AzərTAc xəbər
verir ki, Azərbaycan Diplomatik Akademiyası
(ADA) bakalavr təhsili sisteminə başlamışdır. Bu
məqsədlə gələcəyin diplomatları olmaq istəyən
abituriyentlər arasında maarifləndirmə işlərinə
başlayan akademiyanın əməkdaşları Bakının
məktəblərində də görüşlər keçirirlər.
Cari ildə
ADA-da bakalavr pilləsində beynəlxalq
münasibətlər və biznes administrasiyası ixtisası
üzrə tələbə qəbuluna başlanılacaqdır.
Qəbul prosesində yerli abituriyentlərlə
yanaşı, əcnəbilər də iştirak edəcəklər. Artıq
ADA-nın təhsil sistemi barədə XI sinif
şagirdləri arasında məlumatlandırma aparılır. Bu
məqsədlə Bakının 160 nömrəli Klassik
Gimnaziyasında olan ADA-nın əməkdaşları bu
təhsil sisteminin beynəlxalq standartlara cavab
verdiyini vurğulamışlar. Şagirdlərə
bildirilmişdir ki, ADA-da dünyanın tanınmış alim
və professor heyəti dərs deyir.
Akademiyanın
əməkdaşı Zaur Həsənov demişdir ki, bu günədək
Bakının təxminən 20 məktəbində olmuşuq. Həmçinin
bu ildən başlayaraq biz regionları da əhatə
edəcəyik. Azərbaycanın digər ali təhsil
ocaqlarından fərqli olaraq ADA-da
abituriyentlərin xarici dil biliklərinə üstünlük
veriləcəkdir. Çünki dərslərin əksəriyyəti
ingilis dilində aparılacaqdır.
Xatırladaq ki,
indiyədək akademiyada yalnız beynəlxalq
münasibətlər və diplomatiya ixtisası üzrə
magistratura pilləsi mövcud idi. Bu ixtisaslarda
təhsil alan tələbələrin 50 faizi ABŞ və
Avropadandır. |