Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Yanvar 2011 - �04

 

Məqsəd intellektual vətəndaşlar yetişdirməkdir

 

Azərbaycan təhsili sürətlə inkişaf edir. Təhsilin məzmununun milli və bəşəri dəyərlər əsasında formalaşması, yeni pedaqoji texnologiyaların mənimsənilməsi, pedaqoji prosesin təhsil islahatı prinsipləri üzərində qurulması, müəllimin peşəkarlığının artması, elmi-pedaqoji, metodik ədəbiyyatların nəşri, tələbənin (şagirdin) tədqiqatçılığının fəal və interaktiv təlim metodları ilə tənzimlənməsi buna əyani sübutdur.

"Təhsil millətin gələcəyidir" söyləyən ümummilli lider Heydər Əliyev daim təhsilə və təhsil  işçilərinə böyük hörmətlə yanaşıb. Bu gün də ulu öndərin təhsil sahəsindəki islahatları cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli təhsilimiz həm məzmun, həm də inkişaf baxımından  yeniləşir, təhsil sahəsində islahatlara dövlət təminatı gündən-günə artır. Ölkənin bütün bölgələrində olduğu kimi, Mingəçevir şəhərində də təhsil ön sıradadır. Buna əyani sübut kimi tələbə qəbulunu misal göstərmək olar.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevirə növbəti səfəri zamanı qazanılan uğurları yüksək qiymətləndirdi və qeyd etdi ki, Mingəçevir artıq regionun sürətlə inkişaf edən bölgəsidir.

Təhsilə dövlət səviyyəsində qayğı və diqqəti təsdiq edən fakt və əməli işlər çoxdur. Bu sahədə fəaliyyəti daha da canlandırmaq baxımından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən  yaxşı müəllim" müsabiqələri təhsil naziri, əməkdar elm xadimi Misir Mərdanovun rəhbərliyi altında uğurla həyata keçirilir.

Ali məktəblər sırasında Azərbaycan Müəllimlər İnstitutunun xüsusi yeri var. Millət vəkili, professor Aqiyə Naxçıvanlının qayğısı sayəsində Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialında da təhsil islahatları uğurla həyata keçirilir.

İnstitutun maddi-texniki bazası yenilənmiş, tədris korpusları müasir tələblər baxımından təmir edilmiş, auditoriyalar müasir təlim vəsaitləri ilə zənginləşdirilmişdir. Tələbələrin elmi dünyagörüşünün artırılması, praktik təcrübələrin genişləndirilməsi üçün bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında tələbələrin elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş elmi-praktik konfransı və Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu və filialımızın birgə təşkilatçılığı ilə keçirdiyi "Nəzəriyyədən praktikaya dövrün tələbidir" adlı elmi-praktik konfransı misal göstərmək olar.Akademik Akif Hacıyevin, MEA-nın  müxbir üzvləri Adil Qəribovun, Əyyub Quliyevin  Azərbaycan elminin son nailiyyətlərini özündə əks etdirən dəyərli məruzələri tələbələrin elmi dünyagörüşünün formalaşmasına böyük təsir göstərdi.

İnstitut rəhbərliyi tələbələrin vətənpərvərlik, dövlətçilik, türkçülük və azərbaycançılıq, dünyəvilik prinsipləri əsasında tərbiyə edilməsini qarşısına məqsəd qoymuşdur. Əsas məqsədlərdən biri də bütün fəaliyyət istiqamətlərində Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin ideya-mənəvi irsinin tələbə-gənclərə aşılanmasıdır.

İnstitutumuzda 12 dekabr ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar "Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda "dəyirmi masa" keçirilmiş, Heydər Əliyev muzeyinə ekskursiya təşkil edilmişdir.

Yaradıcı tələbələrin fəaliyyətinin səmərəli təşkili və istedadlarını inkişaf etdirilməsi məqsədilə müxtəlif klublar: diskussiya, şahmat, dama, voleybol, futbol, "bacarıqlı əllər", qiraət fəaliyyət göstərir. İstedadlı tələbələrin əl işlərindən ibarət sərgilər təşkil edilir, digər ali məktəbdə oxuyan tələbələrlə diskussiyalar, idman yarışları keçirilir.

Dekabr ayında "açıq qapı" gününün keçirilməsi ictimaiyyətlə əlaqələrin sıx qurulması və imtahanların gedişi ilə bağlı nəzarətin gücləndirilməsi məqsədi daşıyırdı.Tədbirdə filialın direktoru, professor Orucəli Rzayev institutun fəaliyyəti haqqında geniş məlumat verdikdən sonra  valideyn komitəsinin sədri Çingiz Bağırovun hesabatı dinlənilmiş, tədris və elmi işlər üzrə direktor müavini N.Abbasovun,  dekanlar - dosent N.Manafov və dosent F.Namazovanın məruzələri ətrafında fikir mübadiləsi aparılmışdır.Sonra tədbir iştirakçıları institutun auditoriyaları və kompüter mərkəzində təhsil prosesinin gedişi ilə tanış olmuşlar.

Hazırda tələbələr qış imtahan sessiyasındadırlar. Tələbələrin imtahan prosesinə yaxşı hazırlaşmaları üçün hər cür şərait yaradılmışdır. Kitabxana gücləndirilmiş iş şəraitinə keçirilmiş, kompüterlərlə təchiz edilmiş fənn kabinetləri tələbələrin ixtiyarına verilmişdir. İmtahanların gedişində obyektivlik yaratmaq, şəffaflığı və ictimai nəzarəti gücləndirmək  üçün dəhlizə  rəy qutuları qoyulmuş, "Qaynar xətt" qərargahının fəaliyyətinə şərait yaradılmış, tələbələrin şikayətlərinə baxmaq üçün apelyasiya komissiyası fəaliyyətə başlamışdır.

Tələbələrin asudə vaxtının səmərəli keçirilməsi, müasir dünyagörüşünün formalaşdırılması, qış tətilində istirahətlərinin düzgün təşkili üçün xüsusi tədbirlər planı hazırlanmışdır. Bu tədbirlər içərisinə respublikamızın muzeylərinə ekskursiyaların, Heydər Əliyev Fonduna, görkəmli elm və dövlət xadimlərinin ev-muzeylərinə, abidələrinə ziyarətin təşkili də  daxildir.

İnstitutun rəhbərliyinin əsas məqsədi dərin biliyə, bacarığa, yüksək peşə hazırlığına, mütərəqqi dünyagörüşünə malik ixtisaslı kadrlar hazırlamaqla bərabər, milli, ümumbəşəri dəyərlərə yiyələnmiş, intellektual vətəndaşlar tərbiyə etməkdən ibarətdir. 

İ.İSMAYILOVA,
AMİ Mingəçevir filialının tərbiyə işləri üzrə direktor müavini

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov