Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Yanvar 2011 - �04

 

Bakıdakı 164 nömrəli orta məktəbdə kurikulumların tətbiqi yüksək qiymətləndirildi

 

Yanvarın 24-də Bakıdakı 164 nömrəli orta məktəbdə I-III siniflərdə fənn kurikulumlarının tətbiqi, IV siniflərdə isə fəal təlim metodları ilə aparılan "açıq dərs"lərlə bağlı tədbir keçirildi. Tədbirə Təhsil Nazirliyindən, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən, Təhsil Problemləri İnstitutundan, Azərbaycan Müəllimlər İnstitutundan, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutundan, Qafqaz Universitetindən və digər təhsil müəssisələrindən bir çox mütəxəssis və ekspertlər dəvət olunmuşdu.

Öncə iştirakçılar məktəbin II mərtəbəsindəki dəhlizdə mövzu ilə bağlı təşkil olunmuş geniş sərgiyə baxış keçirdilər. Sərgi ilə tanış olan nümayəndələr fənn kurikulumlarının strukturunu, dərs vəsaitlərini, təlim resurslarını və digər materialları əks etdirən stendləri, fənn kurikulumlarının izahı, təbliği, müəllimlərin və valideynlərin maarifləndirilməsi istiqamətində görülmüş işləri yüksək qiymətləndirdilər.

Sonra məktəbin müəllimləri Mehparə Heydərovanın 1"A" sinfində ana dili fənnindən "G" hərfinin öyrədilməsi , Rəna Kazımovanın 1"C"  sinfində ana dili fənnindən "əlifba", Viola Nəbiyevanın 1 "D" sinfində həyat bilgisi fənnindən "Yol hərəkəti qaydaları", Afət Allahverdiyevanın 2"A" sinfində Azərbaycan dili fənnindən "Mürəkkəb sözlər", Turan Hüseynovanın 2"C" sinfində həyat bilgisi fənnindən "Dinlər", Fink Veranın 2 "G" sinfində rus dili fənnindən "Nəzakətli sözlər", Arzu Quluzadənin 2 "D" sinfində informatika fənnindən "Doğru və yalan mülahizələr", Qafilə Əliyevanın 3 "A" sinfində riyaziyyat fənnindən "Tez hesablama", Zülfiyyə Məmmədovanın 3 "B" sinfində riyaziyyat fənnindən "Çoxbucaqlıların perimetrinin hesablanması", Lalə Əhmədovanın 3"G" sinfində həyat bilgisi fənnindən "Hissiyyat üzvləri", Emilya Şaydulovanın 4"D" sinfində musiqi fənnindən "Üzeyir Hacıbəyovun yaradıcılığı" mövzularında apardıqları dərslər dinlənildi.

Biz  3"B" sinfində "açıq dərs"də iştirak etdik. Riyaziyyat fənnindən "Çoxbucaqlıların perimetrinin hesablanması" mövzusunda Zülfiyyə Məmmədovanın keçdiyi dərsi məzmun və keyfiyyət baxımından qənaətbəxş hesab etmək olardı. Belə ki, şagirdləri qruplara bölən Zülfiyyə müəllim mövzunun tədrisi üçün əqli hücum və müzakirə üsullarını seçərək suallarla motivasiya yaratdı. Müəllimin bu məqsədlə verdiyi suallar şagirdlər tərəfindən ətraflı cavablandırıldı. Tapşırıqları icra edən qrupların liderləri çoxbucaqlıların perimetrinin hesablanmasını lövhəyə çıxararaq göstərir və müəllim qrupun işini qiymətləndirirdi. Müasir təlim metodlarından və tədris vəsaitlərindən istifadə edən müəllim qiymətləndirməni kompüter vasitəsilə aparırdı. Dərsin sonunda hər bir qrupun fəaliyyəti bir neçə parametr üzrə qiymətləndirildi və yekun qiymətlər hesablandı.

"Açıq dərs"lər başa çatdıqdan sonra "dəyirmi masa" ətrafında müzakirələr aparıldı. Müzakirəni açan Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov görülən işləri müsbət qiymətləndirərək, kurikulum islahatının uğurla həyata keçirildiyini və bu yöndə aparılan işlərin artıq öz bəhrəsini verdiyini bildirdi. O, müəllimlərin əksəriyyətinin kurikulumların mahiyyətini düzgün dərk edib, dərslərində bacarıqla tətbiq etdiklərini və kurikulumun istər müəllimlərə, istərsə də şagirdlərə müsbət təsir etdiyini qeyd etdi. A.Əhmədov iştirak etdiyi dərsin çox uğurlu alındığını, müəllimin şagirdlərə tam sərbəstlik verdiyini, onların fikirlərinə diqqətlə yanaşdığını və təlim resurslarından bacarıqla istifadə etdiyini nəzərə çatdırdı.

Müzakirələrdə söz alan ekspert və mütəxəssislər kurikulumların tətbiqi ilə bağlı məktəbdə görülən işləri, dinlədikləri dərsləri yüksək qiymətləndirdilər. Qafqaz Universitetinin prorektoru Kənanbulut Cihan belə tədbirlərin keçirilməsini tədqirəlayiq hal hesab etdi. O, "açıq dərs"lərin keçirilməsini və ətraflı müzakirə olunmasını təhsilin inkişafına xidmət etdiyini vurğuladı. Bildirildi ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində bu səpgidə aparılan işlərə nadir hallarda rast gəlmək olur. Azərbaycan təhsilinin sürətlə inkişaf etməsindən söz açan qonaq bununla qürur hissi keçirdiyini söylədi.

Müzakirəni yekunlaşdıran Aydın Əhmədov "açıq dərs"lərin yüksək səviyyədə keçdiyini, müəllimlərin səviyyəsinin qənaətbəxş olduğunu qeyd etdi. O, müəllimlərə məsləhət və tövsiyələr verərək, fəaliyyətlərində uğurlar arzuladı.

Sonra nümayəndələr məktəbin akt zalında Sevinc Məcidovanın rəhbərliyi  altında ibtidai sinif şagirdlərinin iştirakı ilə hazırlanmış "Azərbaycan - dünyam mənim!" adlı bədii tədbirdə iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Kəmalə Qədirova kurikulum islahatı haqqında söhbət açdı. O, kurikulum islahatının Azərbaycan təhsilinə böyük uğurlar gətirəcəyinə və gələcək nəsillərin bundan maksimum dərəcədə yararlanacaqlarına əmin olduğunu vurğuladı. Bildirildi ki, ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi ilə gündən-günə inkişaf edən respublikamızda bütün sahələrdə olduğu kimi, təhsil sahəsi də sürətlə inkişaf edir. Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan təhsili  dünya təhsil sisteminə sürətlə inteqrasiya edir. Sevindirici haldır ki, bu gün respublikamızın bütün bölgələrində təhsil strukturu yenilənmiş, müasir standartlara cavab verən maddi-texniki baza yaradılmışdır. Belə yeniliklərdən biri də kurikulum islahatıdır. Bildirildi ki, Milli Kurikulum ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşdırılmasına və problemlərin həllinə yönəlmişdir. K.Qədirova tədbirdə iştirak edən şəxslərə minnətdarlığını bildirərək çıxışını yekunlaşdırdı.

Sonra iştirakçılar şagirdlərin ifasında bədii hissəyə tamaşa etdilər. Vətənpərvərlik mövzusunda və təbii sərvətlərimiz haqqında hazırlanmış kompozisiyalar nümayiş olundu. "Vətən anadır" mahnısının sədaları altında oğlunu cəbhəyə yola salan ana-oğul dialoqu iştirakçıları təsirləndirdi. Ana rolunu ifa edən bədii rəhbər Sevinc Məcidovanın göz yaşlarını görməmək mümkün deyildi.

Sonra söz Respublika Təhsil Şurasının sədri Əjdər Ağayevə verildi. O, belə tədbirlərin mümkün qədər tez-tez keçirilməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, son illər təhsildə aparılan uğurlu islahatların nəticəsidir ki, ibtidai sinif şagirdləri çox sayda izləyici qarşısında  tam sərbəst şəkildə şeirlər söyləyir, mahnılar ifa edirlər. Bu uğurları kurikulumun nəticəsi kimi qiymətləndirən Ə.Ağayev məktəbin rəhbərliyinə və pedaqoji kollektivinə gələcək işlərində uğurlar arzuladı.

Tədbir haqqında fikir bildirən Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı məktəbdə kurikulumların uğurla tətbiq olunduğunu bildirdi. O, şagirdlərin ifasından qürur hissi keçirdiyini və gələcəyimizin möhkəm əllərdə olacağına əmin olduğunu qeyd etdi. Bildirildi ki, bu gün Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin ideyaları əsasında formalaşır. O, gənclərə vətəni sevərək qorumağı və bunun üçün daim çalışmalarını, müəllim və valideynlərin tapşırıqlarına əməl etmələrini tövsiyə etdi. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov