Naxçıvan
şəhərindəki Heydər Əliyev adına məktəbdə
şagirdlər üçün maarifləndirici tədbir
keçirilmişdir.
Məktəbin
direktoru Namiq Məmmədov tədbiri açdıqdan sonra
Muxtar Respublika Daxili İşlər Nazirliyinin
əməkdaşı, polis polkovnik-leytenantı Yulət
Əliyev "Sağlam həyat tərzi və məktəblilərin
idmana cəlb olunmasının vacibliyi", Dövlət Yol
Polisi İdarəsinin əməkdaşı, polis mayoru
Ə.Babayev "Məktəbyaşlı uşaqlara piyadaların yol
hərəkəti qaydalarının öyrədilməsi", Təhsil
Nazirliyinin əməkdaşı M.Babayev "Məktəblərdə
keçirilən profilaktiki tədbirlərin əhəmiyyəti"
mövzularında çıxış etmişlər. Qeyd olunmuşdur ki,
məktəblilərin vətənə məhəbbət ruhunda tərbiyə
olunmasında bir sıra vacib amillər nəzərə
alınmalıdır. Bu amillərdən biri uşaqların sağlam
həyat tərzinin təmin olunmasıdır. Bunun üçün
muxtar respublikamızda hər cür şərait
yaradılmışdır. Məktəbdənkənar tərbiyə
müəssisələri bu məsələnin həllində mühüm rol
oynayır. Şagirdlərin müxtəlif sahələr üzrə
biliklərinin artırılması, bacarıq və
qabiliyyətlərinin inkişaf etdirilməsi, idmanın
müxtəlif növləri ilə məşğul olmaları üçün
yaradılan şərait yüksək səviyyədədir. Əgər bu
imkanlardan yetərincə istifadə edilsə, onların
asudə vaxtı səmərəli təşkil olunar, məktəblilər
arasında hüquqazidd hərəkətlərə yol verilməz.
Yol hərəkəti
qaydaları ilə bağlı şagirdləri maraqlandıran
suallar cavablandırılmışdır.
Belə
tədbirlərin böyük əhəmiyyəti olduğu üçün
gələcəkdə də davam etdirilməsi nəzərdə
tutulmuşdur.
AzərTAc |