Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - 05

 

Azərbaycan ilə Gürcüstanın təhsil sahəsində əməkdaşlığı genişlənir

 

Fevralın 1-də təhsil naziri Misir Mərdanov Gürcüstan Prezidentinin anası, Beynəlxalq Qara dəniz Universitetinin prorektoru, professor Giuli Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan təhsil naziri Azərbaycanla Gürcüstan arasında təşəkkül tapmış tarixi dostluq və strateji tərəfdaşlıq əlaqələrindən bəhs edib. Misir Mərdanov Azərbaycan və Gürcüstan prezidentlərinin şəxsi münasibətlərinin ölkələrimiz arasındakı hərtərəfli əməkdaşlığa olduqca müsbət təsir göstərdiyini vurğulayıb.

Digər istiqamətlərdə olduğu kimi, ölkələrimiz arasında təhsil sahəsində də qarşılıqlı əlaqələrin inkişafının əhəmiyyəti barədə fikirlərini bildirən Beynəlxalq Qara dəniz Universitetinin prorektoru, professor Giuli  Alasaniya  bu münasibətlərin gələcəkdə  daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu  bildirib.  Qonaq  deyib ki, Azərbaycanın  təhsil  müəssisələri  ilə  tanışlıq  və  ali  məktəblər arasında  əlaqələrin inkişafı yollarının müzakirəsi onları maraqlandıran  məsələlərdəndir.

Azərbaycanın Gürcüstanda təhsilin inkişafına hər zaman kömək etdiyini bildirən Tbilisidə fəaliyyət göstərən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva rəhbərlik etdiyi muzeydə Azərbaycan dilində olan yeni kitablara ehtiyac duyulduğunu nəzərə çatdırıb.

Azərbaycan dövlətinin, eləcə də Heydər Əliyev Fondunun Gürcüstanda tədris ocaqlarının təmirində, dərslik və əlavə vəsaitlərlə təminatında yaxından iştirak etdiyini söyləyən təhsil naziri Misir Mərdanov Tbilisidə fəaliyyət göstərən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə lazım olan kitabların göndərilməsi üçün müvafiq addımların atılacağını deyib. Nazir təhsil sahəsindəki qarşılıqlı əlaqələrimizin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib. Misir Mərdanov ölkəmizin bir sıra ali və orta təhsil müəssisələri ilə tanışlığın Azərbaycanın təhsil sistemi haqqında qonaqlarda xoş təəssürat yaradacağına inamını ifadə edib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov