Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 Yanvar 2011 - 03

 

Faciə qurbanlarının xatirəsi yad edildi

 

Yanvarın 19-da Azərbaycan Dillər Universitetində (ADU) qanlı 20 Yanvar hadisələrinin 21 illiyi münasibətilə keçirilən mərasim Azərbaycanın Dövlət himni ilə başladı. Sonra 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. ADU-nun tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov 20 Yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq tarixinə çevrildiyini qeyd edərək dedi: - "O hadisələr hələ də gözümüzün önündədir. Günahsız insanlar qətlə yetirildi, yüzlərlə vətəndaş itkin düşdü. Buna baxmayaraq, heç kəs ruhdan düşmədi. Azərbaycan xalqının qətiyyəti, səbri azğınlaşmış sovet qoşunlarının Bakıda çox duruş gətirə bilməməsinə səbəb oldu".

Sonra qanlı 20 Yanvar hadisələrini özündə əks etdirən videoslayd nümayiş etdirildi.

Mərasimin sonunda Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüra səsləndi.

***

Azərbaycan Müəllimlər İnstitutunda anım mərasimi keçirilmişdir. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasimi açan rektor, siyasi elmlər doktoru, professor, millət vəkili A.Naxçıvanlı 1990-cı il hadisələrini sovet imperiyasının törətdiyi cinayət aksiyası, xalqın milli-azadlıq hərəkatını boğmağa, məkrli siyasətin acı nəticəsi olduğunu qeyd etdi. Millət vəkili ümummilli lider Heydər Əliyevin bu müsibətin dünya ictimaiyyətinə çatdırılması üçün gördüyü işlərdən danışmış, məhz onun təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verildiyini vurğulamış, şəhidlərin xatirəsinin əbədiləşdirilməsini ulu öndərin böyük ehtiram və qayğısı kimi qiymətləndirmişdir.

Çıxış edənlər 20 Yanvar faciəsinin səbəb və nəticələri haqqında ətraflı məlumat vermişlər.

Toplantıda şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi kompozisiya və film göstərilmişdir.

***

Azərbaycan Texniki Universitetində qanlı 20 Yanvar faciəsinin  21-ci  ildönümünə həsr olunmuş tədbirin iştirakçıları əvvəlcə AzTU-nun həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidənin və universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə təzə-tər gül-çiçək dəstələri qoymuşlar.

Tədbiri giriş sözü ilə universitetin rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov açmış, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Professor Havar Məmmədov Azərbaycan xalqının tarixinə nəzər salıb, xalqımızın ən dəhşətli faciəsi olan 20 Yanvar gecəsinin dəhşətlərindən ürək ağrısı ilə danışmış, bu qanlı faciəyə öz münasibətini bildirmişdir.

1990-cı il yanvarın 21-də Moskvada xüsusi nəzarətdə olan ümummilli lider Heydər Əliyev özünü və ailəsini təhlükə altında qoyaraq, oradakı Azərbaycan nümayəndəliyinə gəlmiş, geniş bəyanatla çıxış etmiş və qatillərin, günahkarların cəzalandırılmasını tələb etmişdi. 

Sonra AzTU-nun Tarix kafedrasının müdiri, tarix elmləri doktoru Şikar Qasımov, İstilik və soyuqluq kafedrasının müdiri, millət vəkili, professor Astan Şahverdiyev  və  gənclər adından IV kurs tələbəsi Azər Abdullayev 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar geniş məruzə ilə çıxış etdilər.

***

Lənkəran Dövlət Universitetində Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda həlak olmuş 20 Yanvar şəhidlərinin xatirəsi dərin ehtiramla yad edilmişdir.

20 Yanvar ümumxalq hüzn günü ilə əlaqədar keçirilmiş tədbiri universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açmış, şəhidlərin xatirəsinin həmişə əziz tutulduğunu bildirmiş və 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar universitetdə həyata keçirilən tədbirlərdən danışmışdır.

Universitetin Tarix və fəlsəfə kafedrasının dosenti, tarix elmləri namizədi Əliağa Baxşıyev "20 Yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir" mövzusunda məruzə etmişdir.

YAP universitet ərazi təşkilatının sədri, iqtisad elmləri namizədi Tofiq Paşayev, Kimya-biologiya kafedrasının dosenti Məlahət Ağayeva, Tarix və fəlsəfə kafedrasının baş müəllimi Qabil Əmənullayev, Heydər Əliyev muzeyinin rəhbəri Vaqif Abdullayev, tələbələrdən Seymur Murtuzayev, Əşrəf İzzətov və başqaları çıxış edərək 20 Yanvar hadisələrinə münasibətlərini bildirmişlər.

Filologiya elmləri namizədi, dosent, Prezident təqaüdçüsü Hacı Mirhaşım Talışlı Yanvar şəhidlərinə həsr etdiyi şeirini oxumuşdur.

Tədbirdə 20 Yanvar faciəsini əks etdirən kitab sərgisi, fotostendlər nümayiş etdirilmişdir.

***

Bakıdakı 9 nömrəli orta məktəbdə 20 Yanvar faciəsi ilə  bağlı keçirilən  tədbirdə  şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbiri giriş sözü ilə açan  məktəbin direktoru   Zinyət Əhmədova    bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda rus imperiyasının törətdiyi qanlı  faciədən 21 il keçir. M. Qorbaçov başda olmaqla sovet ittifaqının o vaxtkı rəhbərləri  Azərbaycan xalqına xəbərdarlıq etmədən Bakıya  qoşun yeritdilər,  böyük bir faciə baş verdi. Həmin gecə  günahsız, əliyalın insanlar küçədə, yaşadığı   evlərində gülləbaran  edildilər.  Bu hadisənin səhəri gün ilk etiraz səsini qaldıran  məhz Azərbaycan xalqının böyük oğlu ulu öndər Heydər Əliyev oldu.

Ümummilli liderin Azərbaycan xalqının  tələbi ilə ikinci dəfə hakimiyyətə  gəlişindən sonra 20 Yanvar hadisəsinə siyasi  qiymət verildi və əsl həqiqət  bütün dünyaya bəyan edildi.

Məktəbin müəllimlərindən Pəri Paşayeva, Şəfəq Nəsirova, Səkinə Şirinzadə, Rəna Dadaşova, İslam Abbasov  və Milli Qəhrəman Şövqiyar Abdullayevin atası Cəmil Abdullayev   qeyd etdilər ki, 20 Yanvar faciəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirdi. Azərbaycan xalqı  böyük itkiyə məruz qalsa da, öz müstəqilliyinə qovuşdu.

Məktəbin fəal şagirdləri çıxış edərək şəhidlərin xatirəsinə həsr olunmuş şeir söylədilər, mahnı oxudular və kompozisiya nümayiş etdirdilər.

***

Respublika İncəsənət Gimnaziyasında xalqımızın qan yaddaşına əbədi həkk olan 20 Yanvar faciəsi ilə əlaqədar V "A" sinfində  "açıq dərs" keçirildi. Öncə Azərbaycan dili və ədəbiyyat müəllimi Turanə Zeynalova   şagirdlərə tarix boyu xalqımızın başına gələn müsibətlərdən danışdı. Sonra bu faciəni törədənlər barədə bəzi faktları sadaladı. O müdhiş gecədə Azərbaycanın müstəqilliyi uğrunda  canını qurban verən vətən oğullarının qəhrəmanlıqlarından söz açdı.

Şagirdlərdən  Aytən Bağırova, Əmrah Ələkbərli, Zeynəb Məmmədova, Taleh Əbdülrəhimli, Nərmin Əliyeva 20 Yanvar faciəsi haqqında bildiklərini söylədilər və  şəhidlərin  xatirəsini   bir dəqiqəlik sükutla yad  etdilər.

Dərsdə  şagirdlər 20  Yanvar faciəsi ilə bağlı  divar qəzeti tərtib etdilər.  Faciəni əks etdirən səhnəciklər də  şagirdlərin ifasında maraqlı idi.

"Açıq dərs"də  20 yanvar faciəsinə həsr olunmuş   film göstərildi.

***

Paytaxtdakı  fizika-riyaziyyat və informatika təmayüllü liseydə 20 Yanvar faciəsinin iyirmi birinci ildönümünə həsr olunmuş  mərasimdə  respublikamızın suverenliyi, azadlığı, müstəqilliyi, ərazi bütövlüyü  uğrunda canlarından keçərək qəhrəmanlıq nümunəsi göstərmiş  Vətən oğullarının əziz xatirəsi  bir dəqiqəlik sükutla  yad edildi.  Direktor müavini Valeh Bəyalıyev   o zaman Bakıda baş verən hadisələr,  yanvarın 19-dan  20-nə keçən  gecə  rus imperiyasının törətdiyi  qanlı cinayətlər nəticəsində  xalqımızın  başına gətirilmiş müsibətlər barədə məlumat  verdi.

Şagirdlərin ifasında  şəhidlərə həsr  olunan  şeirlər, bayatılar  səsləndi, ədəbi-bədii kompozisiya  göstərildi.  Müəllimlər  Allahverdi Məmmədov, Sərvinaz Əkbərova, Mülayim Hüseynova, Aybəniz Mehdiyeva, Kəmalə Əliyeva, Şəfiqə Xankişiyeva çıxış edərək xalqımızın qəhrəmanlıq tarixindən,  20 Yanvar faciəsinin  acı nəticələrindən, şəhid olub əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən   söz açdılar.

Sonra  qanlı Yanvarla bağlı videogörüntülər  nümayiş olundu. 

***

Zəif  eşidən və sonradan karlaşmış uşaqlar üçün xüsusi respublika internat-məktəbdə 20 Yanvar faciəsinin iyirmi birinci ildönümünün anım mərasimində öncə qanlı Yanvar hadisələrinə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Məktəbin direktoru Kamil Məmmədov o mühdiş gecənin dəhşətlərindən, bütöv bir xalqa qarşı törədilən terror aktından, haqsız axan qanlardan, sinələrinə övlad dağı  çəkilən  anaların ərşə qalxan fəryadlarından  ürəkağrısı ilə söz açdı. Tərifə Şirinova müqəddəs şəhidlərin xatirəsinə həsr etdiyi şeiri söylədi. Tədbirin təşkilatçısı Nailə Allahverdiyeva, müəllimlər Nədafə Yaqubova, tərbiyəçilər Validə Bayramova, İlahə Məmmədova, Mehriban İsmayılova o qanlı gecəyə həsr olunan bayatılar, ağılar söylədilər.

***

20 Yanvar faciəsinin qurbanları Qax rayonunun   ümumtəhsil məktəblərində  keçirilən tədbirlərdə yad edilib.

Şəhər 1 nömrəli orta məktəbdə  "Şəhidlik ucalıqdır", 2 nömrəli  məktəbdə  "Qanla yazılmış qəhrəmanlıq salnaməsi", 5 nömrəli orta məktəbdə  "Ağla, qərənfil ağla", İlisu kənd orta məktəbində "20 Yanvar  qəhrəmanlıq salnaməsidir" adlı "dəyirmi masa"lar keçirilib. Məktəblərdə  20 Yanvar  faciəsinə həsr edilmiş inşa, rəsm müsabiqələri, ədəbi-bədii gecələr təşkil edilib. Radio qovşaqlarında 20 Yanvar faciəsi ilə bağlı  şeirlər səsləndirilib.
 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov