Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 Yanvar 2011 - �03

 

"Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!"

 

46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində 1991-ci ildən başlayaraq DYP idarəsi ilə birgə "Yol hərəkəti qaydaları" proqramı, "Uşaqlar və Yol Təhlükəsizliyi Layihəsi"nə uyğun məşğələlər, uşaqların yaradıcılığını əks etdirən sərgilər, bədii, təsviri baxış və müsabiqələr, yarışlar və stimullaşdırıcı tədbirlər keçirilir.

Yanvarın 18-də isə Bakıda, Hökumət evinin qarşısında "Uşaqlar və Yol Təhlükəsizliyi Layihəsi"nə uyğun Bakı şəhər DYP idarəsi 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi ilə birgə "Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!" devizi altında maarifləndirici aksiya keçirilib. Aksiyanın keçirilməsində əsas məqsəd uşaqlara yol hərəkəti qaydalarının öyrədilməsi və sonrakı yaş dövrlərində təfəkkürlərində təhlükədən uzaq olmaq tərbiyəsi aşılamaq, onlarda təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına nail olmaqdan ibarətdir.

Aksiyada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparıcı mütəxəssisi Rövşən Əliyev, Bakı Şəhər DYP idarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov, avto-ekspert, texniki elmlər namizədi Sülhəddin Gözəlov, 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova, Bakının Nəsimi, Nərimanov, Yasamal, Səbail, Nizami, Xətai, Binəqədi, Suraxanı rayonlarında yerləşən məktəblərdən və Slavyan Universitetinin məktəb-lisey kompleksindən müəllimlər və 100-dən çox şagird iştirak edirdi.

Tədbirdə çıxış edənlər qloballaşmaya uyğun olaraq Azərbaycanda və Bakı şəhərində avtomobillərin sayının artmasına görə yeraltı və yerüstü keçidlərin inşa edilməsi və yeni yolların çəkilməsinin vətəndaşların təhlükəsizliyinə xidmət etdiyini bildirdilər. Aktuallığına görə vətəndaşların maarifləndirilməsi üçün belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd etdilər. Sonda xüsusi forma geyinmiş balaca "yol polisi işçiləri" yol hərəkəti qaydalarına riayət etməyən bir neçə vətəndaşı saxlayıb onlarla maarifləndirici söhbət apardılar və yaxınlıqdakı yeraltı keçidi onlara göstərib təhlükəsizliklərini təmin etmək üçün həmin keçiddən keçmələrinin vacibliyini diqqətə çatdırdılar. 

Nizami MİRZƏ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov