Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Yanvar 2011 - �04

 

Ortaq türk dəyərlərini öyrənmək üçün mənbə

 

"Avrasiya materikinin mərkəzində Şərqdən Qərbə doğru müasir  beynəlxalq siyasi reallıq üçün son dərəcə  əhəmiyyətli bir coğrafi mövqedə qərarlaşmış türk etnik-coğrafi arealı" (M.Kərimov) 6 türk dövlətini, 10-a yaxın muxtar respublikanı, siyasi dövlət strukturu olmayan neçə-neçə türk toplumunu birləşdirir. Türk xalqlarının tarixən məskunlaşdıqları coğrafi ərazilər təkcə yeraltı və yerüstü sərvətlərlə deyil, həm də tarixi-mədəni dəyərlərlə zəngindir. Bu zəngin milli mənəvi və maddi dəyərləri qorumaq, öyrənib müasirlik və tarixilik baxımından qiymətləndirmək, optimal yollarla inteqrasiyanı reallaşdırmaq qloballaşan dünyada türk xalqları alimlərinin başlıca tarixi vəzifəsidir. Bu işdə türk alimləri (eləcə də xalqları!) bir-birilə möhkəm əlaqə və əməkdaşlıq şəraitində çalışmalıdırlar. Belə bir vəzifənin reallaşdırılması baxımından Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun (MDB məkanında hələlik yeganə  elmi-tədqiqat müəssisəsidir) həyata keçirdiyi tədbirlər, sözün həqiqi mənasında, təqdirəlayiqdir. Həmin tədbirlər çərçivəsində "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" adlı beynəlxalq konfransı çox dəyərli və mühüm hadisə oldu.

İkiillik fasilədən sonra 2010-cu ilin 25-26 noyabr tarixlərində Bakıda Azərbaycan MEA-nın Folklor İnstitutu və Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetinin birgə təşkilatçılığı ilə "Türk epik ənənələrində dastan" mövzusunda "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" VI Uluslararası folklor konfransı keçirildi.

Təşkilat Komitəsinin səyi ilə yüksək səviyyədə reallaşdırılan elmi məclisdə ayrı-ayrı bölmələrdə 98 məruzə dinlənilib müzakirə olundu.

Həmin konfrans materialları iri formatda 520 səhifəlik kitabda toplanaraq nəşr edilib.

Toplunun ilk səhifələrində Azərbaycan MEA-nın prezidenti, akademik Mahmud Kərimovun açılış nitqi verilmişdir. Tədbiri tarixi-mədəni yöndən dəyərləndirən açılış nitqinin sonunda belə bir inam ifadə olunur ki, Folklor İnstitutunun təşəbbüsü ilə başlanan konfrans xalqlarımız arasındakı mənəvi ünsiyyətin intensivləşməsini, mədəni inteqrasiyanın sürətləndirilməsini təmin edəcək.

Sonrakı səhifələrdə Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Hüseyn İsmayılovun konfrans iştirakçılarına müraciəti verilmişdir. Müraciətdə konfrans "Şanlı keçmişə malik türkün eyni işarəli gələcəyinin real olduğunun anılması işində irəliyə bir addım" kimi qiymətləndirilmişdir.

Topluda Almaniyada çalışan Abdulkadır İnaltekin, Türkiyədəki Ərdəhan Universitetinin əməkdaşı Əhməd İçlinin, İranda fəaliyyət göstərən Əkbər Dövlətşahinin, Türkmənistan EA-nın Əlyazmalar İnstitutunda çalışan Kanajan Xanubekovun və daha neçə xarici ölkələrin alim-tədqiqatçılarının türk epik ənənələri ilə bağlı araşdırmalarının ümumiləşdirildiyi yazılar əksini tapmışdır.

Azərbaycanlı professorlardan Tofiq Hacıyev, Hüseyn İsmayılov, Nizami Tağısoy, Sədnik Paşa Pirsultanlı, Qara Namazov və Şurəddin Məmmədlinin, filologiya elmləri üzrə fəlsəfə doktorlarından Rövşən Əlizadə, İslam Sadiq, Mübariz Süleymanlı, Ülkər Əliyeva, Ülkər Nəbiyeva və başqalarının məqalələri elmi-nəzəri məzmunu ilə diqqəti cəlb edir.

Bütövlükdə folklorşünaslığın epik ənənələri (türk xalqları dastanlarının materialları əsasında) haqqında zəngin ədəbi-bədii faktlar əsasında qələmə alınmış tədqiqat materialları ortaq türk dəyərlərini öyrənənlər üçün faydalı mənbədir.

Ş.MƏMMƏDOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov