Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 Yanvar 2011 - �03

 

SÜLH KORPUSU AZƏRBAYCAN

ABŞ-ın Sülh Korpusu təşkilatı Amerikadan gəlmiş Könüllülərin Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində İngilis dilinin Tədrisi Proqramı üzrə  fəaliyyət göstərmələri üçün 2011-ci il üzrə  Ərizələrin qəbulunu elan edir

 

ABŞ dövlətinin qeyri-dini, qeyri-siyasi təşkilatı olan Sülh Korpusu 1961-ci ildə prezident Con F.Kennedi tərəfindən yaradılmışdır. Sülh Korpusu bütün fəaliyyət göstərdiyi ölkələrə yalnız yerli hökumətin dəvəti ilə gedir. Onun əsas məqsədi amerikalı Könüllülərin vasitəsilə dünyada sülh və  dostluğun bərqərar olmasına dəstək vermək, fəaliyyət göstərdiyi ölkənin ehtiyaclarından asılı olaraq təlim keçmiş ixtisaslı kadrlar vasitəsilə texniki bilik və bacarıqların ötürülməsindən ibarətdir.

Sülh Korpusu Azərbaycanda 2003-cü ildən fəaliyyət göstərir. Hazırda Könüllülər Azərbaycanda "İngilis dilinin tədrisi",  "İcmanın iqtisadi inkişafı" və "Gənclərin inkişafı" proqramları üzrə fəaliyyət göstərir.

Sülh Korpusunun doqquzuncu qrupunun 2011-ci ilin sentyabr ayında Azərbaycana gəlməsi gözlənilir. Bununla əlaqədar Sülh Korpusu Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə ingilis dili tədris olunan dövlət məktəbləri üçün müsabiqə elan edir. Könüllülər müsabiqə nəticəsində seçilmiş məktəblərdə 2011-ci ilin dekabr ayından başlayaraq ingilis dili müəllimi kimi iki tədris ili ərzində təmənnasız fəaliyyət göstərəcək. Könüllülər azərbaycanlı ingilis dili müəllimləri ilə birlikdə dərs deyəcək, şagirdlərin ingilis dilində danışıq bacarıqlarını təkmilləşdirəcək,  ingilis dili tədrisinin yeni metodlarını təqdim edəcək və məktəbdə ingilis dili mühitinin yaradılması istiqamətində fəaliyyət göstərəcəklər. 

Sülh Korpusunun Könüllüsü üçün müraciət etmək istəyən ən azı 2 ingilis dili müəllimi  olan  şəhər və kənd orta məktəbləri ərizə forması üçün müvafiq rayon təhsil şöbəsinə müraciət edə bilərlər. Ərizə forması məktəb direktoru və ingilis dili müəllimləri tərəfindən doldurulmalı, məktəbin direktorunun imzası ilə təsdiq olunduqdan sonra təhsil şöbəsinin müdirinə təhvil verilməlidir. Rayon təhsil şöbəsinin müdiri həmin ərizə formasını təsdiq etməlidir. Hər məktəbdən  yalnız bir ərizə gözlənilir.

Ərizələri yanvar ayının 26-dan başlayaraq müvafiq rayon təhsil  şöbəsindən əldə etmək olar. Ərizələr doldurulub fevral ayının 2-dən gec olmayaraq rayon təhsil şöbəsinə təqdim olunmalıdır.

Sülh Korpusu Könüllüləri artıq bir çox rayonlarda çalışır.  Müvafiq rayonların siyahısını hazırlayarkən, Sülh Korpusu rayonda bu günə qədər işləmiş,  hazırda işləyən Könüllülərin sayını, rayonda olan məktəblərin sayını və digər məsələləri nəzərə alır. Ərizələrin tam və düzgün doldurulması seçimdə böyük əhəmiyyətə malikdir.

Bu il keçirilən müsabiqədə aşağıdakı rayonlar üzrə  ingilis dili tədris olunan  məktəblər iştirak edə bilər: 

Ağcabədi, Ağsu,  Ağstafa, Balakən, Cəlilabad, Goranboy, Gədəbəy , Qusar, Qax, Qazax, Kürdəmir, Lerik, Neftçala, Salyan, Siyəzən, Şəmkir, Şamaxı, Tovuz, Ucar, Yevlax, Zaqatala.

Əlavə məlumat üçün rayon təhsil şöbəsinə müraciət etmək və ya Sülh Korpusu  İngilis dilinin tədrisi  üzrə proqram menecerləri ilə əlaqə saxlamaq olar. 

Əlaqə telefonları: (012) 596-17-20

Fax: (012) 596-17-24

Mobil: (050) 203-32-65, (050) 250-54-12

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Elanlar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov