Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 Yanvar 2011 - �03

 

O, müəllimlik peşəsini ürəkdən sevir

 

Mənalı ömür yolu keçib həyatda öz məqsəd və amallarına çatanlar doğrudan da xoşbəxt insanlardır. Haqqında söhbət açacağım Şəmsəddin Ələkbər oğlu Həsənov da belə insanlardan biridir. O, 1956-cı ildə İmişli rayonunun Qaralar kəndində kolxozçu ailəsində  anadan olub. 1980-ci ildən doğulub boya-başa çatdığı Namiq Abbasov adına Qaralar kənd orta məktəbində    riyaziyyat müəllimi işləyir. Elmlərin açarı olan riyaziyyatı şagirdlərə sevdirmək, keçdiyi  mövzuların onlar tərəfindən dərindən mənimsənilməsinə nail olmaq üçün Şəmsəddin müəllim dərslərini maraqlı qurmağa çalışır, tədris prosesində müasir təlim metodlarından, yeni texnologiyalardan geniş istifadə edir. Məhz  onun nəticəsidir ki, onun yetirmələri riyaziyyat üzrə müxtəlif   bilik  yarışlarında  yüksək  nəticələr  əldə  edirlər.

Şəmsəddin müəllimi həm kənddə,  eləcə də rayonda   bir ziyalı kimi hamı tanıyır və ona inanır. Çünki o, yaxşı müəllim olmaqla  bərabər, həm də gözəl ailə başçısıdır.

Şəmsəddin Həsənov 2009-2010-cu dərs ilində rayon üzrə "Ən yaxşı müəllim" adına layiq görülmüşdür. Həmçinin pedaqoji fəaliyyətində qazandığı uğurlara görə  dəfələrlə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İmişli Rayon Komitəsinin fəxri fərmanı  ilə təltif edilmişdir.

Sənətinin vurğunu olan Şəmsəddin müəllim yanvarın 21-də ailəsi ilə birlikdə   55 yaşını qeyd  etməyə hazırlaşır. Ad günündə ona ünvanlanan çoxsaylı təbriklərə biz də  qoşularaq Şəmsəddin müəllimə həyatda ən şirin nemət olan cansağlığı, şərəfli və məsuliyyətli işində  uğurlar diləyirik.  

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov