Yanvarın 28-də
Türkiyənin Ordu Universitetinin rektoru,
professor Haluk Kefelioğlu və Türk Dili və
Ədəbiyyatı Bölümü başqanı, dosent İsmayıl Doğan
Bakı Slavyan Universitetində (BSU) olmuşlar.
Bakı Slavyan
Universitetindən AzərTAc-a bildirmişlər ki,
görüşdə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü
Kamal Abdullayev bu ali məktəbdə təhsilin
inkişafı üçün həyata keçirilən tədbirlərdən
danışmışdır. BSU-nun beynəlxalq əlaqələri
barədə məlumat verən rektor, təhsil
müəssisəsinin Türkiyənin və Avropanın
universitetləri ilə geniş əlaqələri olduğunu
bildirmişdir.
Professor
Haluk Kefelioğlu rəhbərlik etdiyi ali təhsil
müəssisəsinin fəaliyyətindən bəhs etmiş, müasir
dünyada təhsilin mühüm rolunu vurğulamışdır.
Sonra Bakı
Slavyan Universiteti ilə Türkiyənin Ordu
Universiteti arasında əməkdaşlığa dair müqavilə
imzalanmışdır.
Qonaqlar
BSU-nun tədris şəraiti ilə də tanış olmuşlar.
|