|
|
|
Şagirdlərin İKT bilikləri
artır |
|
|
|
Bakıdakı 1
nömrəli orta məktəbdə İKT-nin tədrisi
səviyyəsini öyrənmək məqsədilə bu təhsil ocağı
ilə əlaqə saxladıq. Məktəbin direktoru Elida
Rzayeva bildirdi ki, informasiya-kommunikasiya
texnologiyalarının (İKT) inkişaf etdiyi bir
dövrdə bütün sahələrdə olduğu kimi, təhsil
sahəsində də İKT- nin tətbiqi prosesi sürətlə
gedir.
Əvvəlki
illərdən fərqli olaraq rəhbərlik etdiyim
məktəbdə İKT-də istifadə imkanlarının
artırılmasına xüsusi diqqət yetirilir. Məktəbdə
2 informatika kabineti yaradılıb və
kabinetlərdə 22 kompüter quraşdırılıb. V-XI
siniflərdə dərs deyən informatika
müəllimlərindən Vüsalə Həsənova və Xuraman
Kərimova interaktiv təlim metodlarından istifadə
edərək bu kabinetlərdə dərslərini yüksək
səviyyədə keçirlər. Şagirdlər kompüterdə
sərbəst yazmağı bacarır və müəllimlərinin
verdikləri tapşırıqları vaxtında yerinə
yetirirlər. Nəticədə məktəbdə oxuyan şagirdlər
arasında informatika müəllimi olmaq arzusunda
olanların sayı da artır. |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|