilər üçün qondarma "Erməni vilayəti" yaratdı. Bununla da köçürülmüş ermənilər üçün Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan xanlıqlarında yeni vətən yaratmaq yolunda ilk addım atıldı.

Lakin köçəri həyatı barədə xatirələrdən başqa heç nəyi olmayan bu gəlmə xalq (ermənilərin köçəri xalq olmasını görkəmli rus şərqşünası İ.M.Dyakonov da qeyd etmişdir) - getdikcə həyasızlaşaraq başqasının torpağını, onun tarixini, mədəniyyətini, dəyərlərini hissə-hissə mənimsəyərək, "qədim" xalqa xas olan bütün zəruri atributikaya yiyələnmiş "başıbəlalı" ermənilər bu gün də "qədimlik" iddiasında olmaqla bütün dünya birliyinin zəhləsini tökmüşlər. Ən başlıcası isə sən demə, Ermənistan prezidentinin yaxın vaxtlarda bəyan etdiyi "kəşfinə" görə, onların dilinin nə az, nə çox - 8 min illik tarixi vardır.

Serj Sarkisyanın bu həyasız çıxışları ermənilərin sayıqlamalarına əslində artıq vərdiş etmiş dünya tarixçiləri arasında homersayağı qəhqəhə olmasa da, ən azı anlaşılmazlıq doğurmaya bilməzdi. Azərbaycan cəmiyyətində isə bu məsələ qəzəbdən çox istehzaya səbəb olmuşdur. Çünki Ermənistan prezidentinin bu çıxışı bir daha təsdiq etdi ki, Ermənistan cəmiyyətində ciddi bir xəstəlik yayılmışdır. Bu xəstəliyin adı isə adi faşizmdir.

Bütün bunlar barədə Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli filosof alim Ramiz Mehdiyevin bu yaxınlarda Tbilisidə "Universal" çap evində ingilis və rus dillərində nəşr olunmuş kitabında bəhs edilir.

Kitabın müəllifi materialı sərt istehza formasında quraraq, sarkazmla Ermənistan dövlətinin indiki başçısının istinad etdiyi bütün əsas "tarixi dəlilləri" alt-üst edir.

R.Mehdiyev yazır ki, Ermənistan prezidenti "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli barədə danışıqlar prosesinin davam etdiyi və bu münaqişənin təqsirkarı olan Ermənistanın 1975-ci il Helsinki Yekun Aktının müddəalarına əsaslanan yenilənmiş Madrid prinsiplərini qəbul etməsini hamının səbirlə gözlədiyi bir vaxtda", beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələrinin parlamentləri bir-birinin ardınca Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağın Azərbaycana mənsub olmasını, millətlərin öz müqəddəratını təyin etməsi prinsipinin özbaşına interpretasiya edilməsinin yolverilməzliyini, Ermənistanın işğal etdiyi əraziləri azad etməsinin və məcburi köçkünlərin öz evlərinə qaytarılmasının zəruriliyini təsdiq edən qətnamələr qəbul etdiyi bir vaxtda bütün bu sənədləri inadkarcasına görmədən və beynəlxalq birliyin mövqeyinə məhəl qoymadan diaspordan olan qonaqlarına məsləhət görür ki, onlar öz səylərini "ikinci erməni dövlətinin, Dağlıq Qarabağ respublikasının təşəkkülünə, möhkəmlənməsinə, inkişafına və beynəlxalq aləmdə tanınmasına" yönəltsinlər.

Müəllif haqlı olaraq yazır ki, illüziyalardan yaxa qurtarmağın vaxtı çatmışdır və bu nə qədər tez edilsə, bir o qədər yaxşı olar. Ona görə ki, bu məsələdə ləngimək ölümə bərabərdir - gələcək nəsillər bunu bağışlamayacaqlar.

Vaxtilə çiçəklənən bir diyar olmuş Cənubi Qafqaz regionunu mənasız bir avantüraya cəlb etmiş qaniçən erməni cəlladlarının bu hərəkətlərinə qiymət verən akademik Ermənistan rəhbərlərinin "miatsum" utopiyasının, bu faciəli səhvin mənasız və perspektivsiz olması barədə düşünməyə çağırır. Axı "onlar mənasız müharibədən, minlərlə taleyin qırılmasından, milyondan çox qaçqın-köçkünün yaranmasından, dağıntılardan, geniş sahələrin becərilmək əvəzinə minalanmasından, sosial xərclər əvəzinə hərbi xərclərin artırılmasından başqa heç nəyə nail olmamışlar: Dağlıq Qarabağı Ermənistana birləşdirmək mümkün olmamışdır və heç vaxt mümkün olmayacaqdır - nə 20 il bundan əvvəl, nə bu gün, nə də 100 ildən sonra. Nə birbaşa, nə də qondarma "müstəqillik" vasitəsilə.

Ümumiyyətlə, bu kitab Ermənistan prezidenti Serj Sarkisyanın istedadsız spiçrayterlərinin səmərəsiz bayağı cəhdlərinə Azərbaycan aliminin vaxtında və layiqli şəkildə verilmiş cavabıdır. Şübhə yoxdur ki, bu cür "nokaut"dan sonra erməni təbliğatının özünə gəlməsi üçün hələ xeyli vaxt tələb olunacaqdır.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin elmi faktlar və sanballı dəlillərlə zəngin olan kitabında Azərbaycanın qədim və müasir xəritələri də verilmişdir. Bu xəritələr əyani şəkildə göstərir ki, Ermənistan dövləti əzəli Azərbaycan torpaqlarında yaradılmışdır. Nəfis poliqrafik tərtibatı ilə seçilən bu kitabın tarixçilər, politoloqlar, beynəlxalq məsələlər üzrə mütəxəssislər və geniş oxucu auditoriyası üçün maraqlı olacağı şübhə doğurmur.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov