Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 Yanvar 2011 - 03

 

Monitorinq və qiymətləndirmə

Sumqayıt şəhəri  ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının
keyfiyyət göstəricilərinə görə təhlili

 

Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında Sumqayıt şəhəri ümumtəhsil məktəblərinin keyfiyyət göstəricilərinə görə nəticələri, bu nəticələrin keçən il ilə müqayisəli təhlili, keyfiyyət və müvəffəqiyyət göstəricilərinin qarşılıqlı vəziyyəti, müxtəlif fənlərin mənimsənilmə səviyyəsi araşdırılmışdır.

2009-2010-cu dərs ilində şəhərin 48 tam orta ümumtəhsil məktəbində 3582 şagird təhsil almışdır. Onların 3563-ü (99,47%) buraxılış imtahanlarında iştirak etmiş və 3405 nəfəri (95.06%) yekun nəticəyə görə attestat almışdır. Buraxılış imtahanlarında iştirak edən 3563 şagirddən  1722 nəfəri oğlan, 1841 nəfəri isə qızdır. Şagirdlərin 3219-u Azərbaycan, 344 nəfəri isə rus bölməsinin şagirdidir. Sumqayıt şəhər N.Gəncəvi adına Texniki və Təbiət Elmləri liseyindən 6, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyadan 5, Sumqayıt şəhər "İstedad" məktəb-liseydən 3, ümumilikdə isə Sumqayıt şəhəri üzrə 30 nəfər şagird bütün fənlərdən "5" qiymət almışdır. Bütün fənlərdən "2" qiymət alan şagird isə yoxdur. Aşağıdakı cədvəldə respublika üzrə yekun keyfiyyət göstəricisinə görə ilk 20 yeri tutan məktəblərin siyahısı verilmişdir. Bu siyahıda Sumqayıt şəhərinin üç məktəbi birinci onluqdadır.

  (Cədvəli yüklə)

Sumqayıt şəhərinin səkkiz fənn üzrə göstəricilərinin respublika üzrə göstəricilərlə müqayisəsi aşağıdakı diaqramdan aydın görünür. Göründüyü kimi, bütün  fənlərdən keyfiyyət göstəriciləri respublika üzrə keyfiyyət göstəricilərindən yüksəkdir.

2008-2009 və 2009-2010-cu dərs illərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında səkkiz fənn üzrə  Sumqayıt şəhər ümumtəhsil məktəblərinin keyfiyyət göstəricilərinin müqayisəli təhlili aşağıdakı diaqramda verilmişdir:

Yalnız riyaziyyat fənnindən müəyyən yüksəlişin, əksinə qalan bütün fənlərdən geriləmənin olduğu nəzərə çarpır. Ümumilikdə, Sumqayıt şəhəri üzrə yekun keyfiyyət göstəricisi 2008-2009-cu dərs ilinə nisbətən  3,84% aşağı düşmüşdür. 

2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında fənlər üzrə yekun keyfiyyət göstəriciləri

Fənlər üzrə yekun göstəricilərə nəzər saldıqda Sumqayıt şəhərində Azərbaycan tarixi, riyaziyyat və coğrafiya fənlərinin digər fənlərə nisbətən daha yaxşı tədris olunduğu müşahidə olunur. Məktəblərin vəziyyətinə gəldikdə isə Azərbaycan tarixi, riyaziyyat, xarici dil fənlərindən 20 məktəbin (41,67%), ana dili, biologiya fənlərindən 22 məktəbin (45,23%), fizika fənnindən 25 məktəbin (52,08%), kimya fənnindən 26 məktəbin (54,17%) və coğrafiya fənnindən isə 27 məktəbin (56,25%) keyfiyyət göstəricisi şəhər üzrə keyfiyyət göstəricisindən yüksəkdir.

Sumqayıt şəhərinin tam orta ümumtəhsil məktəblərinin buraxılış imtahanlarının nəticələrinə görə keyfiyyət və reytinq göstəricilərinin müqayisəli təhlili aşağıdakı cədvəldə verilmişdir:

  (Cədvəli yüklə)

 

Cədvəldən göründüyü kimi, Sumqayıt şəhər 4 və 38 nömrəli orta məktəbləri reytinq cədvəlinə uyğun olaraq, 32 və 44-cü yerləri tutduqları halda, keyfiyyət cədvəlində həmin məktəblər müvafiq olaraq 17 və 33-cü yerləri tuturlar. Bu isə o deməkdir ki, həmin məktəblərin şagirdləri daha çox suala düzgün cavab verərək yüksək qiymətlər alıblar. Əksinə,  Sumqayıt şəhər 42 və 8 nömrəli orta məktəbləri reytinq cədvəlinə uyğun olaraq, 7 və 8-ci yerləri tutmalarına baxmayaraq, keyfiyyət cədvəlində həmin məktəblər müvafiq olaraq 30 və 24-cü yerləri tuturlar.

Keyfiyyət göstəricisinə görə məktəblərin sıralanmasında ilk və son iki yeri tutan məktəblərin göstəriciləri  aşağıdakı kimidir:

Sumqayıt şəhər N.Gəncəvi adına Texniki və Təbiət Elmləri liseyindən 45 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 18,44 suala  (73,78%), riyaziyyatdan 22,98 suala  (91,91%), Azərbaycan tarixindən 12,27 suala  (81,78%), fizikadan 8,60 suala  (86,00%), kimyadan 8,82 suala (88,22%), biologiyadan 8,02 suala  (80,22%), coğrafiyadan 8,67 suala (86,67%), xarici dildən isə 12,67 suala  (84,44%) düzgün cavab vermişdir.

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyadan 44 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 17,80 suala (71,18%), riyaziyyatdan 21,64 suala (86,55%), Azərbaycan tarixindən 11,70 suala  (78,03%), fizikadan 8,07 suala (80,68%), kimyadan 8,32 suala  (83,18%), biologiyadan 7,89 suala  (78,86%), coğrafiyadan 8,05 suala  (80,45%), xarici dildən isə 11,45 suala  (76,36%) düzgün cavab vermişdir.

Sumqayıt şəhər 7 nömrəli orta məktəbindən 57 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 10,70 suala  (42,81%), riyaziyyatdan 12,82 suala  (51,30%), Azərbaycan tarixindən 6,84 suala  (45,61%), fizikadan 4,49 suala  (44,91%), kimyadan 4,68 suala  (46,84%), biologiyadan 4,53 suala  (45,26%), coğrafiyadan 4,79 suala (47,89%), xarici dildən isə 6,91 suala  (46,08%) düzgün cavab vermişdir.

Sumqayıt şəhər M.Əsədov adına orta ümumtəhsil internat-məktəbdən 14 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 11,57 suala  (46,29%), riyaziyyatdan 11,14 suala  (44,57%), Azərbaycan tarixindən 5,71 suala  (38,10%), fizikadan 3,71 suala  (37,14%), kimyadan 3,79 suala (37,86%), biologiyadan 3,50 suala  (35,00%), coğrafiyadan 4,21 suala  (42,14%), xarici dildən isə 6,14 suala  (40,95%) düzgün cavab vermişdir. Məktəblərin 8 fənn üzrə göstəricilərinin şəhərin göstəriciləri ilə müqayisəli təhlili aşağıdakı qrafiklərdən  daha aydın görünür. 

Sumqayıt şəhəri və Sumqayıt şəhər N.Gəncəvi adına Texniki və Təbiət Elmləri liseyinin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Sumqayıt şəhəri və Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Sumqayıt şəhəri və Sumqayıt şəhər 7 nömrəli orta məktəbin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Sumqayıt şəhəri və Sumqayıt şəhər M.Əsədov adına orta ümumtəhsil internat-məktəbin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Sumqayıt şəhər ümumtəhsil məktəblərində 8 fənnin əlamətlər üzrə keyfiyyət göstəriciləri

Cədvəldən göründüyü kimi, şəhər üzrə orta statistik şagird ana dili fənnindən sualların 53,43%-nə düzgün cavab vermişdir. Qızların düzgün cavabları 54,97%, rus bölməsinin düzgün cavabları isə 56,36% olmuşdur, bu da şəhər üzrə göstəricidən yuxarıdır. Azərbaycan və rus bölmələrinin, eləcə də oğlanlar ilə qızların keyfiyyət göstəricilərinin müqayisəsi aşağıdakı diaqramlardan daha aydın görünür.

Oğlanların və qızların səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəsi

2008-2009 və 2009-2010-cu dərs illərində səkkiz fənni qiymətlər üzrə müqayisə etdikdə riyaziyyatdan "2" qiymət alanların faiz göstəricisinin aşağı düşdüyünü, qalan fənlərdən isə faiz göstəricilərinin yüksəldiyini müşahidə edirik. "2" qiymət alanların sayı ana dilindən 1,62%, Azərbaycan tarixindən 0,94%, fizikadan 1,52%, kimyadan 2,22%, biologiyadan 2,35%, coğrafiyadan 1,28% və xarici dildən 0,88% artmışdır, əksinə, riyaziyyatdan 1,42%  azalmışdır. Ümumiyyətlə, 2008-2009-cu dərs ilində 4008 şagirddən 3987 nəfəri imtahanlarda iştirak etmiş və bunlardan 3397-i, yəni 85,20%-i, 2009-2010-cu dərs ilində isə 3582 şagirddən 3563 nəfəri imtahanlarda iştirak etmiş və bunlardan 2840-ı, yəni 79,71%-i müvəffəqiyyət qazanmışdır. Son nəticədə 2008-2009-cu dərs ili ilə müqayisədə Sumqayıt şəhəri üzrə müvəffəqiyyət faizinin 5,49% aşağı düşdüyünü görürük. Aşağıdakı cədvəlin köməyi ilə digər qiymətlərə görə də iki ilin müqayisəli təhlilini aparmaq olar.

Təhsil Nazirliyinin Monitorinq
və qiymətləndirmə şöbəsi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov