Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - �05

 

Təhsildə İKT-nin tətbiqinə həsr olunmuş baxış-sərgi keçirildi

 

Yanvarın 28-də Əl Oyunları İdman Sarayında "Təhsildə İKT-nin tətbiqi - bilik, təcrübə, texnologiya" adlı baxış-sərgi keçirildi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova, bir sıra dövlət qurumları, qeyri-hökumət təşkilatlarının rəhbərləri, elm və təhsil ictimaiyyətinin nümayəndələri, məktəb direktorları, müəllim və şagirdlər iştirak edirdilər.

Sərginin açılış mərasimi Dövlət himninin səslənməsi ilə başladı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva mərasimi açaraq iştirakçıları salamladı və onları burada görməsindən məmnun olduğunu bildirdi.

Ölkəmizdə 1999-cu ildən etibarən təhsil sisteminin təkmilləşdirilməsinə yönələn əsaslı islahatların aparılmasına təkan verildiyini deyən N.Rzaquliyeva qeyd etdi ki, bu islahatların istiqamətlərindən biri də təhsildə informasiyalaşdırma oldu. Ulu öndər Heydər Əliyev təhsil islahatlarının həyata keçirilməsinin başlıca şərtlərindən biri kimi təhsildə İKT-nin tətbiqini vacib hesab edirdi. "İndi dünya mədəniyyət dünyasıdır, intellektual dünyadır, elmi-texniki tərəqqi dünyasıdır" deyən Heydər Əliyevin 2003-cü ildə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"nın təsdiq edilməsi haqqında Sərəncam bu sahədə mühüm addım oldu. Bu proses sistemli olaraq onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" ilə başladı.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri bildirdi ki, proqrama müvafiq olaraq, 2005-2006-cı illərdə Bakı şəhərinin məktəblərinə 9550 ədəd kompüter verilmiş, V-XI siniflər üzrə hər 21 şagirdə 1 kompüter nisbəti təmin edilmişdir. Çıxışda daha sonra qeyd olundu ki, bu istiqamətdəki siyasətin davamı olaraq dövlət başçısının Sərəncamı ilə "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" təsdiq edildi. Bu proqramın əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsidir. Bununla da vahid milli təhsil mühiti formalaşdırılmalı, bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanları təmin edilməli, habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunması üçün şərait yaradılmalıdır.

Nailə Rzaquliyeva tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, bu proqrama əsasən görülən işlər çərçivəsində paytaxtın bütün məktəbləri lokal şəbəkəyə, 267 məktəb isə genişzolaqlı İnternet şəbəkəsinə qoşulmuşdur. Az müddət ərzində müasir texnologiyalarla işləyən güclü kadr potensialı formalaşmışdır. İndi Bakı şəhərinin ümumtəhsil məktəblərində İKT-nin tədrisə tətbiqi, elektron dərsliklərdən istifadə, İnternet resurslarının hazırlanması sahəsində kifayət qədər səmərəli nəticəyə nail olunmuşdur.

Təhsil müəssisələrində yaradılmış lokal və İnternet şəbəkələri digər təhsil müəssisələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, həmçinin xarici ölkə məktəbləri ilə virtual əlaqələrin yaradılması, sənədlərin qəbulu və ötürülməsi işində mühüm rol oynayır.

Təhsil Nazirliyinin həyata keçirdiyi "TİMS-məktəb" layihəsi çərçivəsində 4 alt komponent üzrə məlumatların toplanması və emalı işi başa çatdırılıb ki, bu da təhsilin idarə edilməsində böyük əhəmiyyətə malikdir.

İndi nəinki informatika müəllimləri, eləcə də digər fənn müəllimləri, hətta şagirdlər müxtəlif proqramlar üzrə elektron vəsaitlər hazırlayır. Paytaxt məktəblərinin beynəlxalq əlaqələri möhkəmlənir, yeni əlaqə sistemlərindən geniş şəkildə istifadə olunur.

Nailə Rzaquliyeva çıxışının sonunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirən, Bakı təhsilinə qayğısını əsirgəməyən nazir Misir Mərdanova, belə bir tədbirin təşkilinə və keçirilməsinə dəstək göstərən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevə, İKT-nin tətbiqi sahəsində məktəblərlə müntəzəm və qarşılıqlı əməkdaşlığa görə "AZEDUNET", "Ultra", "İntel", "Mədəd" və digər şirkətlərə, Data Mərkəzinə, eləcə də dəvəti qəbul edib sərginin açılış mərasiminə gələn bütün qonaqlara təşəkkürünü bildirdi.

Kiyev şəhər Elm və Təhsil İdarəsinin rəisi Vera Zinovyevna Qoryunova, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev çıxışlarında təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsinin bu gün bütün dünyada informasiya cəmiyyətinin başlıca xüsusiyyəti kimi qəbul olunmasından bəhs etdilər və bu baxımdan, "Təhsildə İKT-nin tətbiqi - bilik, təcrübə, texnologiya" baxış-sərginin Azərbaycanın təhsil sisteminin İKT əsasında daha da təkmilləşdirilməsi işinə böyük töhfə olduğunu vurğuladılar. Natiqlər yeni texnologiyaların, həmçinin İnternet resurslarına əsaslanan dərs vəsaitləri nümunələrinin nümayiş etdirildiyi bu sərginin təhsil işçilərinə və şagirdlərə İKT sahəsində mükəmməl bilgilər aşılayacağına, ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə, gənc nəslin intellektual səviyyəsinin artırılmasına, informasiya texnologiyalarından səmərəli istifadə sisteminin yaradılmasına təkan verəcəyinə əmin olduqlarını bildirdilər. Qeyd etdilər ki, bu genişmiqyaslı sərgi təhsildə İKT-nin tətbiq edilməsinin təbliği baxımından çox əhəmiyyətlidir və nümayiş etdirilən yeniliklər, yəqin ki, xüsusi maraq doğuracaqdır.

Sonra çıxış üçün söz Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova verildi.

İştirakçıları, müəllim, şagird və valideynləri salamlayan təhsil naziri bu tədbirin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən artıq ikinci  ildir ki, təşkil edildiyini  diqqətə çatdırdı və bunu  müsbət hal kimi dəyərləndirdi. Misir Mərdanov qeyd etdi ki, keçən ildən fərqli olaraq bu sərgi yalnız bir sahəyə - müasir dövrdə çox aktual və bu gün təhsil sistemi üçün vacib olan bir mövzuya həsr olunub.

Son illər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin çox səmərəli fəaliyyət göstərdiyini deyən təhsil naziri vurğuladı ki, Bakı şəhərinin təhsil müəssisələrində informasiya -kommunikasiya texnologiyalarının tətbiqi, qəbul imtahanlarında, müxtəlif müsabiqə və olimpiadalarda qazanılan uğurlar və başqa sahələrdəki nailiyyətlər bu idarənin öz işinin öhdəsindən layiqincə gəldiyini bir daha sübut edir.

Misir Mərdanov müəllim və şagirdlərə  pedaqoji fəaliyyətlərində və təhsildə böyük uğurlar arzuladı  və  baxış-sərginin açılışı münasibətilə təşkilatçıları təbrik etdi.

Tədbirdə ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı və təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı Dövlət Proqramları çərçivəsində görülən işlərdən bəhs edən video-çarx nümayiş etdirildi. Sonra hamı sərgiyə baxmağa dəvət olundu.

Məlumat üçün qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd paytaxt məktəblərində elektron təhsil resurslarından, İnternet texnologiyalarından tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaqdır. Eyni zamanda müəllimləri tədris prosesində informasiya texnologiyalarından fəal istifadə etməyə həvəsləndirmək də əsas məqsədlərdəndir. Bakının ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin İKT sahəsindəki nailiyyətlərinin nümayişinə həsr edilən baxış-sərgiyə təqdim olunan işlər iki mərhələdə seçilib. Birinci mərhələdə işçi qrupları hər bölmə üzrə layiqli işləri seçərək Təşkilat Komitəsinə təqdim ediblər. İkinci mərhələdə Təşkilat Komitəsi (eyni zamanda Münsiflər heyəti) bölgələrdən seçilib təqdim olunmuş işlərin içindən "Əsasnamə"nin şərtlərinə və nominasiyanın tələblərinə uyğunluq baxımından baxış-sərgidə nümayiş etdirmək üçün daha yaxşılarını seçib. Hər 2 mərhələdə seçim xüsusi meyarlara - məzmun, metodika, elmilik, aktuallıq və dizayna əsasən aparılıb. Müsabiqəyə 403-ü müəllim, 164-ü şagird işi olmaqla cəmi 567 layihə təqdim edilib.

Təhsil naziri Misir Mərdanov və digər qonaqlar baxış-sərgidə 15 bölmə üzrə (distant təhsil, müasir interaktiv sinif, elektron məktəb, video-texnologiya təhsildə, 1 şagird - 1 kompüter, sehrli göz, veb-texnologiya (bloqlar), İKT şagirdlərin gözü ilə, İKT ibtidai sinifdə, İKT fənlərdə, innovativ məktəb - innovativ müəllim, ağıllı lövhə-interaktiv sinif, sinif otaqları 1, 2, 3) nümayiş etdirilən layihələrlə yaxından tanış oldular. Təhsil naziri ayrı-ayrı bölmələrdə müəllim və şagirdlərlə söhbət edərək onların işindən razı qaldığını bildirdi. 

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov