Mingəçevir
şəhər 5 nömrəli orta məktəbi 1954-cü ildən
fəaliyyət göstərir. Bu təhsil ocağı qəza
vəziyyətində olan uyğunlaşdırılmış köhnə binada
yerləşirdi.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
"Qəza vəziyyətində olan ümumtəhsil məktəb
binalarının yenidən qurulması işinin davam
etdirilməsi barədə" 23 iyun 2009-cu il tarixli
sərəncamına əsasən elə həmin ilin dekabrında
sözügedən məktəb üçün yeni binanın tikintisinə
başlanıldı. Təhsil ocağının tikintisi "Yeniləşən
Azərbaycana yeni məktəb" devizi altında, Heydər
Əliyev Fondunun hesabına həyata keçirildi və
ötən il sentyabrın 15-də istifadəyə verildi.
Müasir
tələblərə cavab verən məktəb 220 şagird
yerlikdir. Burada 11 sinif otağı, fizika, kimya
və informatika kabinetləri, laboratoriyalar
mövcuddur. Həmin kabinet və laboratoriyalar
müasir texniki vasitələrlə təmin olunub.
Eyni zamanda
bu təhsil ocagında akt və idman zalları,
kitabxana, bufet fəaliyyət göstərir.
ƏDALƏT |