Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Yanvar 2011 - �04

 

Pedaqoji prosesdə diferensiasiya və inteqrasiya

 

Bunu bilib nəzərə almağın mənimsəmədə rolu 

Diferensiasiya və inteqrasiya yunan sözləridir. Birinci söz vahidin, bütövün  fikrən hissələrə  ayrılması, ikinci  söz  isə  əksinə, hissələr arasında qarşılıqlı  əlaqə  sayəsində  tama, bütövə  çevrilməsi  prosesidir.  Bu hadisə pedaqoji prosesə də xasdır. Milli pedaqogikada dörd pedaqoji  kateqoriya: təlim, tərbiyə, təhsil və psixoloji inkişaf vahid olan pedaqoji  prosesdə  birləşir, yəni  inteqrasiya  edir.  Milli pedaqogikada müəyyənləşdirilmişdir ki, diferensiasiya və inteqrasiya  hadisəsi  nəinki  pedaqoji  kateqoriyalar  arasında, hətta  kateqoriyalar  daxilində  də mümkündür. Nisbi mənada müstəqil olan hər bir kateqoriyada digər  kateqoriyaların  əlamətləri  bu və ya digər  dərəcədə  iştirak  edir. Məsələn, təlim  kateqoriyasında təhsilin də, tərbiyənin də, psixoloji  inkişafın  da əlamətlərini  sezmək mümkündür, yaxud təhsil  kateqoriyasında  təlim, tərbiyə və  psixoloji  inkişaf əlamətlərini və ya tərbiyə kateqoriyasında  təlim, təhsil və psixoloji  inkişaf əlamətlərini  görmək  çətin  deyil.

Pedaqoji elmin 200 ildən artıq inkişaf tarixində pedaqoji proses  kateqoriyasında gedən diferensiasiya və inteqrasiya hadisələri, ən dialektik proseslər bu elmə  məlum olmamışdır. O səbəbdən də tərbiyə kateqoriyası uzun müddət pedaqoji  elmin  tədqiqat  mövzusu  hesab  edilmişdir.

Bir çox yeniliklərin, o cümlədən də pedaqoji proses kateqoriyasının pedaqoji elmin tədqiqat sahəsi hesab edilməsi, orada cərəyan edən dialektik hadisələrin açılması və s. yeniliklər, demək olar ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə bağlıdır. Müstəqillik Azərbaycan vətəndaşlarına imkan yaratmışdır ki, düşündüklərini sərbəst ifadə etsinlər. Sərbəst formalaşdırılmış fikirlərdən biri məhz pedaqoji prosesin tamlığı  ilə, onun tərkib hissələrinin inteqrasiyası və diferensiasiyası  ilə əlaqədar olmuşdur.

Sevindirici haldır ki, ibtidai  təhsilin pedaqogikası və metodikası ixtisası üzrə çərçivə kurikulumuna və Təhsil Qanununa pedaqoji prosesin tamlığı ideyası da daxil edilmişdir. Lakin orada təfsilata imkan olmadığından, mahiyyəti açılmamış qalmışdır. Onu  da xatırlatmaq yerinə düşərdi ki, pedaqoji prosesin  tamlığı ideyası 1996-cı ildə "Maarif" nəşriyyatı tərəfindən çap olunmuş "Pedaqogika" dərsliyində ətraflı şərh olunmuşdur.

Lakin təəssüf hissi ilə qeyd  edilməlidir ki, respublika müəllimlərinin xeyli hissəsi pedaqoji  prosesin tamlığı ideyasından  bəhrələnə bilmir, çünki onlar  ənənəvi pedaqogikadan qidalanmışlar; bir qismi isə əsasən bilik və bacarığın öyrədilməsi  ilə məşğul olur, şagirdlərin tərbiyəsi və psixoloji inkişafına az  maraq göstərir və buna sinif  rəhbərinin, tərbiyə işləri üzrə  direktor müavininin, hətta məktəbdə psixoloqun varlığı ilə bəraət qazandırmağa çalışır.

Problemin müasirliyini, təhsildə islahatın uğuru üçün əhəmiyyətini nəzərə alaraq, ona  yenidən qayıtmağı özümüzə  borc bilirik.

İstər ibtidai məktəb olsun, istərsə ali məktəb, istər fizika fənni olsun, istərsə ədəbiyyat fənni, fərqi yoxdur, hər bir fənnin tədrisində  bu və ya digər dərəcədə  təlim, təhsil, tərbiyə və psixoloji  inkişaf əlamətləri iştirak edir. Deməliyik ki, bu əlamətlərin olması, iştirakı obyektiv səciyyə  daşıyır, müəllimdən asılı olmur. Lakin fənnin tədrisində təlim, tərbiyə, təhsil və psixoloji inkişaf  əlamətlərinin iştirak səviyyəsi  müəllimin pedaqoji ustalıq səviyyəsindən asılı olur.

Bu asılılığın mahiyyətindən  hali olan müəllimin tədris işində  təhsillilik, tərbiyəlilik və psixoloji  inkişaf səviyyəsi, adətən, yüksək olur; həmin asılılığın mahiyyətindən xəbəri olmayan müəllimin şagirdlərində isə təhsillilik, tərbiyəlilik və psixoloji inkişaf  səviyyəsi, adətən, aşağı olur.

Unutmayaq ki, vahid olan  real pedaqoji prosesdə təlim, tərbiyə, təhsil və psixoloji inkişaf  əlamətləri bir-birini tamamlaya, biri digərinə dayaq ola, biri digərində iştirak edə bilir.

Təlim kateqoriyasının mahiyyətinə dair Milli pedaqogika  anlamını oxucuya xatırladaq: təlim müəllimin məqsədyönlü, planlı və mütəşəkkil rəhbərliyi  altında fənn üzrə sistemləşdirilmiş biliklərin, bacarıq və vərdişlərin şagirdlər (tələbələr) tərəfindən mənimsənilməsi və bu zaman onların tərbiyə olunmaları, habelə psixoloji cəhətdən inkişaf etmələri prosesidir.

Bu anlamın yeniliyi təkcə  orasında deyil ki, pedaqoji prosesin tamlığını, onun əlamətlərinin ardıcıllığını, qarşılıqlı əlaqəsini, bir-birinə dayaq olduğunu dəqiq və aydın ifadə edir; həm  də orasındadır ki, təlimdə müəllimin və şagirdlərin aparıcı vəzifələrini açıb göstərir: müəllimin əsas vəzifəsi şagirdlərin mənimsəmə fəaliyyətini, tərbiyə  olunmalarını və psixoloji inkişafını təşkil etmək, ona istiqamət vermək, rəhbərlik etməkdir, şagirdlərin əsas vəzifəsi isə tərbiyə və psixoloji inkişaf  imkanları olan bilik və bacarıqları müəllimin göstərişinə uyğun olaraq  mənimsəməkdir.

Təlim kateqoriyasının mahiyyətindən göründüyü kimi, burada qabarıq şəkildə özünü göstərən fənn üzrə bilik və bacarıqların mənimsənilməsidir; təlim  zamanı şagirdlərin (tələbələrin) tərbiyə olunmaları və psixoloji cəhətdən inkişafları isə müəyyən dərəcədə kölgədə qalır. Pedaqoji  ustalıq səviyyəsi aşağı olan müəllimin bu sonuncu iki cəhət diqqətindən, adətən, yayınır.

Topladığımız faktlar əsasında qətiyyətlə, böyük inamla deyə bilərik ki, təlim zamanı şagirdlərin tərbiyə olunmalarına  və psixoloji inkişaflarına əhəmiyyət verməmələri bir çox müəllimlərimizin uğursuzluqlarının başlıca səbəblərindən birinə çevrilir.

Eyni sözlər təhsil kateqoriyasına da şamil edilə bilər. Təhsilin mahiyyətinə dair Milli pedaqogika anlamına nəzər salaq: Təhsil sosial-iqtisadi həyatın sahələrindən biri olub, müvafiq tədris müəssisəsində müəyyən müddətə məqsədyönlü, planlı və  mütəşəkkil öyrənilən, tərbiyə və psixoloji inkişaf imkanları olan, təlimin bir halda zəruri şərti, digər halda gedişi, üçüncü halda nəticəsi kimi özünü göstərən sistemləşdirilmiş biliklərin, bacarıq və vərdişlərin, habelə mənəvi keyfiyyətlərin məcmusudur.

Təhsilin mahiyyətinə dair yeni anlamdan aydın göründüyü kimi, burada da təlim, tərbiyə və  psixoloji inkişaf məsələləri  nəzərə alınmışdır. Lakin  bir məqam diqqəti xüsusilə özünə cəlb  edir: təhsilin məzmununu təşkil edən biliklərin, bacarıq və vərdişlərin, habelə mənəvi keyfiyyətlərin hərəkətə başlaması, yəni təlimin zəruri şərti olan təhsilin tədricən onun gedişinə və nəticəsinə çevrilməsi aydın sezilir; təhsil kateqoriyasının mahiyyətində tərbiyə və psixoloji inkişaf məsələləri isə o qədər də  aydın sezilmir. Müəllim bu cəhəti bilməli və təhsilin tərbiyəvi imkanlarını da, psixoloji inkişaf imkanlarını da reallaşdırmağın yollarını  Milli pedaqogika ruhunda yazılmış kitablar əsasında, o  cümlədən  "Tətbiqi  pedaqogika" və ya "Pedaqoji ustalığın problemləri" adlı dərsliklər əsasında öyrənmək olar.

Tərbiyə kateqoriyasının mahiyyətinə də bəzi yeniliklər gətirilmişdir. Təəssüflər olsun ki, bir çox müəllimlərimiz Milli pedaqogikanın bu yeniliklərindən də xəbərsizdirlər.

Milli pedaqogikada müəyyənləşdirilmişdir ki, tərbiyə, hər şeydən əvvəl, insanların davranışı ilə əlaqədar olan pedaqoji hadisədir. Xeyirxahlıq və ya paxıllıq, səmimilik və ya qeyri-səmimilik, qayğıkeşlik və ya biganəlik, səxavətlilik və ya xəsislik, sözlə əməlin üst-üstə düşməsi və ya düşməməsi, halallıq və ya haramlıq, vətənpərvərlik və ya vətənə laqeydlik, zəhmətsevərlik və  ya zəhmətə xor baxmaq və yüzlərlə bu cür müxtəlif formalı və məzmunlu davranış tərzləri buna misal ola bilər.

Tərbiyə kateqoriyasının mahiyyətini səciyyələndirən yeniliklərdən biri də tərbiyə işinin aparıldığı mühitlə əlaqədardır. Milli pedaqogikaya görə, tərbiyə işi üçün münasib şərait yaradılmalıdır. Əks təqdirdə, istənilən nəticəni almaq çətinləşir.  Şagirdlərin hüquqları heç bir cəhətdən pozulmayan məktəbdə, şagirdlərə pedaqoji  prosesin obyekti kimi deyil, subyekti kimi baxılan, onlarla məsləhətləşmələr aparılan məktəbdə tərbiyəvi tədbirlər yüksək səviyyədə keçirilir.

Nəhayət, tərbiyə kateqoriyasının müasir anlamını səciyyələndirən üçüncü cəhət adamlarda inam hissinin yaradılmasıdır. İnam hissi isə, hər şeydən əvvəl, tərbiyəçinin özündən qaynaqlanmalıdır. Onun özü təbliğ  etdiyi, aşılamaq istədiyi ideyanın reallığına, doğruluğuna dərindən inanmalıdır. Belə olduqda dinləyicilər tərbiyəçinin dediklərinə inanır, onun dediklərini qəbul edir, məsləhətlərini heç bir şübhə etmədən yerinə yetirirlər. Tərbiyəçinin özü boğazdan yuxarı danışırsa, dediklərinin reallığına dinləyicilərdə inam yarada bilmirsə, fikirlərinin səmimiliyinə onlarda şübhə yaranırsa, məqsəddən uzaq düşmüş olur. Belə olduqda şəxsin tərbiyə işinə girişməməsi məsləhət olardı.

Deyilən əlamətləri nəzərə alan Milli pedaqogika tərbiyə kateqoriyasının mahiyyətini belə dəyərləndirir: tərbiyə - davranışla əlaqədar olan əsaslandırılmış mənəvi keyfiyyətlərə dair adamlarda inam hissinin məqsədyönlü, planlı və mütəşəkkil qaydada formalaşdırılması prosesidir.

Burada bir cəhəti unutmaq olmaz. Məsələ burasındadır ki, hər hansı mənəvi keyfiyyətlə (məsələn, halallıqla) əlaqədar tədbir keçirilən zaman iştirakçılar halallıq nümunələrinə dair ayrı-ayrı şəxsiyyətlər barədə, onların fikirləri haqqında  yeni-yeni məlumatlar eşidirlər; şagirdlərin görüş dairələri xeyli genişlənir, mənəvi keyfiyyətlə yanaşı, real bilik və bacarıqlara da  sahib olurlar.

Bundan əlavə, davranışdan ayrılmaz olan mənəvi keyfiyyətlərlə zənginləşmiş insanların psixoloji  qüvvələri də müəyyən dərəcədə işə düşmüş olur; hansısa fikirlə razılaşır, hansılarlasa razılaşmır, etiraz edir, öz mülahizəsini söyləyir. Bir sözlə, ənənəvi pedaqogikadan qidalanmış müəllimlərin şagirdlərində (tələbələrində) davranışla bağlı mənəvi keyfiyyətlərin formalaşmasında təlim əlamətləri ilə yanaşı, psixoloji qüvvələri də  müəyyən  dərəcədə fəaliyyətdə olur.

Təhsildə müəllimin yüksək göstəricilərə nail olması üçün isə təlimdə psixoloji qüvvələrin müəyyən dərəcədə  iştirakı Milli pedaqogikada qətiyyən qənaətbəxş hesab edilmir. Milli pedaqogikada sübut olunmuşdur ki, psixoloji qüvvələri təlimdə inkişaf etdirmək nəinki mümkündür, hətta son dərəcə faydalıdır. Psixoloji qüvvələr deyəndə diqqət, iradə, hafizə, təfəkkür, təxəyyül və s. nəzərdə tutulur. Təlimdən ayrılmaz olan həmin psixoloji qüvvələr müəllimin qayğısına çevrildikdə, dərsboyu müəllim şagirdlərdə (tələbələrdə) diqqətin yayınmasını, iradə zəifliyini  və s. psixoloji nöqsanları səbrlə, dözümlə aradan qaldırdıqca psixoloji qüvvələr inkişaf edir, gah təlimin nəticəsinə, gah da onun əsasına çevrilir; təhsildə uğurun etibarlı  amili olur. Bu səbəbdən psixoloji inkişaf Milli pedaqogikada pedaqoji prosesin dörd kateqoriyasından biri kimi  müəyyənləşmişdir.

Soruşmaq olar: pedaqoji prosesdə təlim, tərbiyə, təhsil və  psixoloji inkişaf kateqoriyalarının cəmləşdiyini, yəni  inteqrasiya etdiyini, bəzən də onun diferensiasiyaya uğradığını, yəni müstəqil kateqoriyalar kimi fəaliyyət göstərdiyini bilmək müəllimə nə verir? Hər şeydən əvvəl müəllimin pedaqoji ustalığının artmasına səbəb  olur;  bu da şagirdlərdə (tələbələrdə) mənimsəmənin səviyyəsini əhəmiyyətli dərəcədə artırır.

Yenə sual: Necə? Cavab: Pedaqoji prosesdən diferensiasiya edilən, yəni ayrılaraq müstəqil tətbiq olunan, məsələn, təlimdə müəllimin başı yalnız aparıcı cəhətə (bilik və bacarıq öyrənilməsinə) qarışmır; onun diqqətindən yayına biləcək tərbiyənin və psixoloji qüvvələrin də işə qoşulmasına hökmən xüsusi  qayğı göstərməli olur.

Tərbiyə imkanları və psixoloji qüvvələrdən istifadə imkanları isə dərsdə kifayət qədərdir. Müəllimi inandırmaq istədiyimiz cəhət budur ki, dərsin həmin  imkanlarını öyrənsin, bilsin və  təcrübədə işə salsın.

Tamdan, yəni pedaqoji prosesdən ilk baxışda təlim kimi, tərbiyə kimi, ya təhsil kimi və ya psixoloji inkişaf kimi diferensiallaşan, yəni ayrılan pedaqoji kateqoriya hər dəfə digər kateqoriyalarla inteqrasiya edərsə, yəni onlarla qovuşarsa, görün bizim gənc nəslin təhsillilik və tərbiyəlilik səviyyəsi, psixoloji inkişaf səviyyəsi eyni zaman kəsiyində  nə qədər yüksəlmiş olar!

Gənc nəslin təhsillilik və tərbiyəlilik səviyyəsini yüksəltməkdə, habelə psixoloji inkişaf səviyyəsini qaldırmaqda pedaqoji prosesin diferensiasiya və inteqrasiya imkanlarından istifadəyə dair bu yenilikləri müəllimlərimiz nə qədər ətraflı öyrənib öz işlərində tətbiq etsələr, bir o  qədər Azərbaycan xalqının xeyrinə olar; bununla yanaşı, orta  ümumi təhsilimizdəki kəsirləri  aradan qaldırmağa yönələn şagirdlərin repetitorlar yanına göndərilməsi üçün valideynlərin çəkdikləri əlavə xərc də aradan  qalxar.  

Nurəddin  KAZIMOV,
əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor,
Prezidentin fərdi təqaüdçüsü

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov