Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Yanvar 2011 - �04

 

700 bal toplamış tələbələr ilk imtahan sessiyasını necə başa vururlar

 

Artıq ali və orta ixtisas təhsili müəssisələrində tədris ilinin ən məsul dövrü başa çatmaqdadır. Qış imtahan sessiyasının həyəcan dolu anlarını yaşayan tələbələr bu günlərdə bilik və bacarıqlarını nümayiş etdirirlər. Keçilən dərslərə daim hazırlıqlı gələn, hər zaman yüksək bilik səviyyələri ilə seçilən tələbələr, təbii ki, imtahanlardan da alnıaçıq, üzüağ çıxırlar.

Bəs ötənilki qəbul imtahanlarında ən yüksək nəticə göstərərək 700 bal toplayan tələbələr ilk imtahan sessiyasını necə başa vururlar?

Bu suala aydınlıq gətirmək məqsədilə onların bir neçəsi ilə görüşüb söhbət etsək də, digərləri - Qafqaz Universitetinin tələbələri ilə görüşmək istəyimiz baş tutmadı. Məlum oldu ki, onlar universitetin təhsildə fərqlənən bir qrup tələbəsi ilə birlikdə Türkiyə Respublikasına istirahətə göndəriliblər. Elə bu faktın özü qəbul imtahanlarında qazanılan böyük uğurun təsadüfi olmadığını bir daha sübut edir. Bu səbəbdən həmin tələbələrin təhsil aldığı Dil hazırlığı fakültəsinin müdiri İsa Dağla  əlaqə saxlamalı olduq.

Qafqaz Universitetinin Dil hazırlığı fakültəsinin müdiri İsa Dağın verdiyi məlumata görə, 700 bal toplayan tələbələrin dördü də Mühəndislik fakültəsinə qəbul olunub. Həmin fakültədə tədris tamamilə ingilis dilində aparıldığından onlar bu tədris ilində yalnız dil hazırlığı ilə məşğul olur, dili mükəmməl öyrənir və incəliklərinə dərindən yiyələnirlər. Qeyd etmək lazımdır ki, fakültədə bir neçə istiqamət - ingilis dilinin qrammatikası, danışıq dili və yazı üzrə bilik və bacarıqların dərindən mənimsənilməsi tələb olunur.

 Esmira  BAXŞƏLİYEVA 

Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil alıram. Semestr ərzində dərsə cavab, davamiyyət və sərbəst işlər üçün nəzərdə tutulan maksimum 50 balı toplamışam.

Mən artıq 6 fəndən imtahan verərək ən yüksək "A" - balı almışam. 7-ci - sonuncu imtahanım isə tibb tarixi fənnindən olacaq. İnanıram ki, bu fəndən də yüksək bal alacam.

İstəyirəm ki, qəbul imtahanlarında topladığım yüksək bala görə layiq görüldüyüm Prezident təqaüdçüsü adını doğruldum. Bunun üçün universitetimizdə hər cür şərait var. Burada yüksək bilikli müəllimlər dərs deyir, bütün mühazirələr maraqlı keçir. Mən də bu şəraitdən maksimum istifadə edərək semestr imtahanlarına çox ciddi hazırlaşmışam. İstəyimə nail olacağıma əminəm.

 

 


Aydan HƏSƏNOVA

Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika-2 fakültəsinin tələbəsiyəm. Prezident təqaüdçüsüyəm. İndi artıq qış imtahan sessiyamız sona yaxınlaşır. Mən dərsə cavab, davamiyyət və müstəqil iş üzrə maksimum balı toplamışam. Eyni zamanda  7 imtahandan 6-nı uğurla verərək hər birindən 50 bal toplamış,  "A" qiyməti almışam. Yeddinci imtahanım isə latın dili fənnindəndir. İnanıram ki, bu fəndən də  "A" qiyməti  alacağam. Bütün bunları ona görə inamla deyirəm ki, universitetdə bizə çox təcrübəli müəllimlər dərs deyir. Keçdiyimiz hər hansı mövzunu elə sinifdəcə öyrənirik.  Praktik dərslər də bizi qane edir. İmtahanlar zamanı ilk vaxtlar həyəcanlansaq da cavablarımız  müəllimlərimizi qane edir.  İnanıram ki, orta məktəbdə aldığım yüksək qiymətləri ali məktəbdə də doğruldacağam. Prezident təqaüdçüsü adımı sonuncu kursa kimi özümün yüksək biliyim və bacarığımla yaşatmağa nail olacağam.

 

 

 


Aygül TANRIVERDİYEVA  

Azərbaycan Tibb Universitetində müalicə işi ixtisası üzrə təhsil alıram.

İndi həyəcan dolu semestr imtahanlarımız davam edir. Mən 30 bal dərsə cavab, 10 bal davamiyyət və 10 bal sərbəst işlər üçün olmaqla nəzərdə tutulan maksimum 50 balı toplamışam.

7 imtahandan isə hələlik 6-nı vermişəm və hamısından da maksimum bal toplamışam. Sonuncu imtahanımız isə latın dili fənnindən olacaq. Bu imtahanlardan da maksimum bal toplayacağıma əminəm. Ona görə ki, həmin imtahanlara da çox ciddi hazırlaşmışam.

Onu da deyim ki, hazırda mən Prezident təqaüdçüsüyəm. Bu adı və qəbul imtahanlarında topladığım ən yüksək - 700 balı doğruldacağıma əminəm. Bütün bu məsuliyyəti dərindən dərk edərək var qüvvəmlə çalışıram.

 


Nəriman MƏMMƏDLİ  

Mühəndislik fakültəsinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasını seçib. O, burada təhsil aldığı bir neçə ay ərzində həm dərslərə yüksək səviyyədə hazırlığı, həm də səmimiyyəti ilə dostlarının və müəllimlərinin böyük rəğbətini qazanıb.

Nəriman bu semestri böyük uğurla başa vurub. Dil hazırlığının ayrı-ayrı istiqamətləri üzrə yüksək bilik səviyyəsi nümayiş etdirərək imtahanda 90 bal toplayıb. Təqdirəlayiq haldır ki, o, təhsil aldığı 4 ay ərzində böyük əzmlə TOEFL imtahanlarına da hazırlaşıb və bu sınağa girərək 92 bal toplayıb.  

 

 

 


İsmayıl KAZIMOV  

Universitetin istehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə təhsil alır. İsmayıl ingilis dilini mükəmməl öyrənməyin zəruri olduğunu yaxşı dərk etdiyindən dərslərinə böyük məsuliyyətlə hazırlaşır. İsmayıl daim qrup yoldaşları ilə sıx ünsiyyətdə olur, diskussiyalarda fəal iştirak edir, hər zaman öyrənməyə can atır. O, asudə vaxtlarının əksər hissəsini kitabxanada keçirir, boş vaxtlarından səmərəli istifadə etməyə çalışır. Bunun nəticəsidir ki, ilk semestr İ.Kazımov üçün də uğurla sona çatıb. İsmayılın biliyi ayrı-ayrı göstəricilər üzrə 73 balla qiymətləndirilib.

 

 

 

 


İlkin MƏSİMOV 

Mühəndislik fakültəsinin istehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisasını seçib. İlkin səmimi və çalışqan tələbədir. Keçən aylar ərzində İlkinin aldığı "əla" qiymətlər onun öz məqsədinə çatmaq üçün bütün qüvvəsini səfərbər etdiyini göstərir. Təsadüfi deyil ki, dil hazırlığı üzrə yüksək bilik və bacarıq nümayiş etdirən İ.Məsimov imtahanda 85 bal toplayıb.  

 

 

 

 

 


Günel ABDULLAYEVA 

Həmin fakültənin kimya mühəndisliyi ixtisası üzrə təhsil alır. Günel də seçdiyi ixtisasın layiqli sahibi olmaq üçün ingilis dilini mükəmməl öyrənməyin vacib olduğunu dərk edir. Buna görə də çox oxuyur, öyrənir, daim tələbə yoldaşları və müəllimlərindən faydalanmağa çalışır. G.Abdullayeva elm sahəsində yenilik axtarışını zəruri hesab edir, Azərbaycanda kimya sahəsində tanınan alimlərin davamçısı olmağı arzulayır.

Günel universitetdə təhsil aldığı aylar ərzində öyrədilən bütün materialları dərindən mənimsəyib və verilən tapşırıqların öhdəsindən bacarıqla gəlib. Buna görə də nəticə onun üçün uğurlu olub. Günel Abdullayevanın biliyi 86 balla qiymətləndirilib. 

 

 

 

Hicran ƏKBƏROVA,

Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov