Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - �05

 

Gənclər gününə həsr olunmuş bədii-musiqili kompozisiya

 

Bakı şəhərindəki F.Gözəlov adına 124 nömrəli orta məktəbdə 2 fevral - Gənclər günü qeyd edildi. Məktəbin tarix müəllimi Zülfiyyə Niftalıyevanın rəhbərliyi ilə X "b" sinif şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. Tədbiri giriş sözü ilə açan Z.Niftalıyeva sabahın layiqli vətəndaşlarının məhz məktəb illərindən formalaşmağa başladığı nəzərə alınaraq yuxarı sinif şagirdləri ilə tez-tez müxtəlif mövzularda tərbiyəvi tədbirlərin keçirilməsinin vacibliyini qeyd etdi.

Bir-birindən rəngarəng səhnəciklər, rəqs, musiqi nömrələri ilə zəngin bədii proqramı şagirdlər məharətlə təqdim etdilər. Ölkəmizdə elmə, biliyə marağın olmadığı dövrdə görkəmli şairimiz M.Ə.Sabirin qələmə aldığı "Oxutmuram, əl çəkin", "Vah! Bu imiş dərsi üsuli-cədid?" şeirləri əsasında hazırlanmış, dərsdən yayınan şagirdlərə ünvanlanmış, müxtəlif epidemiyaların, xüsusilə QİÇS-ə yoluxmanın, narkomaniya, cinayətkarlıq və terrorizmin dünyada geniş miqyas aldığı müasir dövrdə uşaq, yeniyetmə və gəncləri bu kimi eybəcərliklərdən uzaq olmağa səsləyən səhnəciklər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. X "b" sinif şagirdlərindən Günel, Teymur, Altun, Vəfa, Fatimə, Elnur, Əsəd və Ələmdarın, XI "a" sinif şagirdi Nurlanın çıxışlarını məktəblilər alqışlarla qarşıladılar.

Məktəbin məzunu, çoxsaylı yumoristik səhnəciklərin müəllifi Babək Fərmanlının tədbir üçün təqdim etdiyi, şagirdlərdən Azad və Zahidin ifasında səsləndirilən meyxana deyişməsindəki fikirlər dinləyənləri həm güldürdü, həm də düşündürdü.

Milli Qəhrəmanlarımızdan Çingiz Mustafayev, Mübariz İbrahimov yad edildi. Şagirdlər əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətini  bəyəndiklərini və dəstəklədiklərini bildirdilər, vətənə layiqli övladlar olacaqlarına söz verdilər.

Tədbirdə çıxış edən məktəbin direktoru Sevda Abdullayeva gəncləri təbrik etdi, onlara öz məsləhət və tövsiyələrini verdi. 

Arizə MAHMUDOVA,
Bakıdakı 124 nömrəli orta məktəbin direktor müavini

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov