Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Fevral 2011 - �06

 

 Qərarın elan olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarını elan edirəm:

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.22-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

A.RASİZADƏ,
Azərbaycan Respublikasının Baş naziri"
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin tətbiqi ilə əlaqədar 

ƏMR EDİRƏM: 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi" rəhbərlik və icra üçün qəbul edilsin.

2. Ümumtəhsil məktəblərinin direktorlarına tapşırılsın ki, 1 (bir) ay müddətində Nümunəvi Nizamnaməyə uyğun olaraq rəhbərlik etdikləri təhsil müəssisələrinin fərdi nizamnaməsini hazırlayıb təsdiq və qanunvericiliklə müəyyən olunmuş qaydada Ədliyyə Nazirliyinin müvafiq qurumunda qeydiyyata alınmasını həyata keçirmək üçün Təhsil Nazirliyinə təqdim etsinlər.

3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində yerləşən bütün ümumtəhsil məktəblərinin direktorları:

3.1. "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin pedaqoji kollektivlərdə ətraflı öyrənilməsini, Nümunəvi Nizamnamə ilə valideynlərin yaxından tanış olmalarını təmin etsinlər.

3.2. Ümumtəhsil məktəblərinin bütün istiqamətlər üzrə fəaliyyətinin fərdi nizamnamələrindən, habelə bu Nümunəvi Nizamnamədən irəli gələn müddəa və tələblər əsasında qurulmasına müntəzəm nəzarət etsinlər.

4. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov) 2 həftə müddətinə Nümunəvi Nizamnamənin müddəalarının həyata keçirilməsi istiqamətləri barədə izah xarakterli təlimati məktub hazırlayıb rəhbərliyə təqdim etsin.

5. Nümunəvi Nizamnamənin 13 yanvar 2011-ci il tarixdən qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 12 mart tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi" qüvvədən düşmüş hesab olunsun.

6. İctimaiyyətlə əlaqə şöbəsi  (B.Hüseynzadə) əmrin əlavəsi ilə birlikdə "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

7. Ümumi şöbə (H.Məmmədova) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb yerlərə göndərilməsini təşkil etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
10 fevral 2011-ci il

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov