Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 Yanvar 2011 - �03

 

Qış imtahan sessiyası davam edir

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyası dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər mühüm tədbirləri həyata keçirmək məqsədilə müvafiq əmr imzalamışdır.

Təhsil nazirinin əmrinə əsasən, ölkəmizin digər ali məktəblərində  olduğu kimi, Naxçıvan Dövlət Universitetində də 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkili təmin olunmuşdur. Təhsil Nazirliyinin müvafiq tapşırığına əsasən burada yaradılan imtahan qərargahı operativ fəaliyyət göstərməkdədir. İmtahan sessiyasında şəffaflığı gözləmək, ictimai nəzarəti gücləndirmək məqsədilə tədris şöbəsi mütəmadi monitorinqlər keçirir, imtahanların gedişinə birbaşa nəzarət edir. Universitetin rektoru, akademik İsa Həbibbəyli imtahan keçirilən auditoriyalarda olur, imtahan prosesi ilə bağlı tələbələrlə söhbətlər aparır.

Qeyd edək ki, test üsulu ilə keçiriləcək imtahanların nəticələri informasiya-kommunikasiya texnologiyaları vasitəsilə müəyyənləşdiriləcək. Əyani şöbənin bütün birinci və ikinci kurslarında imtahanlar Boloniya təhsil sisteminə əsasən kredit üsulu ilə götürüləcək və 100 ballıq sistemlə qiymətləndiriləcək.

Yanvar ayının əvvəlindan başlayan, bir ay davam edəcək sessiyada bütövlükdə 600 imtahan olacaq. 700 nəfərdən artıq birinci kurs tələbəsi ilk dəfə olaraq bu məsuliyyətli sınaqdan keçəcək. Universitetin 500-dən artıq bal toplamış yüzlərlə tələbəsi buradakı təhsilin səviyyəsini əyani şəkildə nümayiş etdirəcək. Semestr ərzində tədris olunan fənlərin mənimsənilməsi, tələbələrin nəzəri bilik səviyyələri aşkar olunacaq.

İlk imtahanların nəticələri tələbələrin intellektual səviyyəsinin, tədrisin keyfiyyətinin artmasından, imtahanların obyektiv keçirilməsindən soraq verir. Tələbələrin davamiyyəti və imtahanlarda iştirakı barədə kəmiyyət göstəriciləri də qənaətbəxş hesab oluna bilər.  

Mehriban SULTAN

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov