Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - �05

 

"Pedaqoji oçerklər: sələflərim və müasirlərim"

 

Azərbaycanda ibtidai təhsil pedaqogikası və metodikası sahəsində korifeylik qazanmış professor Yəhya Kərimovun hələ neçə il əvvəl gənc alim Fərrux Rüstəmov barədə söylədiyi fikir öz təsdiqini tapıb. Doğrudan da, F.Rüstəmov bu gün pedaqoji elmimizin tədqiqi, təbliği, eləcə də bu istiqamətdə mütəxəssis hazırlığı sahəsində birinci sıradadır. Tarixi-elmi dəyərlərə ehtiramla Ə.Seyidov, M.Mehdizadə, M.Muradxanov, H.Əhmədov ənənələrini öyrənib inkişaf etdirərək, pedaqoji fikir və düşüncənin nəzəri məzmunu və təsir-əhatə dairəsini genişləndirmək Fərrux müəllimə nəsib olub.

Müasirlərindən professor Ə.Ağayevin mətbu yazıda etiraf edib vurğuladığı kimi, "Fərrux Rüstəmov Azərbaycanda XX əsr pedaqogikaşünaslığının pioneri olaraq da öndədir".

30-dan artıq kitab və kitabçası, dərslik və dərs vəsaiti, 500 elmi-pedaqoji və publisistik yazısı nəşr və çap olunmuş pedaqoji elmlər doktoru, professor F.Rüstəmov həm də 10 kitab tərtibçisidir, onlarca əsərin elmi redaktorudur.

Azərbaycan pedaqoji fikrinin böyük bir dövrünün, Şərq, Qərb və Türk dünyası pedaqoji fikrinin inkişaf tendensiyalarını, ayrı-ayrı ideya və konsepsiyaların elmi-pedaqoji və tarixi-fəlsəfi şərhini vermiş alim həm də ADPU-nun Pedaqoji fakültəsinin dekanı, İbtidai təhsilin pedaqogikası kafedrasının, "Pedaqoji təhsilin problemləri" elmi-tədqiqat laboratoriyasının müdiri kimi bilik, bacarıq və əməyini əsirgəmir. Qocaman ali məktəbdə fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə dissertasiya şurasının sədr müavinidir. Bu təqdimatın qələmə alınmasının səbəbi budur ki, F.Rüstəmovun fəaliyyəti çoxşaxəlidir. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, akademik M.Mehdizadə, "Gənc alimlər", "Qızıl qələm" mükafatları laureatı olan Fərrux Abbas oğlu həm də pedaqogika və metodika sahəsində məlum olan alimlər haqqında dəyərli, məzmunlu məqalələr müəllifidir.

Professor Fərrux Rüstəmovun "Elm və təhsil" nəşriyyatında (2010) buraxılmış "Pedaqoji oçerklər: sələflərim və müasirlərim" 344 səhifəlik kitabı (elmi redaktorları professor H.Əhmədov, professor İ.İsayev, rəyçilər professorlar R.Əliyev və R.Hüseynzadədir) elm tariximizlə bağlı araşdırmalar aparanlar üçün dəyərli mənbələrdəndir.

Ön sözün müəllifi, professor Ə.Ağayevin qeyd etdiyi kimi, F.Rüstəmovun "Pedaqoji oçerklər: sələflərim və müasirlərim" kitabı xələflərinin və müasirlərinin xidmətlərini oxucusuna təqdim edən dəyərli mənbə və öyrənc dərsliyidir.

"Sələflərim" adlandırılan hissədə Azərbaycan pedaqoji fikrinin görkəmli nümayəndələri - Güney Qafqazda ilk pedaqoji elmlər doktoru Ə.Seyidov, SSRİ PEA-nın akademiki M.Mehdizadə, professorlar M.Muradxanov, B.B.Komarovski, Ə.Həşimov, Y.Talıbov, dosent İ.Vəlixanlı və daha neçə elm və təhsil nümayəndələrinin həyatı və irsi barədə təsəvvür yaradan məzmunlu məqalələr verilmişdir. Dünyasını dəyişmiş bu insanlar haqqında yazılarda müəllifin bir soydaş olaraq dərin ehtiramı, layiqli bir varis olaraq obyektiv dəyərləndirmə yazı üslubu diqqəti cəlb edir. Bu baxımdan dünyasını tez dəyişmiş T. Məmmədov, V.Səmədov, B.Zərbəliyev haqqında qələm məhsulları kövrək motivləri ilə oxucu qəlbində-yaddaşında dərin iz buraxır.

Professor F.Rüstəmov, onu tanıyanların da təsdiq etdiyi kimi, səmimi, xeyirxah və təmənnasız insandır. Üstəlik Fərrux Abbas  oğlu həm də böyük ürək sahibidir: soydaşlarının və həmkarlarının, tanıdıqlarının uğurlarına ürəkdən sevinir, lazım olanda qayğı və köməyini əsirgəməyən bir türk oğludur. Azərbaycanın tanınmış elm-təhsil fədailəri (MEA-nın müxbir üzvü, professor Y.Məmmədov, professor H.Əhmədov, professorlar A.Mehrabov, Y.Kərimov, Ə.Ağayev, Ə.Paşayev, R.Mustafayeva, M.Həsənov, R.Hüseynzadə, İ.İsayev və b.) haqqında qələm məhsulları həmin insanların hər kəsə nümunə ola biləcək həyat yolu, elm sahəsində tarixi xidmətləri barədə yığcam, anlaşıqlı, zəngin informasiyalı oçerklərdir.

Kitabla tanışlıqdan doğan təəssüratlar olduqca zəngin və dərindir. Bunlar ön sözdə aşağıdakı fikirlərlə, demək olar ki, üst-üstə düşür: bu kitabın məziyyətlərindən biri də ayrı-ayrı simaların təqdimatı ilə XX əsrdə və hazırda Azərbaycanda təhsil və təhsil elminin inkişafı üçün edilən cəhdləri, çalışmaları ortaya çıxarması və fərdlərdən ümuminin xeyrinə alınan nəticələri göstərməsidir.

Professor F.Rüstəmovun "Pedaqoji oçerklər: sələflərim və müasirlərim" kitabı təhsil sahəsində çalışanlar, elm tarixçiləri, bakalavr, magistrant və pedaqoji ictimaiyyətin nümayəndələri üçün, sözün həqiqi mənasında, dəyərli ədəbiyyatlardandır. 

Ş.MƏMMƏDOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov