Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - �05

 

NDU-nun ötən ilki fəaliyyəti uğurları ilə yadda qaldı

 

Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 2010-cu ildəki fəaliyyətə həsr olunmuş iclası keçirildi.

Elmi Şuranın sədri, akademik İsa Həbibbəyli Azərbaycanda elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısından, universitetin ötən ilki elmi uğurlarından, tədrisin keyfiyyət və kəmiyyət göstəricilərindən söz açdı. Rektor "Naxçıvan Muxtar Respublikasında gənclərlə iş, idman sahəsində keçirilən tədbirlər və qarşıda duran vəzifələr haqqında Naxçıvan MR Ali Məclisində 11 yanvar 2011-ci il tarixdə keçirilmiş müşavirə və Naxçıvan Dövlət Universitetinin vəzifələri" barədə ətraflı məruzə etdi. Məruzədə universitetin idmanın ən müxtəlif sahələri üzrə qazandığı möhtəşəm nailiyyətlərindən bəhs olundu. Qeyd edildi ki, ötən il NDU-nun futbol komandası Azərbaycan ali məktəb tələbələrinin III çempionatının qalibi olmuş, Polşada tələbələrin VIII Avropa çempionatında iştirak etmiş, voleybolçular isə Türkiyə Cümhuriyyətinin Qars şəhərində keçirilən beynəlxalq yarışdan çempion kimi dönmüşlər. Universitetin badminton komandası İran İslam Respublikasının Urmiya, Türkiyənin Qars şəhərlərində keçirilmiş çempionatlarda qalib gəlmiş, cüdo, sərbəst güləş üzrə idmançılarımız isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi yarışlarda ölkənin ali məktəblərinin 25 komandası arasında III yeri qazanmışdır. Muxtar respublika tarixində ilk ağırlıqqaldırma yarışları da məhz bu ali məktəbdə keçirilmişdir.

Sonra Naxçıvan MR Ali Məclisində keçirilən müşavirədə muxtar respublika rəhbərliyinin idmanın, xüsusilə də gimnastika, stolüstü tennis, şahmat və digər növlərinin inkişafı ilə bağlı tapşırıqlarından irəli gələn vəzifələr müəyyənləşdirildi.

Universitetin tərbiyə işləri üzrə prorektoru, əməkdar müəllim, fəlsəfə elmləri doktoru Məmməd Rzayev hesabatında ötən il gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsi, onların asudə vaxtlarının düzgün təşkili istiqamətində görülən çoxsaylı işlərdən danışdı. Məruzədə Heydər Əliyev Universitetinin məşğələlərindən, dövri mətbuata abunə yazılışından, əlamətdar tarixi günlərə, milli bayramlara həsr olunmuş kütləvi tədbirlərdən, İncəsənət fakültəsinin kafedralarının hesabat konsertlərindən, mədəniyyət kollektivlərinin, Tələbə Teatr Studiyasının uğurlu qastrollarından, beynəlxalq idman yarışlarında, müxtəlif festival və müsabiqələrdə əldə edilən uğurlardan, universitet televiziyasının məhsuldar fəaliyyətindən söz açıldı.

NDU-nun Elmi kitabxanasının direktoru, filologiya elmləri namizədi Aypara Behbudova məruzəsində bildirdi ki, 165000 kitab fonduna malik kitabxanaya hesabat ilində 2431 nüsxə kitab daxil olmuş, 2290 nəfər oxucuya xidmət göstərilmişdir. Kitabxana 35 adda dövri mətbuata abunə yazılmış, 120 adda müxtəlif dillərdə jurnal isə hədiyyə olunmuşdur. Kitabxananın www.ndu.edu.az/kitab saytı, elektron kataloq və kartoteka sistemi təkmilləşdirilmiş, rəngarəng elmi-kütləvi tədbirlər keçirilmişdir. Məruzədə fondun komplektləşdirilməsi, Heydər Əliyev Universitetində keçirilən məşğələlərin materiallarını, universitet əməkdaşlarının biblioqrafiyalarını çap etdirmək, diyarşünaslıq kartotekası yaratmaq və digər qarşıda duran vəzifələrdən danışıldı.

"Qeyrət" nəşriyyatının direktoru, tarix elmləri namizədi, dosent Vaqif Məmmədov nəşriyyatın fəaliyyəti və vəzifələri barədə məruzəsində burada il ərzində 316 sifariş yerinə yetirildiyini, tədris vəsaitlərinin, kargüzarlıq sənədlərinin, universitetin "Elmi əsərlər"inin 6 nömrəsinin, "Fikir" informasiya bülleteninin yeni poliqrafik tərtibatda çapa hazırlanması, digər nəşrlər barədə danışdı. Vurğulandı ki, universitetdə müasir tələblərə cavab verən nəşriyyat qurulması üçün 5 min manata yaxın dəyəri olan "OKİ C 9650" markalı, "A-3" formatlı, rəngli lazer çap qurğusu, yeni kompüter dəstləri, "Rizoqraf" çap avadanlığı, kağızkəsən qurğu, laminator və digər avadanlıqlar alınmış, mətbəənin çap  sexində əsaslı təmir və yenidənqurma işləri aparılmışdır ki, bu da ən müasir poliqrafiya standartlarına uyğun məhsullar çap etməyə imkan verir. 

Elmi Şurada ənənəvi olaraq il ərzində məhsuldar elmi yaradıcılığı, nailiyyətləri ilə fərqlənən 6 nəfər "İlin alimi" adı ilə təltif olundu. Qeyd edək ki, "İctimai və humanitar elmlər" və "Təbiətşünaslıq və dəqiq elmlər" nominasiyaları üzrə müəyyən edilən bu mükafata Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru Əsgər Qədimov, Memarlıq kafedrasının müdiri, memarlıq namizədi Qadir Əliyev, İqtisad fakültəsinin dekan müavini, iqtisad elmləri namizədi, dosent Müslüm Cabbarzadə, Malikəjdər İbrahimov, İqtisad fakültəsinin dekanı, iqtisad elmləri doktoru, rrofessor Ağarza Rüstəmov, Rabitə və informasiya texnologiyaları kafedrasının müdiri, texnika elmləri namizədi, dosent Cavanşir Zeynalov layiq görülmüşdür. Qaliblərə diplomlar və pul mükafatları təqdim olundu.

Elmi Şurada digər cari məsələlər də müzakirə olundu.  

Mehriban SULTAN

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov