Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - �05

 

"Azərbaycan inkişaf etmiş cəmiyyətə doğru: reallıqlar, perspektivlər"  mövzusunda ümumrespublika konfransı

 

Azərbaycan Universitetində 2 fevral - Azərbaycan Gəncləri gününə həsr olunmuş "Azərbaycan inkişaf etmiş cəmiyyətə doğru: reallıqlar, perspektivlər" mövzusunda gənc tədqiqatçıların ümumrespublika elmi-praktik konfransı keçirilir.

AzərTAc xəbər verir ki, dövlət qurumları nümayəndələrinin, tanınmış alimlərin, təhsil işçilərinin, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirak etdikləri konfransda çıxış edən Azərbaycan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Akif Musayev ümummilli lider Heydər Əliyevin gənclərə, onların təhsilinə daim böyük diqqət və qayğı göstərdiyini xatırlatmış, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.

Rektor dövlətimizin başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində respublikamızın dinamik inkişaf etdiyini vurğulamışdır.

Müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edən professor A.Musayev bu sahələr üzrə reallaşdırılan proqram və layihələrin əhəmiyyətindən danışmışdır. O, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 700-dən çox azərbaycanlı gəncin dünyanın nüfuzlu universitetlərində təhsil aldığını xatırlatmışdır.

Azərbaycan Universitetinin kafedra müdiri, dosent Dünyamalı Vəliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbəri Məmməd Musayev, Milli Məclisin deputatı Əli Məsimli və digər çıxış edənlər Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən, ölkəmizin iqtisadiyyatında, elm və təhsil sahələrində qazanılan nailiyyətlərdən bəhs etmişlər.

Sonra gənc tədqiqatçıların "Gələcəyin strategiyasının müəyyənləşdirilməsində modernləşmə", "Gənclərin iqtisadi fəallığının müasir vəziyyəti və yaxşılaşdırılması yolları", "Mütəxəssis hazırlığının məzmununda informasiya-kommunikasiya texnologiyalarının yeri", "Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyasının perspektivləri" və s. mövzularda məruzələri dinlənilmiş, geniş müzakirələr aparılmışdır.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov