Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Fevral 2011 - �06

 

132-134 nömrəli Təhsil  Kompleksində "Məzun günü" keçirildi

 

Fevralın 5-də Bakının 132-134  nömrəli   Təhsil  Kompleksində ənənəvi "Məzun  günü" keçirildi. Tədbiri kompleksin müdiri, respublikanın əməkdar müəllimi Sara  Xanlarova  giriş  sözü  ilə  açaraq bildirdi  ki, artıq neçə  illərdir  məktəbin kollektivi  tərəfindən  böyük həvəslə  qeyd  olunan məzun günü təhsil kompleksində aparılmış  yenidənqurma işlərindən  sonra ilk dəfədir  ki,  keçirilir. Müasir  şəkildə  yenidən qurulmuş kompleksi Azərbaycanda  təhsilə  göstərilən   qayğının  ən  bariz  nümunəsi kimi qiymətləndirən S.Xanlarova tədbirə yığışanlara təhsil  kompleksinin  tarixi  haqqında  məlumat  verdi. Bildirdi  ki, binanın  özülü  qədim  Bakının  möhtəşəm  Qala  divarlarının  yaxınlığında 1866-cı ildə qoyulmuşdur. Hərbi xəstəxana kimi  layihələşdirilən bina 1866-cı il iyunun 13-də "Müqəddəs Nina" Qadın Xeyriyyə Cəmiyyətinin  nəzdində qızlar pansionunun ixtiyarına verilmişdir. Azərbaycan Demokratik Respublikası dövründə isə binada Hərbi Akademiya  fəaliyyət  göstərmişdir. 1933-1937-ci illərdə beynəlmiləl təhsil ocağı kimi fəaliyyətini davam etdirərək sonradan 132 nömrəli (Azərbaycan) və 134 nömrəli (rus) məktəblərinə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 150 illik tarixi olan bu möhtəşəm tikilinin dövlətimiz  tərəfindən qorunub saxlanıldığını diqqətə çatdıran kompleksin müdiri məzunları qazanılan uğurlarla, keyfiyyətli tədrislə bu memarlıq  abidəsinin tarixinə yeni şanlı səhifələr yazacaqlarına əmin etdi.

Sara Xanlarova bu qocaman məktəbin məzunları sırasında  XX  əsrin görkəmli şərqşünas alimi, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva, akademik Nailə Vəlixanlı, əməkdar memar Ofelya Babayeva və Azərbaycan elminin  inkişafında xidmətləri olan  yüzlərlə tanınmış şəxslərin olduğunu bildirdi.

Sonra tədbirdə 1940-1960, 1990-2010-cu illərin məzunları çıxış edərək təhsil ocağının müasir şəkildə  yenidən qurulmasına görə dövlətimizin başçısı İlham Əliyevə öz  minnətdarlıqlarını  bildirdilər, məktəb illərindən xatirələr danışdılar.

Tədbirdə təhsil kompleksinin şagirdləri məzunlara bədii proqram təqdim etdilər. 

Gülşən  HÜSEYNOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov