Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - 05

 

Gənc istedadlar

Musiqi ilə rənglərin harmoniyası

 

Azərbaycanda musiqi ifaçılığının digər növləri kimi klarnet sənəti də böyük bir tarixi yol keçib. Bu sənətin Şəmsi İmanov, Vəli Qədimov kimi peşəkarları olub ki, zaman keçdikcə onların ardıcılları yetişib. Sevindirici haldır ki, bu məktəbi təmsil edən gənc ifaçılar sələflərinin yolunu layiqincə davam etdirirlər. Belə ki, öz ifa üslubları ilə həm milli koloriti qoruya bilir, həm də klassik  üslubları çox düzgün mənimsəyirlər. Odur ki, Azərbaycan ifaçıları dünyanın hansı ölkəsində çıxış etsələr, vətənə uğurla qayıdırlar.  Haqqında söhbət açacağımız Səddam Novruzbəyovu başqa ifaçılardan fərqləndirən əsas amil isə onun həm də rəssam olmasıdır. İncəsənətin həm musiqi, həm də rəssamlıq sahələrini öz yaradıcılığında birləşdirən Səddam  istedadlı ifaçılardan biridir.

Səddam hələ 3 yaşı olarkən qeyri-adi musiqi duyumu və çəkdiyi rəsmlərlə yaşıdlarından fərqlənirdi. Çox keçmir ki, 5 yaşlı Səddam Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Uşaq dünyası" rəsm qalereyasının təşkil etdiyi müsabiqələrin fəal iştirakçılarından birinə çevrilir. 2002-ci ildə Səttar Bəhlulzadə adına sərgi salonunda ilk fərdi sərgisi  keçirilən Səddamın nümayiş etdirdiyi əsərlər iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir. Görkəmli sənətkarımız Polad Bülbüloğlu sərgidəki əsərlərdən böyük zövq aldığını və rəsmlərdə dərin fəlsəfi fikirlərin olduğunu nəzərə çatdırmışdır. 2003-cü ildə "Raskras Sayt Yukos", 2004-cü ildə isə Avstriya Hava Yolları, Britaniya səfirliyi, MEXX və Rəssamlar İttifaqının birgə layihəsi ilə keçirilən "Bakı gələcəkdə" adlı rəsm müsabiqələrində I yerə layiq görülən Səddamın əsərləri xeyriyyə məqsədilə satılmış, əldə olunan vəsaitdən uşaq evlərinə ərzaq və geyim alınmışdır. Həyatını vətənə, millətə qurban verməyə hazır olan və dövlətimizin bayrağını daim ucalarda görmək istəyən Səddam öz gizli dünyası ilə ancaq boyalar və fırça vasitəsilə paylaşır.

Musiqi sahəsində ilk addımlarını Bülbül adına Orta İxtisas Musiqi Məktəbində atan Səddam hazırda Bakı Musiqi Akademiyasının IV kursunda klarnet ixtisası üzrə təhsil alır. Klassik və sərbəst caz improvizasiyalarına üstünlük verən Səddamın ifası respublikamızın görkəmli musiqiçiləri tərəfindən yüksək qiymətləndirilir. Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Dövlət Gənclər Simfonik Orkestrinin solisti olan Səddam Fransada YUNESKO-nun konsert zalında keçirilən tədbirdə orkestrin tərkibində çıxış etmişdir. Bundan başqa, Səddam həmin orkestr ilə Belçika, Almaniya, İtaliya və İsveçdə qastrol səfərlərində olmuş, ölkəmizi layiqincə təmsil etmişdir.

Səddamın dediklərindən: "İlk musiqi təhsilimi Fikrət Əmirov adına 6 nömrəli incəsənət məktəbində almışam. Məktəbin direktoru Nəriman müəllim fərqli istedadımı görərək mənə klarnet alətinin ifaçısı olmağı məsləhət gördü. İlk vaxtlar klarnetə həvəs göstərməsəm də indi sevinirəm ki, bu seçimi qəbul etmişəm. İllər keçdikcə klarnetə sonsuz marağım və həvəsim məni Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə gətirdi. Sənətin sirlərini daha dərindən öyrənmək və professional olmağı qarşıma məqsəd qoymuşdum. Bunun üçün var gücümlə çalışırdım. Mənim bu səviyyəyə gəlib çatmağımda müəllimlərimin rolu və zəhməti danılmazdır. Klarnet müəllimim Əziz Qarayusiflinin adını isə xüsusilə vurğulamaq istəyirəm. Klassik musiqiyə həvəsi, ifa manerasını, alətin incəliklərini mənə aşılamaqda onun böyük zəhməti olmuşdur. Hər səhnəyə çıxışım zamanı mənimlə bərabər, bəlkə də məndən çox həyəcan keçirən Əziz müəllimin məsləhətlərinə qulaq asıram. Onun göstərdiyi diqqət və qayğı məni daha da ruhlandırır, ciddi çalışmağa, məsuliyyətli olmağa təhrik edir. Bilirsiniz, bu sənətdə istedadla bərabər, çoxlu əmək sərf etmək vacib amillərdəndir. Bəlkə də rəssamlıqda mənim üçün çalışmaq, əmək sərf etmək musiqidəki  qədər çətin deyil. Hərdən xəyala dalıram və "hansı sənəti daha çox sevirəm" deyə düşünürəm". Lakin bunu seçə bilmirəm. Həm rəssamlıq, həm də musiqi həyatımın ayrılmaz hissələridir. Klarnet ilə demək olar ki, hər gün məşğul oluram və bu mənim işimdir. Lakin vaxtla əlaqədar hərdən rəsm çəkmək mümkün olmur. Həmin vaxtlar elə bilirəm ki, məndə nəsə çatmır. Bu boşluğu doldurmaq üçün az müddət də olsa rəngli fırçaları əlimə alır, qəlbimdən keçənləri kağız üzərinə köçürürəm. Ən çox sevdiyim payız fəslidir və bu fəsli təsvir etməkdən çox zövq alıram.  

Yaşıdlarıma dövlətimizin yaratdığı imkanlardan maksimum dərəcədə istifadə etməyi və dövlətçilik naminə var gücləri ilə çalışmağı tövsiyə edərdim. Mən inanıram ki, bugünkü gənclik sağlam düşüncəlidir və gələcəyə ümidlərlə baxır. Sonda bizə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və YUNESKO-nun  və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya  xüsusi minnətdarlığımı bildirirəm".

Müəllimi Əziz Qarayusiflinin dediklərindən: "Səddamla görüşdüyümüz ilk gündə o mənə çəkdiyi şəkillər və iştirak etdiyi sərgilər haqqında həvəslə danışdı. Onun danışığından hiss olunurdu ki, hələ gənc olmasına baxmayaraq, yaradıcılığa və sənətə böyük diqqət yetirir, sərbəst və məntiqli fikirlər yürüdür. Səddamı dinlədikdə bu sadə, uşaqqəlbli və bir az da dalğın gəncin rəssamlığa sonsuz həvəsini duydum. Bir anlığa qəlbimdən elə bir hiss keçdi ki, onunla işləmək mənim üçün bir az çətin olar. Çünki rəsm çəkərkən nə qədər azad, sərbəst, özünə qapanırsansa, musiqidə bir o qədər dəqiq və ciddi olmaq tələb olunur. Lakin fikirləşdiyimin tam əksinə olaraq nəticə gözlənilməz oldu. Klassik musiqiyə həvəs, improvizə bacarığı, texnikası və öz üzərində ciddi çalışmaq vərdişləri onunla işləməyi asanlaşdırdı. Səddam xüsusi istedada malik olan çalışqan gənclərimizdəndir. Onu da qeyd edim ki, Səddamın Dövlət Gənclər Simfonik Orkestrində  çıxış etməsi və bir çox ölkələrdə qastrol səfərlərində olması onun üçün vacib şərtlərdəndir. Çünki dünya musiqi aləmi ilə canlı şəkildə və yaxından tanış olur. Bu, onun üçün əlavə stimuldur. Ona bu çətin və şərəfli sənət  yolunda uğurlar arzulayıram. Ümid edirəm ki, Səddam istər respublikamızda, istərsə  də beynəlxalq aləmdə öz dəst-xətti ilə tanınan musiqiçi olacaq".

Bəli, biz də Əziz müəllimin arzularına şərik çıxır və inanırıq ki, Səddam və onun kimi gənclər milli musiqimizi, zəngin mədəni irsimizi dünyada  layiqincə nümayiş etdirəcəklər. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov