Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Fevral 2011 - �06

 

Strateji  planlaşdırma mexanizmi və onun tətbiqi

 

İdarəetmə sahəsində təhsilin keyfiyyətinin yüksəldilməsinə təsir göstərən amilləri öyrənmək və onları düzgün planlaşdıraraq inkişafa gedən yolun - strategiyanın dəqiq müəyyənləşdirilməsini təmin etmək aktual problem kimi qarşıya qoyulur. Ümumiyyətlə, təhsildə keyfiyyət dedikdə təhsilin keyfiyyətinin məzmunu, idarə olunması, monitorinqi, qiymətləndirilməsi, keyfiyyətə nəzarət amilləri ilə yanaşı "keyfiyyətin planlaşdırılması" kimi də başa düşülməlidir. Təbii ki, keyfiyyət öz-özünə yaranmır, o planlaşdırılmalıdır. Bu məqsədlə qeyd etmək istərdik ki, həm sovet dövründə, həm də müasir müstəqillik dövrümüzdə təhsildə idarəetmə sisteminin ilkin funksiyalarından sayılan planlaşdırma anlayışı öz yerini tutmuşdur. Təhsilin keyfiyyətinin planlaşdırılması təhsil sahəsindəki fəaliyyətin ümumi planlaşdırılmasının tərkib hissəsidir.

Təhsil sistemində planlaşdırma cari və perspektiv planlaşdırma mərhələlərinə bölünür. Əgər cari strategiya düzgün planlaşdırılmırsa, müsbət nəticələr əldə etmək mümkün olmur. Bu baxımdan, təhsil sistemində aparılan islahatların strateji istiqamətlərindən biri də təhsilin idarə olunması sahəsində yeni model və mexanizmlərin tətbiqidir. Bununla əlaqədar başlıca vəzifə inkişaf etmiş ölkələrin təhsili idarəetmə təcrübəsini öyrənməklə ölkəmizdə müasir idarəetmə sisteminə, xüsusən də, "strateji planlaşdırma" mexanizminə keçilməsinə nail olmaqdır. Strateji planlaşdırma mexanizmi təhsil sistemində səmərəli idarəetmə üçün real zəmin yaradır. 

Strateji planlaşdırma anlayışını izah etməzdən əvvəl "strategiya"nın nə olduğunu bilmək məqsədəmüvafiqdir. Strategiya təşkilatın məqsədlərinə çatması üçün ətraflı hazırlanmış kompleks plan, gözlənilən nəticələrə doğru istiqamətlənmiş hərəkətdir. Eyni zamanda strategiya müəyyənləşdirildikdən sonra mütləq planlaşdırılmalıdır.

Planlaşdırma müəyyən müddət ərzində nəzərdə tutulan nəticələrin əldə edilməsinə yönəldilmiş fəaliyyətin müəyyənləşdirilməsi prosesidir.

Strateji planlaşdırma isə təşkilatın fəaliyyətinin səmərəliliyini daha da artırır, təşkilatın gələcək fəaliyyət istiqamətlərini (strateji istiqamətləri) və uzunmüddətli məqsədlərini müəyyənləşdirir. Strateji planlaşdırma həmin məqsədlərə nail olmaq üçün tədbirləri, ayrılan büdcə hesabına inkişaf üçün xərclərin necə sərf edilməsini müvafiq qaydada müəyyən edir, müntəzəm olaraq fəaliyyətin qiymətləndirilməsinə imkan yaradır.

Strateji planlaşdırmanın missiyası təşkilatın gələcəyini əks etdirməklə yanaşı onun prioritetlərini, uzunmüddətli məqsədlərini və həmin məqsədlərə nail olmaq üçün tədbirləri müəyyənləşdirmək, bir sıra müvafiq proqramları yenidən hazırlamaq, onları təkmilləşdirmək, idarəetməni, əməkdaşlığı inkişaf etdirmək, təşkilatın inkişafını dəyərləndirmək və həmin təşkilatda yenilikləri, dəyişiklikləri yüksək səviyyədə təmin etməkdir. Bu baxımdan qeyd etmək lazımdır ki, strateji planlaşdırma mexanizminin tətbiq olunması idarəetmə sisteminin təkmilləşdirilməsi üçün vacib hesab olunur.

Strateji planlaşdırma mexanizmi cari vəziyyətin, perspektivlərin və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, idarəetmə sisteminin və planlaşdırmanın təkmilləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyaları vasitələrindən səmərəli istifadə edilməsi, tədqiqat işlərinin aparılması və inkişaf etdirilməsi, təşkilatda iş sisteminin effektiv qurulması, koordinasiya edilməsi və nəzarətin həyata keçirilməsi, təşkilatın fəaliyyətinin müəyyən indikatorlar vasitəsilə qiymətləndirilməsi məqsədilə tətbiq olunur.

Strateji planlaşdırma prosesi hər hansı təhsil müəssisəsinin ümumi səbəb və məqsədini (missiyasını), inkişaf istiqamətlərini (dəyərləri, perspektivləri və məqsədləri) müəyyənləşdirməklə həyata keçirilir, həmin müəssisədə digər əsas funksiyalara, xüsusilə bir sıra proqram və resursların planlaşdırılmasına olan tələbatı təmin edir. Belə ki, əgər strateji planlaşdırma səmərəli həyata keçirilmirsə, təşkilat arzuolunan nəticəni əldə etmir.

Bu mexanizmin tətbiqi zamanı cari vəziyyətlə bərabər uzunmüddətli məqsədlər, perspektivlər müəyyənləşdirilir, monitorinq və qiymətləndirməyə imkan verilir və hesabatvermənin təşkilinə zəmin yaradılır. Strateji planlaşdırma təhsil müəssisələrinin fəaliyyətinin inkişafı üçün çox faydalıdır və fəaliyyətin planlaşdırılması üçün uzunmüddətli baza yaradır. Fəaliyyətin perspektiv planlaşdırılması ondan ibarət olmalıdır ki, gələcəkdə əldə olunacaq nəticələrə verilən tələblər perspektiv nöqteyi-nəzərdən müəyyənləşdirilməli, planlarda arzu olunan nəticələr öz əksini tapmalıdır.

Strateji planlaşdırma yerli idarəetmə orqanları və təhsil müəssisələrinin struktur bölmələrində planlaşdırma işlərini aparmaq məqsədilə baza formalaşdırır və gələcəkdə təhsilin necə təşkil olunacağını müəyyənləşdirir. Təhsil sahəsində bu proses təşkilatın ətraf mühit ilə qarşılıqlı əlaqələrini aşkar edir, ehtimal olunan problemləri təhlil edərək müəyyən qərarlar çıxarmağa imkan verir.

Strateji planlaşdırma bir sıra məqsəd və vəzifələrə xidmət edir ki, onlar da aşağıdakı kimi ümumiləşdirilə bilər.

Belə ki, strateji planlaşdırma məqsəd və vəzifələrin təşkilatın struktur bölmələri ilə əlaqələndirilməsi, hər bir şəxsin fəaliyyəti və yüksək nailiyyətin əldə olunması üçün zəmin yaradılması, səmərəliliyin və keyfiyyətin artırılmasının təmin edilməsi, təşkilatda rəhbərlik, struktur bölmə rəhbərləri və işçilər arasında səmərəli əməkdaşlığın yaradılması, müəyyən məsələlərlə bağlı işçi qrupların yaradılmasını və onların fəaliyyətinin təmin edilməsini, səmərəlilik və keyfiyyətlilik nəticəsində fəaliyyətin məhsuldarlığının artırılması kimi məqsədlərə, eyni zamanda təşkilatın ümumi məqsədlərinin, vəzifə və funksiyalarının müəyyənləşdirilməsi, təqdim olunan hesabatların və təkliflərin ümumiləşdirilməsi, nəzərdən keçirilməsi və qiymətləndirilməsi, inkişaf proqramlarının yerinə yetirilməsi, təşkilatın şəraiti və işçi heyətinin inkişafının qiymətləndirilməsi prosesinin həyata keçirilməsi, məktəb-valideyn fəaliyyətinin səmərəli həyata keçirilməsi məqsədilə valideynlərin işçi qruplarının işinə cəlb edilməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yönəldilmiş təşkilati-pedaqoji tədbirlərin planlaşdırılması, müəyyən edilmiş idarəetmə nəticələrinə əsaslanaraq siyasətin yerinə yetirilməsinin monitorinqi və qiymətləndirilməsi prosesinin həyata keçirilməsi, idarəetmə sistemində çalışan əməkdaşların fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, büdcə vəsaitindən istifadənin nəzərə alınması və idarəetmə sahəsində həyata keçirilən tədbirlər üçün geniş imkanların yaradılması kimi vəzifələrə xidmət edir.

Strateji planlaşdırma sahəsində aparılan bir sıra aparıcı strateji istiqamətlər də vardır ki, həmin istiqamətlər aşağıdakı kimi həyata keçirilir:

1. Təşkilatın fəaliyyət istiqamətini və gözlənilən nəticələrini müəyyənləşdirmək üçün illik fəaliyyət planının hazırlanması;

2. Təşkilatda çalışan işçilərin birgə fəaliyyət göstərməsinə zəmin yaradılması;

3. Təşkilat haqqında ictimai rəyin formalaşdırılması;

4. Təşkilatın infrastrukturunun təşkilinin müasir tələblər səviyyəsində nəzərdə tutulması;

5. Təşkilatın güclü və zəif cəhətlərini, imkan və risklərini müəyyənləşdirmək üçün imkanın yaradılması.

Yuxarıda qeyd olunan məqsəd və vəzifələr, strateji istiqamətlər təhsil sisteminə daxil olan ayrı-ayrı pillələr üçün spesifikdir, yəni təhsil müəssisələrində strateji planlaşdırmaya aid olan istiqamətlər daha dəqiq (spesifikaya uyğun) müəyyənləşdirilməlidir.

Strateji planlaşdırma prosesində nəzərdə tutulan mühüm məsələlərdən biri də büdcə planlaşdırılmasının həyata keçirilməsidir. Strateji planlaşdırma ilə büdcənin idarə olunması arasında sıx əlaqə vardır. Hər hansı təhsil müəssisəsində strateji planlaşdırma prosesi həyata keçirilərkən həmin müəssisənin məqsədləri büdcənin planlaşdırılmış xərcləri ilə əlaqələndirilməli, eyni zamanda həmin məqsədlərə nail olmaq üçün lazımi resurslardan istifadə olunması müəyyənləşdirilməlidir. Bu prosesin üstünlüyü ondan ibarətdir ki, burada resurslardan (maliyyə və insan resursları, avadanlıqlar) daha səmərəli istifadə olunur. Təhsil müəssisəsinin büdcə planlaşdırması strateji planlaşdırmanı həyata keçirməyə kömək edir və "strateji plan"dakı prioritetlər üzrə ayrılan büdcənin necə sərf edilməsi müəyyən olunur. 

(Ardı var) 

Vüqar ƏBDÜLRƏHİMOV,
Təhsil Nazirliyinin Strateji təhlil,
planlaşdırma və kadrların idarəolunması şöbəsinin
aparıcı məsləhətçisi 

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov