Təhsil
Nazirliyindən aldığımız məlumata görə, 2010-cu
ildə 15 təhsil müəssisəsinin akkreditasiyası
keçirilib. Onlardan 8-i ali təhsil, 5-i orta
ixtisas təhsili, 2-si isə ilk peşə-ixtisas
təhsili müəssisəsidir.
2011-ci ildə
isə 18 təhsil müəssisəsinin akkreditasiyası
keçiriləcək. Onlardan 5-i ali təhsil, 7-i orta
ixtisas, 6-sı isə ilk peşə-ixtisas təhsil
müəssisəsidir.
Ötən il
ərzində lisenziya verilməsi ilə bağlı nazirliyə
30 müraciət daxil olub. Müəssisələrdən 16-na
maddi-texniki bazası normativlərə cavab
vermədiyinə görə lisenziya verilməsi
məqsədəuyğun hesab edilməyib.
Y.ƏLİYEV |