Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Yanvar 2011 - �04

 

İnsan alverinin qarşısının alınması çərçivəsində regional konfrans

 

İyirmi birinci yüzillik yaşadığımız dünyanın, elmin, texnikanın,  təhsilin, mədəniyyətin son dərəcə sürətli və yüksək səviyyədə inkişaf etməsi ilə səciyyələnir. Lakin bütün bunlarla yanaşı, cəmiyyətin bir sıra bəlaları vardır ki, onlar hər bir ölkənin vətəndaşlarını narahat edir. Narkomaniya, QİÇS, insanların hüquq və azadlıqlarının məhdudlaşdırılması, hegemon və güclü dövlətlər tərəfindən bəzi ölkələrin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə qəsd edilməsi, bir ölkənin ərazisinin digər ölkə tərəfindən işğal edilməsinə dünya dövlətlərinin biganə qalması, göz yumması və s. buraya daxil edilə bilər.

İnsan alveri müasir dünyanın ən təhlükəli bəlalarından, gender zorakılığının başlıca formalarından biridir. İnsan alveri qurbanlarının sayı hər il 700 min nəfəri ötür. Bundan əldə edilən illik gəlir 60 milyard ABŞ dolları təşkil edir. İnsan alveri və yaxud trafikinq (ingiliscədə - trafficking in human beings, yaxud human trafficking) müasir köləlik forması olub, amansızlıq və laqeydlik münasibətləri, insan hüquq və azadlıqlarının kobud şəkildə məhdudlaşdırılması ilə müşayiət olunur. Kiminsə aldanılaraq istəmədiyi işi (fahişəliyi, ağır, əzabverici əməyi, dilənçiliyi və s.) yerinə yetirməyə məcbur edilməsi və bu məqsədlə yaşadığı ərazidən başqa yerlərə aparılması  insan alveri adlanır.

İnsan alverinin məqsədi seksual istismar, məcburi əməyə cəlb etmək, insanları kölə vəziyyətinə salmaq, qul kimi onlardan faydalanmaq, dilənçilik etməyə sürükləmək, insan orqanlarının satışı ilə məşğul olmaq, uşaqları oğurlayıb, ehtiyacı olanlara satmaq və sairdir. Hazırda bəşəriyyət insan alveri və onun qarşısının alınmasının vacibliyinə diqqət yönəltsə də, bu alver qurbanlarının sayı, çox təəssüf ki, getdikcə artmaqdadır. Özü də bu sahədə yeniyetmə və gənclər daha çox əziyyət çəkirlər.

İnsan alveri mütəşəkkil cinayət formalarından biri kimi ağır cinayət hesab olunur. Bu bəla öz əhatə miqyası etibarilə narkotik və silah ticarəti ilə bərabər tutulur. İnsan alveri şəxsiyyətin şərəf və ləyaqətinin kobud şəkildə pozulmasına - vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına, həyat və sağlamlığına qəsd edilməsinə şərait yaradır.

İnsan alverinin profilaktikası və aradan qaldırılması istiqamətində vətəndaşlar, o cümlədən böyüməkdə olan nəsil arasında maarifləndirmə işlərinin aparılması son dərəcə vacibdir. Bu sahədə ailənin, məktəbin, hüquq-mühafizə orqanlarının, habelə  ictimai və beynəlxalq təşkilatların üzərinə mühüm vəzifələr düşür.

Ailədə və məktəbdə, müvafiq təşkilatlarda maarifləndirmə məqsədilə  yeniyetmə və gənclər arasında iş aparılarkən onlara başa salınmalıdır ki, Azərbaycan vətəndaşı ona xaricdə işə düzəlmək və ideal həyat şəraiti yaratmaq vəd edildiyi təqdirdə yaxşı-yaxşı düşünməli, necə deyərlər "yüz ölçüb, bir biçməli", ailə üzvləri, ən yaxın qohumları, müvafiq təşkilatlarla məsləhətləşməlidir. Unutmaq olmaz ki, belə "başgicəllədən", əfsanə, şirin röya, cənnət kimi görünən təkliflər bir sıra hallarda adamların istismarı, şərəf və ləyaqətinin alçaldılması və tapdalanması, bəzən hətta intiharı ilə nəticələnir.

Yeniyetmə və gənclər xarici ölkələrdə təhsil almaq istəyirlərsə, bir sıra məlumatlara malik olmalıdırlar. Buraya xaricdə təhsil almaq təklifi ilə yanaşı, rəsmi müqavilənin (bu müqavilə mütləq başa düşülən dildə olmalıdır) təqdim olunması; xarici ölkədə təhsil almağa gedərkən gəncə tələbə vizasının verilməsi; xarici ölkədə təhsil almağa razılıq verdikdə, bu ölkənin Azərbaycanda yerləşən nümayəndəliyinə hökmən rəsmi şəkildə müraciət edərək, həmin təhsil müəssisəsi haqqında məlumatın alınması daxildir. Xarici ölkənin Azərbaycanda nümayəndəliyi yerləşmədiyi təqdirdə respublika Təhsil Nazirliyinə müraciət edilə bilər.

Gənclər, habelə müəyyən yaş həddinə çatmış şəxslər xaricə getmək istədikdə  insan alveri təhlükəsi ilə üz-üzə gəlməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilməlidirlər.

Yeniyetmə və gənclərlə maarifləndirmə işi aparılarkən onlara öyrətmək lazımdır ki, xarici ölkəyə yola düşməzdən qabaq Azərbaycan səfirliklərinin və konsulluqlarının əcnəbi dövlətlərdəki telefonlarını öyrənməli, lazım gəldikdə vaxt itirmədən onlarla əlaqə yaratmalıdırlar. Təhsilalma, biznes, ailə üzvləri ilə birləşmək üçün viza növləri vardır ki, həmin viza növləri olmadan ölkəni tərk etmək yolverilməzdir. Bundan başqa, xarici ölkəyə çatdıqda Azərbaycan səfirliyi, yaxud konsulluğunda, müvafiq ərazinin polis orqanlarında qeydiyyata düşmək vacibdir.

Vətəndaşları bir çox hallarda məhz yaxınları, tanıdıqları şəxslər insan alverinə cəlb edirlər. Viza və pasport alınmasını başqa şəxslərə həvalə etmək olmaz.   Bu və ya digər ölkədən iş, təhsil, yaxud nikah ittifaqına girmək barədə təklif olunarsa, həmin ölkədəki Azərbaycan səfirliyi əməkdaşlarına müraciət edərək, bu müqavilələrin həqiqi, qanuni, yoxsa saxta olduğunu araşdırmaq lazımdır.  Əcnəbi ölkədə vizada nəzərdə tutulmuş müddətdən artıq yaşamaq ciddi qanun pozuntusudur. Xarici ölkədə işə düzəlmək istədikdə, onun vizası turist, yaxud qonaq vizası deyil, əmək vizası, təhsil almağa yollandıqda tələbə vizası, nikah ittifaqına girmək istədikdə, bu, nişanlı vizası olmalıdır. Tələbə vizası ilə işləmək qanunsuz sayılır.

Miqrasiya üzrə Beynəlxalq Təşkilatın dəstəyi ilə hələ 2008-ci ildə regionda - Azərbaycan, Gürcüstan və Ermənistanda insan alverinin qarşısının alınması üzrə məktəb çərçivəsi layihəsi həyata keçirilməyə başlanmışdır. Layihənin məqsədi adları çəkilən respublikalarda ümumtəhsil məktəbləri şagirdlərinin, habelə müəllimlərin və valideynlərin insan alverinin təhlükəsinin aydın şəkildə başa düşülməsinə kömək göstərəcək tədris materiallarının hazırlanması və yayılmasından, məktəblilər arasında maarifləndirmə işlərinin aparılmasından  ibarətdir. Layihənin iki il ərzində reallaşdırılması və 2010-cu ildə başa çatdırılması, nəticələrinin təhlili və yekun rəyin hazırlanması nəzərdə tutulmuşdur. Bu istiqamətdə  artıq iki ildir ki, hər üç respublikada iş görülür. Xüsusi hazırlanmış tədris və metodik vəsaitlərin yardımı ilə müəllimlər hazırlıq kurslarından keçmişlər.

Regional layihənin uğurla  həyata keçirilməsində hər üç respublikanın təhsil nazirliklərinin köməyindən yararlanmaq nəzərdə tutulmuşdur. Layihənin məqsədi, həmçinin insan alverinin profilaktikası və aradan qaldırılmasının müəyyən sistemini, strukturunu formalaşdımaq, fəaliyyətin səmərəli formalarını və həyata keçirilməsi yollarını müəyyənləşdirmək idi ki, bu iş də, ilk növbədə, həmin  istiqamətdə  insan alveri barədə məlumatların və  bu sosial bəlaya qarşı mübarizənin aparılması üzrə  ayrı-ayrı məsələlərin tədris planlarına daxil edilməsini nəzərdə tuturdu.

Ötən ilin dekabr ayında Gürcüstanın paytaxtı Tbilisi şəhərində regional konfrans keçirilmişdir. Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Gürcüstandakı nümayəndəliyinin rəhbəri Meri Şihan, Gürcüstanın təhsil və elm nazirinin müavini İrine Kurdadze və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin Gürcüstandakı nümayəndəliyinin milli proqram rəhbəri Natalya Qvinqadze  və Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı nümayəndələri salamladılar. Sonra hər üç respublikanı təmsil edən nümayəndə heyətinin üzvləri təqdim olundu, ötən dövr ərzində ölkələrdə layihə ilə bağlı əldə olunmuş nailiyyətlərin təqdimatı keçirildi. Respublikamız tərəfindən BMqT Azərbaycan  nümayəndəliyinin proqram koordinatoru Səltənət Məmmədova məlumat verdi.

Yerinə yetirilmiş layihə çərçivəsində respublikalarda insan alverinə qarşı mübarizə, insan alverinin profilaktikası və aradan qaldırılması, bu istiqamətdə əhali və gənc nəsil arasında aparılan maarifləndirmə tədbirləri ilə bağlı sual-cavab və müzakirələr  oldu.

Ayrı-ayrı respublikalar hazırladıqları tədris vəsaitlərini təqdim etdilər. Audio-vizual materialların da təqdimatı oldu. İnsan alveri qurbanlarının cəlb edilməsinə dair tədris filmləri nümayiş etdirildi. Sonra həmin filmlərə münasibət bildirildi.

Azərbaycan tərəfindən hazırlanmış "Günahkarlar və günahsızlar" filmi də maraqla qarşılandı. Filmdə uğursuz ailədaxili münasibətlər nəticəsində ata-anasından ayrı düşmüş, özünü köməksiz, tənha hiss edən, yetkinlik yaşına çatmamış qızın öz rəfiqəsigildə yaşaması, rəfiqəsinin xalasının ucbatından xaricə gedərək əldən-ələ düşməsi, bir sözlə, insan alverinin qurbanı olması təsvir olunur. Müvafiq təşkilatların köməyilə Vətənə qayıdan qız başına gələnləri danışır, yaşıdlarını, yaşından asılı olmayaraq bütün vətəndaşları ayıq olmağa, insan alverinin qurbanı olmamağa səsləyir.

Konfransda tələbə auditoriyalarında da insan alveri və onunla mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədəuyğun hesab edildi.

Konfrans iştirakçıları insan alveri  barədə maarifləndirmə işlərinin aparılması, bu təhlükəli bəlaya qarşı mübarizə tədbirləri barədə  məlumatın verilməsi məqsədilə fakültativ məşğələlərin keçirilməsini, tədris  proqramlarına daxil edilməklə xüsusi saatların və mövzuların nəzərdə tutulmasını vacib hesab etdilər.  

Akif ABBASOV,
pedaqoji elmlər doktoru, professor,

Səltənət MƏMMƏDOVA,
Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan nümayəndəliyinin
Proqram koordinatoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov