Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 Yanvar 2011 - 03

 

Şəhidlik zirvəsinə ucalanlar heç vaxt ölmürlər

 

Bakıdakı 276 nömrəli orta məktəbdə  20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə  açan məktəbin direktoru Bəhram Şiriyev bildirdi ki, bu gün  20 Yanvar faciəsindən 21 il  keçir. Ona görə də  bura Azərbaycan  şəhidlərinin xatirəsini yad etmək üçün yığışmışıq. Məktəbimizin şagirdləri  bu qanlı faciəni görməyiblər, biz yaşlı insanlar isə bu hadisələri gözlərimizlə görmüşük və o günləri yaşamışıq.

Bildirildi ki, vaxt keçəcək, zaman dəyişəcək, bu deyilənlər böyük bir tarixə çevriləcək, ancaq Azərbaycan şəhidləri heç zaman   unudulmayacaqlar.

Bu gün müəllimlərimiz fəxr edirlər   ki, onların dərs dedikləri şagirdlər   Azərbaycanın müstəqilliyi və  torpaqlarımızın  müdafiəsi uğrunda mərdliklə vuruşaraq şəhid olublar. Şəhidlik zirvəsinə ucalan qəhrəmanlar isə heç vaxt ölmürlər, onlar həmişə ürəklərdə yaşayırlar.

Tədbirdə  müəllimlərdən Yusif Qazıyev, Nüşabə İbrahimova,  məktəb üzrə VMA-nın sədri  Qəmzə Yusifova  və digər çıxış edənlər  də 1990-cı ilin qanlı Yanvar hadisələrindən söz açdılar və  o vaxtkı sovet rəhbərlərinin törətdiyi bu qanlı cinayət aksiyasının xalqımızın milli azadlıq hərəkatını boğmağa, ərazi bütövlüyümüzün qorunması naminə haqq səsimizi susdurmağa çalışan antihumanist siyasətinin acı nəticəsi  olduğunu qeyd etdilər.

Şagirdlər  şəhidlərə həsr olunmuş şeirlər söylədilər,  kompozisiya nümayiş etdirdilər. Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanına gedərək   şəhidlərin məzarı önünə  gül dəstələri qoydular.  

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov