Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 Yanvar 2011 - �03

 

O qanlı gecəni xatırlayarkən

 

 

Yaxşı yadımdadır, 1990-cı il yanvarın 19-da gündüz saat 12-dən bizi-idarə və müəssisə rəhbərlərini, kommunistləri, şəhərin fəallarını iclas adı ilə çağırıb yığmışdılar şəhər partiya komitəsinin (indiki icra hakimiyyətinin) akt zalına. Burada iclasdan əsər-əlamət yox idi. Hər saatdan bir 1 nəfər gəlib deyirdi: "Darıxmayın, bir azdan mühüm xəbər deyiləcək!". Mühüm xəbərin deyilməsi gecə yarıya qədər çəkdi. Adamlar zalda mürgüləyir, bir-biri ilə pıçıltılı söhbət edir, bəziləri də bayıra çıxıb qayıdırdılar. Birdən əli dubinkalı və qalxanlı əsgərlər qapıları kəsdilər, 1-ci mərtəbədən 4-cü mərtəbəyə qədər gediş-gəliş yollarını tutdular. Bu mənzərəni görənlərdən bəziləri sevinirmiş kimi: "Burda dur e, ağzına qaya dəysin. Elə bilirdin ölkə yiyəsizdi?!". Biz dəhlizə çıxanda artıq stolun üstündə bir top qara parça gördük, hər şey aydın oldu.  

 

 

İyirmisi Yanvar, 90-cı il,
Qalıb taleyimin qan yaddaşında.
Özüm necə idim, yadımda deyil,
Qulağı batmışdı qara daşın da. 

O gecə durmuşdu yol ayrıcında,
Ölüm həyat ilə, hicran vüsalla.
Qolları sınmışdı ağacların da,
Bənizi qaçmışdı otların, Allah. 

O gecə yağırdı güllə yağışı,
Elə bil dünyanın sonu çatmışdı.
O gecə günahsız xalqıma qarşı,
Qəddarlıq artmışdı, sitəm artmışdı. 

O gecə bulaqlar qan ağladılar,
Quşlar səksəkədən yata bilmədi.
O gecə atları cidarladılar,
Yolçu mənzilinə çata bilmədi. 

Mənim şirin yuxum ərşə çəkildi,
Ulduzlar əridi baxışlarımda.
Üstümə od yağdı, alov töküldü,
Dondu yanağımda göz yaşlarım da. 

Bakı qan gölünə dönmüşdü gecə,
Neçə qız batmışdı, ana batmışdı,
O fidan gülləri əzən cəlladın,
Yırtıcı caynağı qana batmışdı. 

Bir nifrət duası oxuyam gərək,
Gündoğan, günbatan duysun səsimi.
Qansıza kəfənlik toxuyam gərək,
Qoydu gözlərimdə o, həvəsimi. 

O gecə oyandı içimdə qeyrət,
O gecə açıldı ağzımda dilim.
Məndən inciməsin ana təbiət,
Qana qan gərəkdir, ölümə ölüm. 

Qanın yerdə qalmaz, igid qardaşım,
Qəbrin nurla dolsun, ağbirçək ana!
Mənim şəhid bacım, şəhid qardaşım,
Siz vüqar oldunuz Azərbaycana! 

Həmişə haqdan, ədalətdən, humanizmdən dəm vuran dövlətin amansız ordusu dinc əhalini tankların altına salıb xurd-xəşil eləmişdi. Ölkə nehrə kimi çalxalanırdı. Səhər hara baxırdın rus əsgərləri adamların qabaqlarını kəsib sənədlərini yoxlayırdılar. İnformasiya qıtlığı başlamışdı. Nə radio, nə televizor səsini çıxarıb "mühüm xəbər" demirdi. Sən demə, amansız ordu Bakını qan gölünə çevirib, televiziyanın blokunu partladıb, insanları informasiyadan məhrum edib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yüzlərlə dinc azərbaycanlını məhv və şikəst etdilər. Günahsız insanlar yaralandı, müxtəlif fiziki təzyiqlərə məruz qaldı.

Həmin gecə 131 nəfər insan qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 400 nəfər zindanlara atıldı, xeyli insan itkin düşdü. 

20 Yanvar faciəsi XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biridir. O qanlı-qadalı gecəni yad etdikcə qaysaqlanmış yaramın qaysağı qopur, ağrısı-acısı məni yandırır-yaxır. Yadıma düşür ki, o gecə fikir-xəyal burulğanında yata bilmirdim. Qulağımı dəng edən sözlər: -"Mühüm xəbər deyiləcək" hey təkrarlanır-təkrarlanırdı. Tankların, topların nəriltisindən yatmaqmı olardı? Yad etdikcə o qanlı gecəni qara qanlar axır ürəyimdən, içimdə düşmənə qarşı nifrət hissi getdikcə qol-qanad atır, böyüyür, şaxələnir. Gurultu səsindən qulaq batırdı. Əliyalın insanlara divan tutur, tankların altına salıb xıncım-xıncım edirdilər. Mətbəxdə qazan asıb ailə üçün xörək hazırlayan ananı, körpə uşaqları, səsə-küyə küçəyə çıxan xəstə, ahıl qocaları belə qanlarına qəltan edir, qətlə yetirirdilər. Vətənin dar günündə ürəyində kin yaşadan başçılar arxamızda dayanmayıb qaçdılar. Millət sərkərdəsiz orduya, su üzündə qalan gəmiyə bənzədi 20 yanvar gecəsi. Bir yandan bağlayan, bir yandan açar, - deyiblər aqillərimiz.

1990-cı il yanvarın 21-də hər dəqiqəsi təhlükə qarşısında qalan Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, Qorbaçov hakimiyyətinə dərin etirazını bildirdi və cinayətkarların ciddi cəzalandırılmasını tələb etdi.

Azərbaycan xalqına dərin hüznlə başsağlığı verdi. Ümummilli liderimiz Heydər Əliyevin çıxışı həmin anlar Azərbaycan xalqını xeyli toxtatdı, mübariz ruhunu daha da gücləndirdi.

1990-cı il yanvarın iyirmisində sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciədən artıq 21 il keçir. Xalqımız o müdhiş gecəni daim xatırlayır, illər keçdikcə xatırlayacaq da! Hər bir azərbaycanlı bu vəhşiliyi, qəddarlığı, amansızlığı törədənlərə nifrət oxuyur və bu nifrət daim ediləcək.

Həmin günlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil oldu, öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan qurdürəkli, qorxubilməz, geridönməz, mərd, cəsarətli Vətən övladları canlarından keçərək Vətən yolunda həyatlarını qurban verdilər, şəhidlik zirvəsinə ucaldılar! Xalqımız həlak olanların xatirəsini əbədiləşdirmək üçün Şəhidlər xiyabanı kimi bir ziyarətgah, qibləgah, səcdəgah yaratdı.

Konstitusiya hüquqlarının təmin edilməsi tələbləri ilə ayağa qalxan dinc əhalini qılıncdan keçirtdilər, divan tutdular. Heç bir günahı olmayan yüzlərlə adamın vəhşicəsinə qətlə yetirilməsi bütün hakimiyyətdə olduğu dövrdə humanizm prinsiplərindən dəm vuran sovet imperiyasının hərb maşınının amansız terroru insanlığa qarşı bəşər tarixində görünməyən ən ağır cinayətlərdən biri kimi əbədi olaraq qalacaqdır. Əli günahsız insan qanına batmış imperiya rəhbərliyinin, cinayətkar M.S.Qorbaçovun komandasının Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, respublikamıza qarşı ərazi iddiaları irəli sürən mənfur qonşumuz Ermənistanın təcavüzkar  hərəkətlərinə haqq qazandıranlara hiddətlənən və bu fitnəkarlığa qarşı öz qəti etirazını bildirən geniş xalq kütləsinə qarşı sovet ordusunun döyüş bölmələrinin yeridilməsi Bakıda misli görünməmiş faciə ilə nəticələndi. Böyük itkilər verdik, günahsız insanlarımız dünyasını dəyişdi. Lakin bu amansız, qanlı terror xalqımızın iradəsini, milli qürurunu, mübariz ruhunu sarsıda bilmədi, azadlıq eşqini boğmağa gücü çatmadı. 20 Yanvar faciəsi xalqımızın əyilməzliyini,məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğu müstəqilliyə qovuşdu xalqımız, ölkəmiz suverenlik əldə etdi. 20 Yanvar faciəsi xalqımızın qan yaddaşında əbədi yaşayacaq.

Şəhidlər xiyabanına tez-tez gedir, şəhidlərimizi ziyarət edirəm, onların qarşısında baş əyirəm. Burada səslənən, ürək dağlayan həzin musiqi içimi göyüm-göyüm göynədir. Üzümü qaboy çalan Kamil Cəlilova tuturam. 

Çalma, Kamil! Çalma, qurbanın olum,

Yandırıb yaxırsan axı sən bizi.

Nədir qaboydakı bu fəryad səsi,

Boğur duman bizi, boğur çən bizi,

Yandırıb yaxırsan axı sən bizi. 

Əvəz Mahmud LƏLƏDAĞ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov