Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Fevral 2011 - �06

 

Fevralın 9-da təhsil naziri Misir Mərdanov Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetinin professoru, "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi"nin Almaniya üzrə meneceri Herbert Strobel, layihə üzrə məsləhətçi Rudiger Heininq və layihə üzrə köməkçi Marian Strobellə görüşüb.

 

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıb. Bu işin hazırda da davam etdirildiyini nəzərə çatdıran Misir Mərdanov "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi"ni yüksək dəyərləndirərək bununla bağlı Təhsil Nazirliyi tərəfindən lazımi dəstək göstəriləcəyini bildirib.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsinin uğurla yekunlaşdığını qonaqların diqqətinə çatdıran təhsil naziri yeni layihənin  ölkəmizdə kənd təsərrüfatı sahəsində kadr hazırlığı işinin təkmilləşdirilməsinə layiqli töhfə verəcəyinə əminliyini ifadə edib. Nazir bildirib ki, layihənin həyata keçirilməsi üçün müvafiq müəssisə seçilməli, həmin müəssisədə nəzərdə tutulan işlərin reallaşdırılması məqsədilə lazımi şərait yaradılmalıdır. Təhsil naziri, həmçinin ölkəmizin bir neçə ilk peşə-ixtisas təhsili müəssisəsində bu istiqamətdə iş aparılması təklifi ilə çıxış edib.

Görüşdə layihənin başlanması məqsədilə müqavilə şərtlərinin müəyyənləşdirilməsi, cari ilin iyulunadək müqavilənin bağlanılmasının nəzərdə tutulduğu və bununla bağlı müvafiq qurumlarla birgə iş aparılması barədə fikirlər səsləndirilib.

Təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün təşəkkür edən "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi"nin Almaniya üzrə meneceri Herbert Strobel öncə ötən gün keçirilmiş "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsinin yekun konfransını yüksək dəyərləndirib.

"Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi" üzrə məsul qurumlarla birgə görüləcək işlərdən danışan qonaq bildirib ki, kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlığı sisteminin təkmilləşdirilməsi ilə əlaqədar sənədin hazırlanması, müəllim hazırlığının təmin edilməsi və əmək bazarının tələbatının öyrənilməsi bu layihədə nəzərdə tutulan əsas tədbirlərdəndir. Herbert Strobel Gəncə şəhərində bununla bağlı müvafiq treninqlərin keçirildiyini nəzərə çatdırıb.

Daha sonra qeyd edilib ki, 4 alt-komponentdən ibarət olan "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi" üzrə müqavilə sənədinin ilkin olaraq martın 15-dək hazırlanması nəzərdə tutulur.

Görüşdə peşə təhsilinin vəziyyəti ilə yaxından tanışlıq məqsədilə Almaniyaya təlim səfərlərinin təşkili və layihənin uğurla həyata keçirilməsi üçün bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov