Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - �05

 

Sintaktik təhlil ən yaxşı vasitədir

 

Müasir təhsilin əsas məqsədi təlim-tərbiyə prosesinin səmərəliliyini maksimum artırmaq, müstəqil düşünən, tədris fənlərini dərindən mənimsəyən və aldığı bilikləri tətbiq etməyi bacaran, geniş dünyagörüşə malik şəxsiyyətlər yetirməkdən ibarətdir. Bu isə təhsil sistemində böyük dəyişikliklər etməyi, dünya təhsil sisteminin mütərəqqi təlim metodlarından yaradıcı şəkildə istifadəni tələb edir.

Əgər müəllim hər dərsə yaxşı hazırlaşarsa, təlim metodlarından səmərəli istifadə edərsə, tədris etdiyi fənni şagirdlərə sevdirməyi bacararsa, əlavə mənbələrdən bəhrələnərsə, şagirdlər əldə etdikləri bilikləri praktik işlər zamanı tətbiq edərlərsə, onda təlimin səmərəsindən danışmaq olar.

Bunun üçün elmi hazırlıq da əsasdır.

Tədris zamanı mövzuların şərhində daim diqqətli olmağa və şagirdlərə düzgün məlumat verməyə çalışıram.

Qeyd etdiyim fikirlərin təsdiqi üçün "İsmin təsirlik halı" mövzusunu daha münasib bilirəm. Çünki bəzi hallarda təsirlik halın cümlədə rolu barədə yanlış fikirlərə rast gəlinir. Belə hallarda şagirdlərə izah edirəm ki, təsirlik hal cümlədə vasitəsiz tamamlıq olur. Əlbəttə, bu zaman unutmaq olmaz ki, təsirlik hal yalnız öz sualına cavab verəndə (yəni kimi? nəyi? haranı? və nə?) müəyyən və ya qeyri-müəyyən vasitəsiz tamamlıq olur.

Bu növ tamamlıqlar hərəkətlə bilavasitə bağlı olub, hərəkətin icrası nəticəsində yaranan və yaxud dəyişikliyə uğrayan,  ya da həmin hərəkətin təsirinə məruz qalan obyekti ifadə edir. Azərbaycan dilində xüsusi isimlər, şəxs əvəzlikləri, yer zərfləri və s. həmişə müəyyən məfhum ifadə edir və buna görə də vasitəsiz tamamlıq olanda hər zaman hal şəkilçisi ilə işlənir. Məlumdur ki, zərf adlıq və təsirlik halda isimləşir. Adlıq halda mübtəda, təsirlik halda tamamlıq olur. Şagirdlərə aşağıdakı cümlələri təhlil etdirirəm:

1) Mən Türkiyəni, İranı, Gürcüstanı gəzmişəm.

2) İçərini ələk-vələk elədilər.

Birinci cümlədə xüsusi isimlər, ikinci cümlədə isə zərf vasitəsiz tamamlıq vəzifəsində işlənmişdir. Ancaq belə sözlər bəzi Azərbaycan dili dərsliklərində yer zərfliyi kimi götürülür. Belə məlumatlar şagirdləri çaşdırır.

İsmin təsirlik halı bəzən cümlədə nə zaman sualına cavab verə bilər. Sözsüz ki, zaman mənası bildirəndə təsirlik hal cümlədə zaman zərfliyi olar.

Buna görə də dərs prosesində çalışmalar üzrə iş apararkən məsdər, feli bağlama tərkiblərindən ibarət cümlələr sintaktik təhlil ediləndə şagirdlərə diqqətli olmağı tapşırıram.

Aşağıdakı cümləni təhlil üçün seçirəm:

Vətəni ürəkdən sevmək müqəddəs vəzifəmizdir.

Bu cümlədə təsirlik hal məsdər tərkibinin daxilində qalıb və onunla birlikdə mübtəda vəzifəsindədir. Eləcə də  feli sifət və feli bağlama tərkibləri ilə ifadə olunan cümlələrdə də belə hallar baş verə bilər. Bu zaman sintaktik suala əsaslanmaq lazımdır.

Bir sözlə, vasitəsiz tamamlıqların bir qrupu, göründüyü kimi, hərəkətin maddi məkan münasibətini ifadə edərkən onu cümlədəki zərfliklə qarışdırmaq olmaz. Bu tamamlıqlar lüğəti cəhətdən yer (məkan) məzmunu bildirən isimlər, zərflər və söz birləşmələri ilə ifadə olunur. Çox vaxt belə sözlər gəzmək, dolanmaq, keçmək, dalaşmaq və s. kimi fellərə aid olur.

Məsələn:

1) Çöllərə düşdüyüm o vaxtdan bəri

Dolandım dağları və meşələri.

2) Hər halda şose yolunu keçin.

3) Uzağı görə bilmirəm.

Məktəb təcrübəsində belə hallarla rastlaşılır. Yol verilmiş və texniki xətalar olan belə məlumatları verərkən qeyri-dəqiqlikləri əvvəlcədən aşkara çıxarır, dilimizin incəliklərini dəqiqliklə çatdırmağa çalışıram. Bu işdə sintaktik təhlil ən yaxşı vasitə olur. 

Züleyxa ƏLİYEVA,
Beyləqan rayonu G.Əsədov adına
I Şahsevən kənd 1 nömrəli orta məktəbinin
Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov