Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Fevral 2011 - 06

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunun Çeyildağ qəsəbəsində yeni məktəb binası istifadəyə verilib

 

Fevralın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunun Çeyildağ qəsəbəsində yeni məktəb binası istifadəyə verilmişdir.

AzərTAc xəbər verir ki, şəhid Səyavuş Muradov adına 224 nömrəli məktəbin yeni binasının açılış mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, məktəbin müəllim və şagird kollektivləri, qəsəbə sakinləri iştirak etmişlər.

Məktəbin direktoru Nüsrət Hüseynov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın bilavasitə diqqəti və qayğısı ilə ölkədə yeni elm, təhsil, səhiyyə, mədəniyyət mərkəzlərinin istifadəyə verilməsinin artıq ənənəyə çevrildiyini qeyd etmişdir. Bildirilmişdir ki, rayon mərkəzindən 70 kilometr məsafədə yerləşən Çeyildağ qəsəbəsində ən müasir tələblərə cavab verən məktəbin inşası Mehriban xanım Əliyevanın qəsəbə sakinlərinə bilavasitə diqqət və qayğısının  bariz nümunəsidir.

Qeyd edilmişdir ki, 137 şagirdin təhsil aldığı, 12 müəllimin çalışdığı 224 nömrəli orta məktəbin yerləşdiyi əvvəlki bina ötən əsrin 40-cı illərində tikilmiş, sonradan məktəb üçün uyğunlaşdırılmış fin otaqlardan ibarət idi. Fondun təşəbbüsü ilə inşa olunmuş, ən müasir tələblərə cavab verən məktəb 180 şagird üçün nəzərdə tutulmuşdur. Məktəbdə 9 sinif otağı, o cümlədən kimya və fizika fənləri üzrə kabinetlər, kompüter otağı, laboratoriya, Azərbaycan ədəbiyyatının, tarixinin, mədəniyyətinin əks olunduğu kitablardan ibarət müasir kitabxana vardır. Məktəbin foyesində yaradılmış stenddə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı ömrü və zəngin fəaliyyəti əks olunmuşdur.

Bildirilmişdir ki, məktəbin həyətində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Səyavuş Muradovun büstü ucaldılmış, şagirdlərin istirahəti üçün futbol və basketbol meydançası inşa olunmuşdur.

Müasir istilik sistemi ilə təchiz edilmiş məktəbin qazanxanası, 25 tonluq su çəni vardır. Həyətyanı sahədə abadlıq işləri aparılmış, asfalt salınmış, ağaclar əkilmişdir.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın salamlarını və təbriklərini qəsəbə sakinlərinə, məktəbin müəllimlərinə və şagirdlərinə çatdırmışdır. Bildirmişdir ki, Fond yarandığı gündən etibarən Azərbaycanda uşaq evlərinin, internat-məktəblərin, səhiyyə, təhsil ocaqlarının bərpası və tikintisi, eləcə də uşaqların yeni biliklərə yiyələnməsi üçün dərnəklərin, muzeylərin inşası baxımından mühüm tədbirlər həyata keçirir. Fondun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində indiyədək ölkəmizdə 370 məktəb inşa olunmuşdur. Bu məktəblərdə 100 minədək şagird təhsil alır. Həmin layihə çərçivəsində inşa olunmuş bu məktəbdə şagirdlərin təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılmışdır. Ümid edirik ki, yeni məktəb şagirdlərin yüksək təhsilə yiyələnərək cəmiyyətimizin ən fəal üzvləri olmasına kömək edəcəkdir.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da qəsəbə sakinlərini bu əlamətdar gün münasibətilə təbrik etmişdir.

Yeni məktəb binasının rəmzi açılışını bildirən lent kəsildikdən sonra mərasim iştirakçıları məktəbdə yaradılmış şəraitlə yaxından tanış olmuşlar.

Müəllimlərdən Ruqiyyə Şahverdiyeva, Aydın İsrafilov, məktəbin adını daşıdığı şəhid Səyavuş Muradovun anası Nailə Muradova, şagirdlər və sakinlər ucqar Çeyildağ qəsəbəsində bütün zəruri avadanlıqla təmin edilmiş yeni məktəbin istifadəyə verilməsini Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qəsəbə sakinlərinə bilavasitə diqqət və qayğısının göstəricisi kimi qiymətləndirmiş, bu gözəl hədiyyəyə görə minnətdarlıqlarını bildirmişlər.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Heydər Əliyev Fondu" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov