Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - 05

 

"Öz sahəmi ürəkdən sevirəm"

 

AMEA-nın Xarici dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Səidə İbrahimova ilə söhbət 

- Səidə xanım, hər bir insanın həyatında aqibətin tələbi olur. Şübhəsiz ki, dilçilik sahəsinə bağlanmağınız da təsadüfi deyil, bir aqibət işidir.

- Mənim  həyatımda bu sahəyə həmişə böyük bir sevgi olub. Lap əvvəldən qət elədim ki, bu sahəni seçirəm və seçimimdə də tərəddüd eləmədim. Pedaqoji fəaliyyət həmişə mənim üçün çox maraqlı olub. Orta məktəbdən dil öyrənməyə qarşısıalınmaz marağım yarandı. Bakıdakı 189 nömrəli məktəbi rus  dilində qurtarmağıma baxmayaraq indiki Azərbaycan Dillər Universitetinin Qərbi Avropa dilləri fakültəsinin fransız şöbəsinin Azərbaycan  bölməsində oxudum və oranı "əla" qiymətlərlə başa vurdum. Habelə institutu bitirəndən sonra sərbəst şəkildə ingilis dili ilə də məşğul olmağa başladım. Onu da deyim ki,  ingilis dilində də fransız dilində olduğu kimi, sərbəst şəkildə oxuyub-yazır, müqayisəli şəkildə elmi araşdırmalar aparıram.

- Maraqlıdir, ingilis dilinin bu qədər yayıldığı bir vaxtda nədən fransız dilini seçdiniz?

- Bütün hallarda fransız dili məni daha çox cəlb eləyirdi. Düzdür, indi ingilis dili dünyada çox yayılıb, ancaq fransız dilinin də dünyanın aparıcı  dillərindən olması danılmazdır. Hələ orta məktəbdən fransız dilini çox sevirdim. Fransız ədəbiyyatına çox marağım vardı.

- Deyirlər ki, neçə dil bilirsənsə, o qədər də adamsan. Bu qənaəti necə qəbul edirsiniz?

- Yəni çox dil bilmək insanın, hər şeydən əvvəl, dünyagörüşünün zənginliyi deməkdir. İnsanın zövqü hərtərəfli olur, dilini öyrəndiyin xalqların mənəvi sərvətləri ilə də  yaxından tanış olursan.  Ancaq çox dil bilmək o demək deyil ki, insan ana dilini unudub fransız, alman, rus, ingilis və s. olsun. Öyrənmə prosesində insan dili şüurlu şəkildə mənimsəyir. Yəni dili öyrənmək qətiyyən özgələşmək deyil, əksinə, başqa dilləri öyrəndikcə özünün kökünə daha da çox qayıdırsan.

- Hərdən bəzilərinin intuitiv imkanlarının zənginliyinin əlaməti kimi 5-10 və daha çox dil bilməsini, danışmasını az qala möcüzə kimi təqdim edirlər. Ancaq məncə, çox dil bilmək hələ hər şey demək deyil. Əsas insanın həmin keyfiyyətini harada və necə aşkarlamasıdır.

- Təbii, razılaşmaq olar. Tutaq ki, kimsə həvəskar şəkildə bir neçə dil öyrənib. O, dilin ümumi strukturunu öyrənir. Adətən qohum dilləri öyrənmək asan olur, sözlər bir-birinə oxşayır, çox yaxın səslənir. Əgər kimsə müstəqil dil öyrənmək istəyirsə, ya da öyrənibsə, bu, yaxşı cəhətdir. Özündə dil öyrənmək keyfiyyətini görən adam fikirləşir ki, özümü sınayım, görək daha birini də öyrənə bilərəmmi? Öyrənir, bu, o deməkdir ki, özünə inanır. Bu, əzələ nümayişi deyil. Məsələn, italyan, ispan və fransız dilləri bir-birinə yaxın dillərdir. Bu dillərdən birini öyrəndinsə, o birinə çox asan keçmək olur. İngilis dilini də o qrupa daxil etmək olar, çünki bu dilin əksər sözləri fransız sözləridir. Ancaq dillə və dilləri müqayisə ilə bağlı tədqiqat işi tamam  başqadır. Burada daha dərin məsələlər var. Alınan nəticələr təhsildə, təlimdə tətbiq olunur. Şübhəsiz, bu, asan başa gəlmir. Dillərin strukturunu müqayisə edirsən, maraqlı bir nəticəyə gəlirsən. Beləcə, dili müqayisəli şəkildə öyrədəndə, tərcüməni də asanlaşdıra bilərsən. Qaldı dili məhz danışmaq üçün öyrənməyə, onun da xeyiri var ki, ziyanı yoxdur.

- Əgər rusların tərcümə sahəsində olan işlərini nəzərdən keçirsək, görəcəyik ki, onlar bu sahədə necə böyük işlər görüblər. Türkiyə türkcəsində də bu sahədə vəziyyət  yaxşıdır. Bizdə tərcümə sahəsində işlər müqayisədə necədir?

- Tərcümə sahəsində görüləcək işlərimiz hələ çoxdur. SSRİ dövründə Azərbaycanda rus dili Azərbaycan dili ilə yanaşı işlənirdi. Rus dilində bütün ədəbiyyat olduğuna görə çoxları uşaqlarını rus dilində oxutmağı üstün tuturdular.  SSRİ qapalı ölkə olduğuna görə xarici dillərdə danışmağa o qədər də fikir verilmirdi, əsas  ünsiyyət vasitəsi rus dili idi. Orta məktəbdə şagirdə 5-6 il ərzində xarici dil öyrədilirdi, ancaq o, adi şifahi  danışıqda sadə fikri belə  izah etməyə çətinlik çəkirdi. Sonralar alimlərimiz xaricə gedəndə başqa dilləri bilməməyin əziyyətini çəkirdilər. Başqa ölkələrdən gələn alimlər isə neçə dildə danışırdılar. Rusların özləri də bu  vəziyyətdən sıxılırdılar. İndi  xarici dildən dərs deyən müəllimlər xarici ölkələrdə təkmilləşmə kursu keçirlər. Ancaq bizim vaxtımızda belə şeylər yox idi. Müəllim yalnız öz səyilə müəyyən bir səviyyəyə gəlib çıxa bilirdi.

- Neçə il qabaq "Bir aya xarici dil öyrədirik" elanları daha çox olurdu. Deyəsən, indi bu populist elanların sayı azalmaqdadır. Necə düşünürsünüz, prinsipcə belə tədris mümkündürmü?

- Bir aya dil öyrənmək məsələsinə heç  vaxt inanmamışam, indi də inanmıram. Məgər dil öyrənmək belə asandır? Dili nə öyrənmək, nə də öyrətmək o qədər də asan deyil. Ona zaman, həvəs və səy lazımdır. Ayrı-ayrı mövzuları  əzbərlətmək olar. Necə ki, opera artistləri italyanca olan operanın sözlərini  əzbərləyirlər, həm də onun mənasını öyrənirlər. Bir aya o halda dili qismən öyrənmək olar ki, həmin dilin bazası passiv halda beyində olsun, o bazanı aktivləşdirəsən.

- Bu gün dil öyrənmək imkanları necə, sizi qane edirmi? 

- İmkanlar yaranmaqdadır. İndi çoxlu xarici dili öyrədən kurslar, tədris vəsaitləri -  kitablar, disklər və s. var. Mühit olmadığı şəraitdə, şübhəsiz, dil öyrətməyin çətinliyi müəllimin  üzərinə düşür. Müəyyən dil bazası yaranandan sonra həmin şəxsin xaricə yolu düşərsə, dilöyrənməni təkmilləşdirmək olar. Mən əsasən yaşlı insanlarla-aspirantlarla, dissertantlarla işləmişəm. Onları namizədlik imtahanını verməyə hazırlaşdırırıq. Bilirsiniz, belə insanlarla işləməyin metodikası ayrıdır. Yəni burada "avtoritar" qaydada işləmək qətiyyən effekt vermir. Çünki onlarla uşaqla davranan kimi davranmaq qəti yolverilməzdir, hamısı müəyyən həyat təcrübəsi olan insanlardır. 

- Fransız dili ilə müqayisədə bu gün ingilis dilinin mövqeyi daha da güclənməkdədir.

- Azərbaycanda sovet dövründə fransız dili Bakıda da çox tədris olunurdu. Bu gün dünyada ingilis dilinin mövqeyinin güclənməsi fransızları da narahat etməkdədir. Fransızlar hətta fransız dilinin təmizliyinin qorunması ilə bağlı bir komitə yaradıblar ki, mümkün qədər ingilis sözlərini işlətməsinlər. Millət güclü olanda dilini yad sözlərdən tədricən  təmizləyir, üstəlik başqa xalqlar da məcbur olub onun sözlərindən istifadə edirlər. Ümumiyyətlə, bu gün ingilis dilinin dünyanın müxtəlif dillərinə, o cümlədən bizim dilimizə təsiri də danılmazdır. Güclü imkanları olan dillər çalışırlar ki, bu təsiri  azaltsınlar, məhdudlaşdırsınlar.

- Siz müqayisəli dilçilik məsələləri ilə məşğulsunuz. Bu sahədə araşdırmalarınız sizi hansı qənaətlərə gətirib çıxardı?

-  Araşdırmalar daim insanı zənginləşdirir. Öz sahəmi ürəkdən sevirəm. Hər iki dilin zənginliklərinin, daxili imkanlarının müqayisəsi yeni-yeni axtarışlar üçün faktlar verir.

Adətən azərbaycanlılar başqa dilləri gözəl öyrənirlər. Ancaq məsələn, ruslar bizim dili yaxşı öyrənə bilmirlər. Dil öyrənməkdə  əsas məsələ məqsəddir. Dilin çətin və ya asan olması məsələsini bir kənara qoymaq lazımdır. Hər şey öyrədəndən və öyrənəndən asılıdır. Bilməyəndə insan üçün hər şey çətindir. Biləndən sonra nəyi çətindir ki? Hər sahədə belədir.  

Söhbəti qələmə aldı:
Elçin QALİBOĞLU

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov