Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Yanvar 2011 - �04

 

Olimpiadanın şəhər mərhələsinin qalibləri mükafatlandırıldı

 

Sumqayıt Şəhər Təhsil Şöbəsi ilə Qafqaz Universiteti arasında hər iki tərəf üçün faydalı olan işbirliyi mövcuddur. 1998-ci ildən başlayaraq hər il Sumqayıt şəhəri ümumtəhsil məktəblərinin fənn olimpiadalarının şəhər mərhələsinin ikinci turunda qalib  gələn şagirdləri ilə universitetdə görüş və onların mükafatlandırılması mərasimi təşkil  olunur.  Növbəti ənənəvi tədbir bu ali təhsil ocağında yanvarın 26-da keçirildi.

Sumqayıtlı məktəblilər əvvəlcə universiteti gəzib burada yaradılmış yüksək təhsil şəraiti ilə tanış oldular, auditoriyalarda, laboratoriya və kompüter mərkəzində olub tələbə və müəllimlərlə görüşdülər.

Mükafatlandırma mərasimi universitetin akt zalında bu ali təhsil müəssisəsi haqqında filmin nümayişi ilə başladı. Sonra universitetin rektoru, professor Ahmet Saniç çıxış edərək məktəbliləri təbrik etdi.

Onları Azərbaycanın ulduzları adlandıran rektor aralarında gələcəyin Nobel mükafatçılarının olacağına inandığını söylədi. A.Saniç Qafqaz Universiteti haqqında qısa məlumat verərək hazırda onun ölkənin ən yüksək reytinqli ali təhsil ocaqlarından biri olduğunu diqqətə çatdırdı. Təbrik çıxışında Sumqayıt şəhərinin təhsil uğurlarından da söz açan rektor bu uğurların əldə olunmasında şəhər təhsil şöbəsinin böyük rolunu qeyd etdi, onun məktəblərdə keçirdiyi monitorinqlərin əsl yarış meydanı yaratdığını vurğuladı.

Mərasimdə çıxış edən Sumqayıt Şəhər Təhsil Şöbəsi Metodkabinetinin direktoru Sabir Məmmədov fənn olimpiadasının nəticələri haqqında məlumat verdi. Bildirdi ki, bilik yarışlarının ötən ilin noyabrında keçirilmiş ilk turunda 10 min məktəbli iştirak edib. Şəhər mərhələsinin dekabrın 5-də keçirilmiş birinci turunda 814, yanvarın 9-da təşkil olunmuş ikinci turunda isə 116 şagird öz qüvvəsini sınamışdır. Son yarışmanın nəticələrinə əsasən 33 şagird olimpiadaların respublika turuna vəsiqə qazanıb və onlar mart ayında paytaxtda keçiriləcək finalda Sumqayıt məktəblərini təmsil edəcəklər.

Qafqaz Universiteti ilə Sumqayıt Şəhər Təhsil Şöbəsi arasında yaranmış sıx ünsiyyəti yüksək qiymətləndirən S.Məmmədov son iki ildə Sumqayıtın orta məktəb məzunlarından 68 nəfərinin bu ali məktəbə daxil olmasını da məhz həmin ünsiyyətin nəticəsi olduğunu vurğuladı.

Tədbirə sponsorluq köməyi göstərmiş "Hədəf" kurslarının rəhbəri Elxan Nəzərov, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov, Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov qalibləri təbrik etdilər, onlara daha böyük uğurlar arzuladılar. Universitet rəhbərliyinə, olimpiadaların keçirilməsində və mükafatlandırma mərasiminin təşkilində əməyi olanlara minnətdarlıqlarını bildirdilər.

Sonra qaliblərə Sumqayıt ŞTŞ və Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olundu.

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov