Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - �05

 

Monitorinq və qiymətləndirmə

Şirvan şəhəri  ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili

 

Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında Şirvan şəhəri ümumtəhsil məktəblərinin keyfiyyət göstəricilərinə görə nəticələri, bu nəticələrin keçən il ilə müqayisəli təhlili, keyfiyyət və müvəffəqiyyət göstəricilərinin qarşılıqlı vəziyyəti, müxtəlif fənlərin mənimsənilmə səviyyəsi araşdırılmışdır.

2009-2010-cu dərs ilində Şirvan şəhərinin 14 tam orta ümumtəhsil məktəbinin XI siniflərində 748 şagird təhsil almışdır. Onların 703-ü (93,98%) buraxılış imtahanlarında iştirak etmiş və 635 nəfəri (84,89%) yekun nəticəyə görə attestat almışdır. Buraxılış imtahanlarında iştirak edən 703 şagirddən  388 nəfəri oğlan, 315 nəfəri isə qızdır. Şagirdlərin 664-ü Azərbaycan, 39 nəfəri isə rus bölməsinin şagirdidir. Şəhər üzrə səkkiz nəfər şagird (2, 9, 16, 18, 20 nömrəli ümumtəhsil məktəblərinin hərəsindən bir, 10 nömrəli məktəbdən isə üç nəfər) bütün fənlərdən "beş" qiymət almışdır. Yalnız bir nəfər şagird (20 nömrəli məktəbdən) bütün fənlərdən "iki" qiymət almışdır.

Şirvan şəhərinin səkkiz fənn üzrə göstəricilərinin respublika üzrə göstəricilərlə müqayisəsi aşağıdakı diaqramdan aydın görünür.

 

Göründüyü kimi, ana dilindən başqa bütün  fənlərdən keyfiyyət göstəriciləri respublika üzrə keyfiyyət göstəricilərindən yüksəkdir.

2008-2009 və 2009-2010-cu dərs illərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında səkkiz fənn üzrə Şirvan şəhər ümumtəhsil məktəblərinin keyfiyyət göstəricilərinin müqayisəli təhlili aşağıdakı diaqramda verilmişdir:

Yalnız ana dili fənnindən qismən (0,39%) geriləmə müşahidə olunur, əksinə qalan bütün fənlərdən isə keyfiyyət göstəricilərində müəyyən yüksəlişin olduğu nəzərə çarpır. Ümumilikdə Şirvan şəhəri üzrə yekun keyfiyyət göstəricisi 2008-2009-cu dərs ilinə nisbətən  5,75% artmışdır. 

2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında fənlər üzrə yekun keyfiyyət göstəriciləri

Fənlər üzrə yekun göstəricilərə nəzər saldıqda Şirvan şəhərində Azərbaycan tarixi, fizika və coğrafiya fənlərinin digər fənlərə nisbətən daha yaxşı tədris olunduğu müşahidə olunur. Məktəblərin vəziyyətinə gəldikdə isə Azərbaycan tarixi, xarici dil fənlərindən 9 məktəbin (64,29%), coğrafiya, riyaziyyat, fizika fənlərindən 8 məktəbin (57,14%), biologiya, ana dili və kimya fənlərindən 7 məktəbin (50,00%)  keyfiyyət göstəricisi şəhər üzrə keyfiyyət göstəricisindən yüksəkdir.

Şirvan şəhərinin tam orta ümumtəhsil məktəblərinin buraxılış imtahanlarının nəticələrinə görə keyfiyyət və reytinq göstəricilərinin müqayisəli təhlili aşağıdakı cədvəldə verilmişdir:

  (Cədvəli yüklə)

Cədvəldən göründüyü kimi, Şirvan şəhər 11 və 13 nömrəli ümumtəhsil məktəbləri reytinq cədvəlinə uyğun olaraq 8 və 9-cu yerləri tutduqları halda, keyfiyyət cədvəlində həmin məktəblər müvafiq olaraq 4 və 5-ci yerləri tuturlar. Bu isə o deməkdir ki, həmin məktəblərin şagirdləri daha çox suala düzgün cavab verərək yüksək qiymətlər alıblar. Əksinə,  Şirvan şəhər 1 və 2 nömrəli ümumtəhsil məktəbləri reytinq cədvəlinə uyğun olaraq, 3 və 6-cı yerləri tutmalarına baxmayaraq, keyfiyyət cədvəlində həmin məktəblər müvafiq olaraq 8 və 9-cu yerləri tuturlar.

Keyfiyyət göstəricisinə görə məktəblərin sıralanmasında ilk və son iki yeri tutan məktəblərin göstəriciləri  aşağıdakı kimidir:

Şirvan şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbində 26 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 14,96 suala  (59,85%), riyaziyyatdan 16,00 suala  (64,00%), Azərbaycan tarixindən 9,65 suala  (64,36%), fizikadan 6,50 suala (65,00%), kimyadan 6,23 suala  (62,31%), biologiyadan 6,96 suala  (69,62%), coğrafiyadan 6,69 suala  (66,92%), xarici dildən isə 6,96 suala  (46,41%) düzgün cavab vermişdir.

Şirvan şəhər 21 nömrəli tam orta ümumtəhsil məktəbindən 53 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 14,26 suala  (57,06%), riyaziyyatdan 15,74 suala  (62,94%), Azərbaycan tarixindən 10,08 suala  (67,17%), fizikadan 6,28 suala (62,83%), kimyadan 6,26 suala  (62,64%), biologiyadan 6,58 suala  (65,85%), coğrafiyadan 6,58 suala  (65,85%), xarici dildən isə 7,06 suala  (47,04%) düzgün cavab vermişdir.

Şirvan şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbindən 45 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 8,33 suala (33,33%), riyaziyyatdan 10,76 suala  (43,02%), Azərbaycan tarixindən 6,82 suala  (45,48%), fizikadan 4,51 suala  (45,11%), kimyadan 4,53 suala (45,33%), biologiyadan 3,98 suala  (39,78%), coğrafiyadan 4,11 suala  (41,11%), xarici dildən isə 4,24 suala (28,30%) düzgün cavab vermişdir.

Şirvan şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbindən 23 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 6,70 suala  (26,78%), riyaziyyatdan 8,87 suala  (35,48%), Azərbaycan tarixindən 4,61 suala  (30,72%), fizikadan 3,70 suala (36,96%), kimyadan 3,22 suala  (32,17%), biologiyadan 3,30 suala  (33,04%), coğrafiyadan 2,57 suala  (25,65%), xarici dildən isə 4,22 suala  (28,12%) düzgün cavab vermişdir. Məktəblərin 8 fənn üzrə göstəricilərinin şəhərin göstəriciləri ilə müqayisəli təhlili aşağıdakı qrafiklərdən  daha aydın görünür.

Şirvan şəhəri və Şirvan şəhər 9 nömrəli ümumtəhsil məktəbinin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Şirvan şəhəri və Şirvan şəhər 21 nömrəli ümumtəhsil məktəbinin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Şirvan şəhəri və Şirvan şəhər  4 nömrəli ümumtəhsil məktəbinin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Şirvan şəhəri və Şirvan şəhər 12 nömrəli ümumtəhsil  məktəbinin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Şirvan şəhər ümumtəhsil məktəblərində 8 fənnin əlamətlər üzrə keyfiyyət göstəriciləri

Cədvəldən göründüyü kimi, şəhər üzrə orta statistik şagird ana dili fənnindən sualların 50,08%-nə düzgün cavab vermişdir. Qızların düzgün cavabları 51,77%, Azərbaycan bölməsinin düzgün cavabları isə 50,46% olmuşdur, bu da şəhər üzrə göstəricidən yuxarıdır. Azərbaycan və rus bölmələrinin, eləcə də oğlanlar ilə qızların keyfiyyət göstəricilərinin müqayisəsi aşağıdakı diaqramlardan daha aydın görünür.

Oğlanların və qızların səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəsi

2008-2009 və 2009-2010-cu dərs illərində səkkiz fənni qiymətlər üzrə müqayisə etdikdə bütün fənlərdən "2" qiymət alanların faiz göstəricisinin aşağı düşdüyünü müşahidə edirik. "2" qiymət alanların sayı ana dilindən 3,30%, riyaziyyatdan 10,68%, Azərbaycan tarixindən 5,65%, fizikadan 4,96%, kimyadan 3,76%, biologiyadan 4,49%, coğrafiyadan 0,93% və xarici dildən 6,93% azalmışdır. Ümumiyyətlə, 2008-2009-cu dərs ilində 890 şagirddən 849 nəfəri imtahanlarda iştirak etmiş və bunlardan 515-i, yəni 60,66%-i, 2009-2010-cu dərs ilində isə 748 şagirddən 703  nəfəri imtahanlarda iştirak etmiş və bunlardan 496-sı, yəni 70,55%-i müvəffəqiyyət qazanmışdır. Son nəticədə 2008-2009-cu dərs ili ilə müqayisədə Şirvan şəhəri üzrə müvəffəqiyyət faizinin 9,89% artdığını görürük. Aşağıdakı cədvəlin köməyi ilə digər qiymətlərə görə də iki ilin müqayisəli təhlilini aparmaq olar.

  (Cədvəli yüklə)

Təhsil Nazirliyinin Monitorinq
və qiymətləndirmə şöbəsi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov