Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Yanvar 2011 - �04

 

Bakı Avropa Liseyi təlimdə innovativ yanaşmalara dair seminar keçirdi

 

Son illər liseyin uğurla tətbiq etdiyi İnkişafetdirici Fənlərarası Təlim (FAT) proqramının təqdimatı oldu

Əsasən intellektual cəhətdən istedadlı uşaqların ümumi təhsil alması üçün nəzərdə tutulmuş Bakı Avropa Liseyi yarandığı gündən özünün yüksək təhsil göstəriciləri ilə fərqlənir. Ölkənin ən yüksək reytinqə malik ümumtəhsil  müəssisələrindən biri sayılan liseyin uğurlarının əsas səbəbi, mütəxəssislərin fikrincə, burada yüksək təlim mühitinin mövcud olması, təlimin təşkilinə innovativ yanaşmalar, lisey rəhbərliyinin və pedaqoji kollektiv üzvlərinin bu sahədə apardıqları məqsədyönlü elmi-metodik axtarışlar və onların nəticələrinin tədrisə tətbiqi, dərslərdə ən müasir təlim  metod və texnologiyalarından istifadədədir. Xeyli müddətdir ki,  respublikamızda yeganə olaraq məhz bu təhsil ocağında intellektual istedada malik şagirdlərin yüksək idraki tələbatlarının ödənilməsinə imkan verən xüsusi təlim proqramı - İnkişafetdirici Fənlərarası Təlim (FAT) proqramı tətbiq olunur. Qeyd olunan istiqamətlərdə toplanmış təcrübəni paylaşmaq, FAT proqramı üzrə keçilən dərsləri nümayiş etdirmək məqsədi ilə yanvarın 21-də liseydə "Təlimdə innovativ yanaşmalar" mövzusunda seminar keçirildi.

Seminarda Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, nazir müavini İsgəndər İsgəndərov, nazirliyin şöbə müdirləri Fərzəli Qədirov, Aydın Əhmədov, Təranə Hacıyeva, Bayram Hüseynzadə, Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov, professor Mirzəli Murquzov, əməkdar müəllim Arif Muradov, paytaxtın bir sıra məktəblərinin direktorları iştirak edirdilər.

Seminar zamanı liseyin müəllimləri Bahar Kərimovanın FAT proqramı üzrə 3 "a1" sinfində "İnsanın insana təsiri birbaşa və dolayı ola bilər", Xumar Əhmədbəylinin 5 "a1" sinfində "İzlər keçmişi bərpa etməyə imkan verir", Viktoriya Nazarovanın 8 "r2" sinfində "Adaptasiya: tolerantnost kak fenomen sosialnoy adaptasii", Aynur Rüstəmovanın 7 "a1" sinfində Azərbaycan dilindən "Feli bağlama haqqında ümumi məlumat", Gülzar Ramazanovanın 8 "a2" sinfində fizikadan "Səs dalğaları", İlhamə Abdullayevanın 5 "a1" sinfində riyaziyyatdan "Birrəqəmli ədədə bölmə" mövzularında dərslərinin dinlənilməsi nəzərdə tutulmuşdu.

Konfrans zalında təhsil naziri Misir Mərdanovu və digər iştirakçıları səmimi salamlayan liseyin direktoru, əməkdar müəllim Zülfiyyə Veysova seminarın məqsədi və proqramı haqqında onlara qısa məlumat verdikdən sonra seminar iştirakçılarının dinləniləcək dərslər üzrə bölgüsü aparıldı.

Təhsil naziri Misir Mərdanov müəllim Xumar Əhmədovanın 5 "a1" sinfində Fənlərarası Təlim proqramı üzrə apardığı dərsdə iştirak etdi. "İzlər keçmişi bərpa etməyə imkan verir" mövzusu öyrənilən dərsdə müəllim öncə varislik nədir sualı ətrafında iş apardı. Lövhədən müxtəlif tarixi mərhələlərdə yaşamış insanların başları və kəllə skeletlərinin şəkilləri əks olunan plakat asıldı. Şəkillər əsasında insanın inkişaf prosesini izləyən şagirdlər bu prosesdə varisliyin mühüm rol oynadığı qənaətinə gəldilər və varislik haqqında fikirlərini söylədilər. Sonra keçmişdən qalan izlərin insan həyatında nə kimi əhəmiyyət kəsb etməsi məsələsi aydınlaşdırıldı. Müəllim sinfi hər birində 4 şagird olmaqla 8 qrupa bölərək qruplara mövzu ilə bağlı müstəqil iş tapşırdı.

Təhsil naziri sonra müşahidəsini müəllim İlhamə Abdullayevanın 4 "a1" sinfində keçdiyi riyaziyyat dərsində davam etdirdi. Bu dərsdə də müəllim əyani vəsaitlərdən geniş istifadə edərək "Birrəqəmli ədədə bölmə" mövzusunu şagirdlərə mənimsətdi. Bu zaman şagirdlərin çoxrəqəmli ədədlərin mərtəbələrinə ayrılması, üçrəqəmli ədədin təkrəqəmli ədədə bölünməsi ilə bağlı əvvəlki dərslərdə aldıqları biliklərinə istinad olundu, müstəqil işi təşkil edildi.

Dərslərin dinlənilməsi başa çatdıqdan sonra təhsil naziri bir neçə sinif otağına baş çəkərək dərslərin gedişi, siniflərin tərtibatı ilə maraqlandı, müəllim və şagirdlərlə söhbət etdi.

Müəllimlər, naziri müşayiət edən direktor Z.Veysova siniflərdəki vəziyyət, onların tərtibatı haqqında nazirə məlumat verdilər. Aparılan tərtibat işlərində, liseydə yüksək  təlim mühitinin yaradılmasında valideynlərin yaxından iştirak etdikləri vurğulandı.

Təhsil naziri liseydə gördüklərindən razı qaldığını söyləyərək bütün bunların çox böyük zəhmət bahasına başa gəldiyini bildirdi. Ayrı-ayrı sinif otaqlarında yaradılmış şəraiti, onların tərtibatını yüksək qiymətləndirən nazir siniflərdə müşahidə etdiyi bəzi cəhətləri, o cümlədən hər sinfin özünəməxsus tərtibatı olmasını, ayrı-ayrı sinif otaqlarında şagirdlərin reytinq cədvəllərinin, müəllimlərin şagirdlərlə birlikdə şəkillərinin, Azərbaycan Respublikasının inzibati xəritəsinin asılmasını, şagirdlərin vahid məktəbli formasında olmasını, valideynlərin, təcrübəçi tələbələrin dərslərdə iştirakını xüsusi qeyd edib, bunların onda xoş təəssürat yaratdığını bildirdi.

Valideynlərin sözünün ictimai rəyə güclü təsiri olduğunu söyləyən nazir təhsil ocaqları ilə valideynlərin əlaqəsinin daha da gücləndirilməsinin, onlarla müəllimlər arasında isti münasibətlər yaradılmasının vacibliyini diqqətə çatdırdı.

Sonra liseyin konfrans zalında dinlənilən dərslərin müzakirəsi aparıldı. Təhsil naziri və seminarın digər iştirakçıları dinlədikləri dərslərin çox maraqlı olduğunu, yüksək səviyyədə qurulduğunu, FAT proqramı ilə işləyən müəllimlərin yüksək hazırlıq və metodik məharət nümayiş etdirdiklərini, şagirdlərin dərslərdə fəal iştirak etdiklərini, fəal təlim metodlarına geniş yer verildiyini qeyd edib onları yüksək qiymətləndirdilər, bəzi məsləhət və tövsiyələrini verdilər.

Seminarda Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova özünün və pedaqoji kollektivin təlimə innovativ yanaşma sahəsində yaradıcı axtarışlarının nəticəsi  kimi tədris ocağında 1993-cü ildən tətbiq olunan və son illər uğurlu nəticələr verən Fənlərarası Təlim (FAT) proqramı haqqında geniş təqdimatla çıxış etdi.

Təqdimatında öncə proqramın zəruriliyindən, intellektual cəhətdən inkişaf etmiş istedadlı uşaqların xüsusiyyətlərindən söz açan Z.Veysova diqqətə çatdırdı ki, İnkişafetdirici Fənlərarası Təlim (FAT) proqramı məktəbin baza proqramını asanlıqla qavrayan və yaşıdlarından intellektual cəhətdən daha çox inkişaf etmiş uşaqlar üçün nəzərdə tutulub. Hazırda I-IX siniflərdə tətbiq olunan həmin proqram üzrə dərsləri liseyin ən hazırlıqlı, yüksək intellektə malik, yenilikləri öyrənməyə və tətbiq etməyə böyük həvəsi olan müəllimlər aparırlar.

Fənlərarası təlim kursunun dünya təcrübəsində elmi cəhətdən təsdiq olunmuş və istedadlı uşaqlara yönəlmiş tədris prinsipləri əsasında yaradıldığını deyən təqdimatçı bildirdi ki, proqramın əsas məqsədi istedadlı uşaqların xüsusi idraki tələbatlarının ödənilməsi, yaradıcı potensialının və intellektual səviyyələrinin tam inkişafını təmin edəcək şəraitin yaradılması, yaradıcı, tənqidi və məntiqi təfəkkürünün, problemi həlletmə bacarığının inkişafı, həyata səmərəli uyğunlaşmasının və müvəffəqiyyət qazanmasının təmin edilməsi, biliklərin sərbəst əldə olunması, elmi-tədqiqat bacarıq və vərdişlərinin formalaşdırılması və sairdir.

Sonra Z.Veysova proqramın əsasını təşkil edən standartlar, hər standart üzrə şagirdlərin əldə etdiyi təlim nəticələri, İnkişafetdirici Fənlərarası Təlim (FAT) proqramının əsas prinsipləri, məzmunu haqqında məlumat verdi. Bildirdi ki, Fənlərarası Təlim Proqramı özündə tematik fənlərarası inteqrasiya konsepsiyasına əsaslanan təlimi əks etdirir. Bu növ inteqrasiyanın əsasını təbiətdə, cəmiyyətdə, insan həyatında və onun yaratdığı əşyalarda mövcud olan ümumi, fəlsəfi qanunauyğunluqlar təşkil edir.

Proqramın quruluşu haqqında danışan liseyin direktoru tədris planına əsaslanaraq hər bir tədris ili üçün bir qlobal fəlsəfi mövzunun ayrıldığını və beləliklə, I sinifdən başlayaraq IX sinfədək 9 mövzunun (1.Struktur; 2. Dəyişmə; 3.Təsir; 4.Qayda; 5.Varislik; 6.Sistem; 7.Qüvvə, 8.Adaptasiya; 9.Qarşılıqlı əlaqələr.) öyrənildiyini, hər hansı tədris ilinə məxsus olan bölmənin seçilməsinin ümumtəhsil proqramının xüsusiyyətlərindən, fənlərarası təlim kursunun məntiqi quruluşundan və şagirdlərin yaşlarına uyğun maraqlarından asılı olduğunu vurğuladı.

Təqdimatda FAT proqramının tərkib hissələri, istifadə olunan metodlar, təlim texnologiyaları, resurslar, şagirdlərin işləri, məktəbdənkənar məşğələlər və əldə olunan nəticələr barədə də ətraflı məlumat verildi.

Təqdimat başa çatdıqdan sonra Z.Veysova seminar iştirakçılarını maraqlandıran bəzi məsələlərə aydınlıq gətirdi. Tədbirdə seminar iştirakçılarına FAT-la bağlı liseyin hazırladığı metodik vəsaitlər paylandı. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov