Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - 05

 

Məktəblilər ekologiya mövzusunda təqdimatlar etdilər

 

"Ekologiya ili" başa çatsa da hər yerdə, o cümlədən də təhsil ocaqlarında ekologiya mövzusunda tədbirlər davam edir. Ekoloji tarazlığın pozulduğu, ətraf mühitin çirklənməsinin qlobal problemə çevrildiyi müasir dövrümüzdə ekoloji maarifləndirmə davamlı olaraq aparılmalıdır. Bakıdakı 151 nömrəli məktəbdə də  məsələyə bu baxımdan yanaşılır, şagirdlərin ekoloji tərbiyəsinə hədəflənmiş tədbirlər müntəzəm həyata keçirilir.

Yanvarın 29-da məktəbdə bu silsilədən "Hərəyə bir ağac əkək" mövzusunda növbəti tədbir düzənlənmişdi. "Ekologiya ili"nin yekunlaşdırılması ilə əlaqədar keçirilən tədbirdə görkəmli kimyaçı alim, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şövkət Bəkirov, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin direktor müavini Sitarə Məmmədova, mərkəzin Nəsimi-Binəqədi bölməsinin müdiri Həvva Əsgərova, məktəb direktorları və b. iştirak edirdilər.

Qonaqlar öncə məktəbin foyesində ekologiya mövzusunda açılmış sərgi ilə tanış oldular. Sərgidə məktəbin ibtidai sinif şagirdlərinin əl işləri, rəsmləri nümayiş olunurdu. Siniflər üzrə qruplaşdırılmış sərgi qonaqlarda böyük maraq doğurdu. Sonra məktəbin kiçik həyətində ağacəkmə mərasimi keçirildi. Həmişəyaşıl sərv ağaclarının əkilməsində qonaqlar da iştirak etdilər.

Məktəbin  kiçik akt zalında keçirilən tədbirdə müəllim və şagirdlər ekologiya mövzusunda bədii proqram nümayiş etdirib, tədqimatlarla çıxış etdilər. Tədbiri açan məktəbin direktoru Kifayət Tanrıverdiyeva qonaqları salamlayıb "Ekologiya ili" çərçivəsində görülmüş işlər haqqında məlumat verdi, həyata keçirilən rəngarəng tədbirlərin, o cümlədən də müsabiqələrin, ekskursiyaların, "dəyirmi masa"ların şagirdlərin ekoloji tərbiyəsi və maarifləndirilməsinə müsbət təsir göstərdiyini vurğuladı.

Sonra söz müəllim və şagirdlərə verildi, 2 şagirdin bir-biri ilə coğrafiyaya dair apardığı qısa müsahibə vasitəsilə mövzuya keçid edildi. Müsahibədən ölkəmizin dünyanın bir çox dövlətlərinə nisbətən təbii sərvətlərlə daha zəngin olması qənaəti hasil olundu. Vətən haqqında xoş sözlər deyildi, şeirlər, mahnılar ifa edildi. Sonra təbiətin çirklənməsi, bunun qarşısının alınması, təbiəti qorumağın zəruriliyi haqqında məlumatlar verildi, fikirlər səsləndirildi. Müəllim və şagirdlər "Xəzərin harayı", "Yaşıl aptek", "Azərbaycanın qoruqları" mövzularında maraqlı təqdimatlar etdilər. Təqdimatlarda Xəzər dənizinin çirklənməsinin qarşısının alınması üçün görülən tədbirlərdən, vətənimizin meşə və dağlarında bitən dərman bitkilərindən və onların müalicəvi əhəmiyyətindən, ölkəmizin ərazisindəki qoruqlardan və onlarda mühafizə olunan flora, fauna nümunələrindən söz açıldı, maraqlı məlumatlar verildi.

Çıxışlarda ölkəmizdə ekologiyanın qorunması, sağlamlaşdırılması yönündə dövlət səviyyəsində görülən işlər, dövlətimizin bu sahəyə qayğısı da diqqətə çatdırıldı, məşhur  adamların təbiəti mühafizənin əhəmiyyəti ilə bağlı dedikləri müdrik kəlamlar misal gətirildi.

Proqram başa çatdıqdan sonra söz alan AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şövkət Bəkirov və başqaları məktəbdə ekologiya mövzusunda aparılan tədbirləri, şagirdlərin və müəllimlərin çıxışlarını, əl işlərini, edilən təqdimatları yüksək qiymətləndirdilər, bu sahədə tərbiyə işlərinin müntəzəm aparılmasını tövsiyə etdilər, şagird və müəllimlərə bəzi məsləhətlər verdilər, tədbirin təşkilində əməyi olanlara minnətdarlıqlarını bildirdilər. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov